Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1765/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Abasova Aygün Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləginin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh X11 qarşı “aliment məbləginin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 05 yanvar 2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 12 oktyabr 2005-ci il təvəllüdlü oğlumuz X8 və 08 avqust 2008-ci il təvəllüdlü qızımız X9 anadan olmuşdur. Cavabdehin iddia tələbinə əsasən Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 09 aprel 2015-ci il tarixli qətnaməsinə əsasən onun iştirakı və xəbəri olmadan onun iddia tələbi təmin edilərək qeyd edilən tarixli nikah pozularaq birgə nikahdan doğulmuş uşaqların onun yanında qalması, qətnamə qanuni qüvvəsini aldıqdan sonra 12 oktyabr 2005-ci il təvəllüdlü oğlu X3 və 08 avqust 2008-ci il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatanadək saxlanması üçün onun qazancının və (və ya) başqa gəlirinin üçdə bir hissəsi aliment qismində tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən cavabdehin əmək haqqını və hər cürə gəlirinin miqdarını müəyyən etmədən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə istinad etməklə qeyri müəyyən nəticəyə gəlmişdir. Cavabdehin konkret olaraq hər uşağa görə ödəyəcəyi alimentin məbləği qətnamədə göstərilməmişdir. Cavabdeh də bundan sui istifadə edərək müxtəlif bəhanələrlə birgə nikahdan olan uşaqların saxlanması üçün qanunla müəyyən edilmiş qaydada alimenti ödəməkdən yayınır. Belə olan halda uşaqların saxlanması, hər cür təlabatlarının təmin edilməsi onun üzərində qalmışdır. Bu öhdəliyin isə lazımınca yerinə yetirilməsi ona çətinlik törətdiyindən uşaqların bütün təlabatını valideynlərinin maddi və mənəvi köməkliyi ilə təmin edir. Uşaqları saxlamaq ona çətinlik törətdiyindən yuxarıda qeyd edilən ünvanda valideynlərinin himayəsində yaşayırlar. Cavabdehin isə hər cür imkanı olduğu halda bir valideyn kimi uşaqlarının saxlanması üçün üzərinə düşən heç bir vəzifəni yerinə yetirmir. Qeyd olunanlara əsasən Cavabdeh birgə nikahdan doğulmuş 12 oktyabr 2005-ci il təvəllüdlü X3 və 08 avqust 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün uşaqların hər birinə görə 175 manat olmaqla cəmi 350 manat alimentin sabit pul məbləğində tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edib, izahatında bildirdi ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2666/2017 saylı 18 may 2017-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 137 (bir yüz otuz yeddi) manat, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2305/2018 saylı 24 may 2018-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. Həmin qətnamələri təqdim edir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edildiyindən, alimentin 175 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Azərbaycan Respublikasında iş tapa bilmədiyi üçün Türkiyə Respublikasına işləməyə getmişdir. 515 manata yaxın aylıq əmək haqqı alır, 515 manatdan 170 manat 2 uşağı üçün verir, qalan məbləğlə də kirayə haqqını verir və ikinci ailəsini saxlayır. Qətnamə qəbul edərkən bunları nəzərə almağı xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsi Vəkil izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan AZ-İ seriyalı 628776 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 12 oktyabr 2005-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 328900 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 avqust 2009-cu il tarixdə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 221577 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01 avqust 2019-cu il tarixdə 79 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 09 aprel 2015-ci il tarixli 2(110)-11/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 05 yanvar 2005-ci il tarixdə bağlanmış və 05 №-si ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra 12 oktyabr 2005-ci il təvəllüdlü X5 08 avqust 2009-cu il təvəllüdlü X7 anası İddiaçı himayəsində saxlanılmış, Cavabdeh qətnamə qanuni qüvvəsini aldıqdan sonra 12 oktyabr 2005-ci il təvəllüdlü X1 08 avqust 2009-cu il təvəllüdlü X2 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirinin üçdə bir hissəsi aliment qismində tutularaq İddiaçı qızının xeyrinə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2666/2017 saylı 18 may 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Şərur Rayon Məhkəməsinin 09 aprel 2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılsın, tərəflərin birgə nikahından 12 oktyabr 2005-ci il tarixdə doğulmuş X3 və 08 avqust 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 137 (bir yüz otuz yeddi) manat sabit pul məbləğində aliment İddiaçı qızının xeyrinə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2305/2018 saylı 24 may 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılsın, tərəflərin birgə nikahından 12 oktyabr 2005-ci il təvəllüdlü X3 və 08 avqust 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment İddiaçı qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyətinin sorğuya cavab məktubundan görünür ki, araşdırma zamanı Şərur rayon Püsyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və vətəndaş anası X10 ilə əlaqə saxlanıldı və məlum oldu ki, vətəndaş hazırda Türkiyə Respublikasında yaşayır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2305/2018 saylı 24 may 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılsın, tərəflərin birgə nikahından 12 oktyabr 2005-ci il təvəllüdlü X3 və 08 avqust 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə, yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, birgə nikahdan anadan olmuş uşaqların saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli 2(007)-2305/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh 12 oktyabr 2005-ci il təvəllüdlü X3 və 08 avqust 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1765/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1765/2021
28.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver