Məhkəmə qərarları › İş №2(007)-1769/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1769/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1769/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Havər qızına qarşı “klredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Havər qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Havər qızından 08 iyun 2015-ci il tarixliı LD********** saylı kredit müqaviləsi üzrə 265.53 ABŞ dolları əsas borcunun və 20 manat dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi Bank olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Havər qızı ilə Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-inn Nizami rayon filialı arasında bağlanmış 08 iyun 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 08 iyun 2017-ci il tarixə qədər illik 32% ödəmək şərtilə 750 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonra, Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin əmlakı Bank olmayan "xxxx" ASC-nə satıldığına görə, müvafiq olaraq həmin kredit müqaviləsi üzrə borcun tələb etməsi hüquqları da, onlara keçmişdir. Həmin kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməlidir.Cavabdeh Havər qızı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və 26 fevral 2020-ci il tarixinə onun 08 iyun 2015-cu il tarixli müqavilə üzrə 261.53 ABŞ dolları məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor Bank olmayan Kredit Təşkilatı "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş Bank olmayan "xxxx" MMC ilə Cavabdeh Havər qızı arasında bağlanmış 08 iyun 2015-ci il tarixli, LD********** nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən ona 24 ay müddətinə, illik 32 faiz ödəmək şərti ilə 750 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Havər qızı müəyyən olunmuş müddət ərzində kreditin borcunun müqavilənin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş Bank olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin 26 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Havər qızının 08 iyun 2015-ci il tarixli, LD********** nömrəli kredit müqaviləsi üzrə 261.53 ABŞ dolları məbləğində borcu vardır. İşə əlavə olunmuş 05 mart 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün Bank olmayan Kredit Təşkilatı "xxxx" ASC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 08 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti borcunu ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 08 iyun 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə 261.53 (iki yüz altmış bir ABŞ dolları, əlli üç sent) ABŞ dolları məbləğində borc, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi Cavabdeh Havər qızından Bank olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar