Məhkəmə qərarları › İş №2(007)-177/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-177/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-177/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi Həsənov Rəşad Rəşid oğlunun iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, onunla borclular- Cavabdeh1. Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 23 02 2013-cü ıl tarixli 01/0927/KBK saylı kredit və zaminlik müqavilələrinə əsasən, borclulardan onun xeyrinə 2886.13 ABŞ dolları əsas borc. 355 39 ABŞ dolları faiz borcu. 42 50 ABŞ dolları cərimə borcu, cəmi 3241.52 ABŞ dolları. 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, və 1 manat bank xidməti haqqı məbləğində pul vəsaitinin tutulması haqqında məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsininin 03 mart 2016-cı il tarixli 2(007)- 2115/2016 nömrəli əmri ilə, borclular- xx.xx.1955-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1, xx.xx.1961-cı il tarixdə Tovuz rayonun Bozalqanlı kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 və 04.01.1959-cu il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh3 müştərək qaydada kreditor "xxxx" ASC -nin xeyrinə 2886 13 ABŞ dolları əsas borc, 355 39 ABŞ dolları faiz borcu, cəmi 3241 52 ABŞ dolları və 21 (iyirmi bir) manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti tutulması əmr edilmişdir. Cavabdeh1 məhkəmə əmrinə etiraz vermiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsininin 04 fevral 2020-ci il tarixli 2(007)-2115/2016 nömrəli qərardadı ilə,Kreditor "xxxx" ASC-nin borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmr icraatı qaydasında borc tələbi barədə ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli 2(007)-2115/2016 №-lı məhkəmə əmri ləğv edilmiş və Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi ilə müəyyən edilmiş ümumi qaydalara uyğun olaraq iddia icraatına keçilmişdir. İddiaçı LPO "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanılmış 03 mart 2016-cı il tarixli, 01/0927/KBK saylı kredit müqaviləsi üzrə 2740.45 ABŞ dolları məbləğində əsas borc, kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən 297.47 ABŞ dolları məbləğində cərimə və gecikdirilmiş vaxt üçün 591.86 ABŞ dolları məbləğində illik 5 faiz bank uçot dərəcəsi hesablanmaqla, cəmi 3 629.78 ABŞ dolları məbləğinin və ödənilmiş 21 manat (20 manat dövlət rüsumu, 1 manat xidmət haqqı) məbləğində məhkəmə xərclərinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Borclu Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanılmış 23.02.2013-cü il tarixli, 01/0927/KBK saylı kredit müqaviləsinə əsasən cavabdeh dövriyyə vəsaitinin artırılması məqsədləri üçün 18 ay müddətinə qaytarmaq üzrə illik 31%-lə 7 683 (yeddi min altı yüz səksən üç dollar) ABŞ dollan məbləğində kredit almışdır. Verilmiş kreditin təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında 23.02.2013-cü il tarixli, 01/0927/KBK saylı üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin verilmiş kreditin təminatı olaraq "xxxx" ASC ilə X1 və Cavabdeh1 arasında 23.02.2013-cü il tarixli, 01/0927/KBK saylı üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1. bəndinə əsasən, bu müqavilə üzrə verilən kreditin ümumi məbləği 7 683 (yeddi min altı yüz səksən üç) USD təşkil edir. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən, müqavilənin tərkib hissəsi sayılan və tərəflər arasında yazılı surətdə tərtib olunan qarşılıqlı razılaşmalarla verilən kredit hissələrinin faizləri ilə bağlı hesablaşma həmin faizin ilin aylarına (12 ay) və ya günlərinə bölünməsi və həmin müvafiq faizlərin uyğun məbləğə vurulması yolu ilə müəyyən olunur. Kredit müqaviləsinin 4.2-cü bəndinə əsasən, kreditdən istifadəyə görə "Kreditalan" tərəfindən "Banka" illik 31% olmaqla faiz ödənilir. Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən, alınmış kredit və ona hesablanmış faizlər müqaviləyə olavə olunmuş 1 saylı ödəniş qrafikində göstərilən tarixdə anuitet qaydada bərabər hissələrlə ödənilir. Kredit müqaviləsinin 4.7-ci bondinə əsasən, kredit üzrə faizlər ildə 360 gün, ayda 30 gün olmaqla hesablanır. Kredit müqaviləsinin 6.10-cu bondinə əsasən, bu müqavilə qüvvəyə mindikdən sonra 18 ay müddətinə qüvvədədir. Tərəflər arasında bağlanmış 23.02.2013-cü il tarixli, 01/0927/KBK saylı zaminlik müqaviləsinin 2.1 -ci bəndinə əsasən, "Zamin'(lər) yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə "Borclu"nun öhdəliklərinin icrasına, o cümlədən əsas borc məbləğinin, kreditdən istifadəyə görə faizlərin ödənilməsi öhdəliyinin icra edilməməsi halları da daxil olmaqla, "Bank" qarşısında "Borclu"ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Həmin zaminlik müqaviləsinin 2.5-ci bəndinə əsasən, "Borclu"nun "Bank" qarşısında öz öhdəliklərinin icrasını gecikdirməsi zamanı "Bank" öz istəyinə uyğun olaraq öhdəliyin icrasını "Borclu"dan və ya "Zamin"(lər)dən tələb edə bilər. Lakin borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh geri ödənişini müqavilənin bağlandığı tarixdən 24.09.2014-cü il tarixinə qədər həyata keçirmiş, həmin tarixdən isə bu günə qədər müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Həsənov Rəşad Rəşid oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 fevral 2013-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 31 faiz dərəcəsi ilə, 12 ay müddətinə 7683 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - LPO İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 23 fevral 2013cü il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 23 fevral 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər; - 26 fevral 2016-cı il tarixli qəbzdən görünür ki, ərizənin verilməsi üçün LPO İddiaçı ASC tərəfindən 20,0 manat dövlət rüsumu ödənilmişdir; - Azərbaycan Respublikası Mərkəzi Bankının 15 aprel 2021-ci il tarilxi məktubundan görünür ki, məlumat bazalarına əsasən barəsində sorğu edilmiş şəxs - Cavabdeh1 (FİN: xxxxxxx) ilə ləğv prosesində olan "NBCBank” ASC arasında bağlanmış 03.03.2016-cı il tarixli kredit müqaviləsi 28.02.2019-cu il tarixli 551 saylı Fərmanın təsir dairəsinə düşməmişdir. - LPO İddiaçı ASC-nin 18 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 23 fevral 2013-cü il tarixli kredit razılaşması üzrə LPO İddiaçı ASC-yə 2740.45 ABŞ Dolları əsas, 0 ABŞ Dolları faiz, 297.47 ABŞ dolları cərimə, 591.86 ABŞ dolları bank uçotu olmaqla, cəmi 3629.78 ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 fevral 2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən,bank tərəfindən Cavabdeh1 illik 31 faiz dərəcəsi ilə, 12 ay müddətinə 7683 ABŞ Dolları məbləğində kredit verilmiş, Cavabdeh1 isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bundan başqa, LPO İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 23 fevral 2013-cü il tarixli zaminlik müqavilələrinə əsasən, zaminlər Cavabdeh2 və Cavabdeh3 23 fevral 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 iddiaçı LPO İddiaçı ASC ilə bağladığı 23 fevral 2013-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 LPO İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərdən müqavilə müddətinin bitdiyi tarixindən illik 5 faizlə hesablanmış 591.86 ABŞ dolları məbləğində əldən çıxmış fayda tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməldir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, tələb olunan cərimə (dəbbə pulu) miqdarı əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 Əskər qızı ilə bağlanılmış 03.03.2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 Əskər qızından, Cavabdeh2 və Cavabdeh3 qızından məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dolların manata məzənnəsi nəzərə alınmaqla 2740,45 ABŞ dolları məbləğində əsas borc, 40 ABŞ dolları məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illı̇ k 5 faı̇ z bank uçot dərəcəsi hesablanmaqla 591,86 ABŞ dollari məbləğı̇ ndə vəsait olmaqla ümumillikdə 3372,31 ABŞ dolları məbləğində vəsait və 21 manat ödənilmiş dövlət rüsümunun əvəzi tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə əmrinin verilməsi ilə bağlı müraciət etmiş, bu zaman 20 manat dövlət rüsumu ödəmişdir. Lakin sonrada məhkəmə qərardadı ilə əmr icraatı iddia icraatına keçirilmişdir. Hazırda isə iddianın qiyməti 500 manatdan artıqdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 Əskər qızından, Cavabdeh2 və Cavabdeh3 qızından müştərək qaydada 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Əskər qızı ilə bağlanılmış 03.03.2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 Əskər qızından, Cavabdeh2 və Cavabdeh3 qızından məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dolların manata məzənnəsi nəzərə alınmaqla 2740,45 ABŞ dolları məbləğində əsas borc, 40 ABŞ dolları məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illı̇ k 5 faı̇ z bank uçot dərəcəsi hesablanmaqla 591,86 ABŞ dollari məbləğı̇ ndə vəsait olmaqla ümumillikdə 3372,31 ABŞ dolları məbləğində vəsait və 21 manat ödənilmiş dövlət rüsümunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 Əskər qızından, Cavabdeh2 və Cavabdeh3 qızından müştərək qaydada 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar