Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1779/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 yanvar 2019-cu il tarixli, NZNPU-3376 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1245,77 manat, faiz borcuna görə 37,25 manat, dəbbə borcuna görə 0 manat, cəmi 1283,02 manat məbləğində pulun və 30 (otuz manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC məhkəməyə iddianı təmin etmək üçün tədbirlər görülməsi barədə ərizə göndərərək, Cavabdeh məxsus 1995-ci il buraxılışlı, tünd göy met. rəngli, 10NH160 qeydiyyat nişanlı, MERCEDES 220 minik markalı nəqliyyat vasitəsi üzərinə həbsin qoyulması və cərimə meydançasına yerləşdirilməsi barədə müvafiq qərar qəbul edilməsi, həmin qərardadın icrasını Azərbaycan Respublikası DİN BDYPİ-nə və Azərbaycan Respublikasının müvafiq İcra və Probasiya Şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qərardadına əsasən, ərizə qismən təmin edilmiş, 1995-ci il buraxılışlı, tünd göy met. rəngli, 10NH160 qeydiyyat nişanlı, MERCEDES 220 minik markalı avtomobilin üzərinə həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddia ərizəsinin baxılmamış saxlanılması barədə xahişi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı və ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddianı təmin etmək üçün tədbirlər görülməsi haqqında qərardad da ləğv edilməlidir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarının 15-ci maddəsinə əsasən, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanıldığı üçün, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(007)-1779/2020 nömrəli qərardadı ilə iddianı təmin etmək üçün görülmüş tədbir ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qərardad iddiaçının ödədiyi dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157.2, 162.1, 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. “1995-ci il buraxılışlı, tünd göy met. rəngli, 10NH160 qeydiyyat nişanlı, MERCEDES 220 minik markalı avtomobilin üzərinə həbs qoyulması”na dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(007)-1779/2020 nömrəli qərardadı ləğv edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(007)-1779/2020 nömrəli qərardadı ilə 1995-ci il buraxılışlı, tünd göy met. rəngli, 10NH160 qeydiyyat nişanlı, MERCEDES 220 minik markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın “1995-ci il buraxılışlı, tünd göy met. rəngli, 10NH160 qeydiyyat nişanlı, MERCEDES 220 minik markalı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi”nə dair hissəsinin icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə həvalə edilsin. Qərardad İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1779/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1779/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver