Məhkəmə qərarları › İş №2(007)-1794/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1794/2023

24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1794/2023 24.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 16000 manat məbləğin və tərəfindən ödənilmiş 138 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş 11 may 2023-cü il tarixdə məhkəmənin hakimi Qumru Əliyevanın icraatına daxil olmuş və 2(007)-1751/2023 nömrə ilə qeydə alınmışdır. İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 15000 manat məbləğin və tərəfindən ödənilmiş 135 manat dövlət rüsumunun, cəmi 15135 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan mülki iş 16 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuş və 2(007)- 1794/2023 nömrə ilə qeydə alınmışdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil bildirdi ki, iddiaçı borcluya qarşı iki iddia tələbi irəli sürmüşdür. Bunlar ayrı işlərdir. Bir iddia tələbində 15000 manat, digərində 16000 manat pul tələb edilir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddiaçı ona qarşı iki iddia tələbi sürmüşdür. Həmin tələblər ayrı-ayrı hakimlərin icraatındadır. Məhkəmə işin materiallarını nəzərdən keçirərək, hesab edir ki, işlər bir-biri ilə əlaqəli olduğundan qeyd edilən mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Hesab edirəm ki, eyni məhkəmənin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi və prosessual qənaət prinsipinə əməl etmək üçün onlara birgə baxılmalıdır Beləliklə, Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbini nəzərə alaraq 2(007)-1751/2023 nömrəli mülki iş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qumru Əliyevanın icraatına ikin olaraq daxil olduğundan icraatımda olan İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair 2(007)-1794/2023 nömrəli mülki iş, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair 2(007)-1751/2023 nömrəli mülki işlə bir icraatda birləşdirilməli, mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda 2(007)- 1751/2023 nömrəsi saxlanılmaqla 2(007)-1794/2023 nömrəli mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-45, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş icraatımda olan İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair 2(007)-1794/2023 nömrəli mülki iş, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair 2(007)-1751/2023 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Bir icraatda birləşdirilmiş 2(007)-1751/2023 nömrəli mülki iş saxlanılmaqla 2(007)- 1794/2023 nömrəli mülki işin icraatına xitam verilsin. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar