Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1799/2020 10.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 45000 (qırx beş min) ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun yaxın rəfiqə münasibəti olmuş, onlar bir məktəbdə təhsil almışlar. 2014-cü il tarixdə Cavabdeh ona bildirdi ki, ev almaq istəyir və ona 60000 (altmış min) ABŞ dolları məbləğində pul lazımdır. Yaxın ailə münasibətləri olduğu üçün onun həyat yoldaşının uzun illərdir işləməməsini, ailənin yalnız cavabdehin saxlamasını bilirdi. Ona bildirmişdir ki, istədiyi qədər deyil, yalnız 50000 (əlli min) ABŞ dolları məbləğində borc verə bilər. Cavabdeh bununla razılaşmış, amma bildirmişdir ki, ailəni özü saxladığı, yoldaşının işləmədiyini nəzərə alıb borcu yalnız dörd ildən sonra qaytara biləcəkdir. Yaxın münasibətlərini, o cümlədən cavabdehin işgüzar insan olduğunu nəzərə alıb onunla razılaşmışdır. Müddətin uzun olmasını da nəzərə alıb aralarında borc müqaviləsi bağlamışlar. Lakin 2017-ci il tarixdə o, pulu istədikdə cavabdeh ona bildirmişdir ki, yoldaşı hələ də işəmir, aldığı mənzilləri də təmir edə bilməmişdr. Əldə etdiyi gəlirləri yalnız ailənin saxlanmasına xərcləyir. Bunu bildiyi üçün ona daha bir il müddətinə möhlət vermişdir. 2018-ci ildə cavabdeh borc aldığı məbləğdən ona 5000 (beş min) ABŞ məbləği qaytararaq qalan hissəni də ödəyəcəyinə söz vermişdir. Bir müddət əvvəl ona məlum olmuşdur ki, cavabdeh ona məxsus olan mənzilləri satmışdır. Buna baxmayaraq onun pulunu qaytarmamışdır. Bununla bağlı yenidən ona müraciət etdikdə yenə möhlət istəmişdir. Cavabdehə etdiyi müraciətlərə baxmayaraq hazırki günədək ona olan borcu ödəməkdən imtina edir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi Məhkəmə iclasında cavabadeh Cavabdeh iddia tələbini qəbul etdiyini bildirdi və əlavə olaraq göstərdi ki, iddiaçının qeyd etdikləri ilə razıdır. Maddi imkansızlıq olduğu üçün borcunu tam ödəyə bilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 fevral 2014-cü il tarixli borc müqaviləsindən görünür ki, borcverən İddiaçı 50 000 ABŞ dolları məbləğində pulu borcalan Cavabdeh vermis, borcalan isə həmin məbləği 31 dekabr 2017-ci il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 fevral 2014-cü il tarixli borc müqaviləsindən görünür ki, borcverən İddiaçı 50 000 ABŞ dolları məbləğində pulu borcalan Cavabdeh vermiş, borcalan isə həmin məbləği 31 dekabr 2017-ci il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin bordan hissə-hissə olmaqla ümumilikdə 5000 ABŞ dollarını ödəmiş, qalan 45 000 ABŞ dollarını isə ödəməmişdir. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdeh həmin borc məbləğini qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan müqavilə şəklində əqd, borc müqaviləsi bağlamışlar, iddiaçı cavabdehə nağd olaraq 50 000 ABŞ dolları məbləğində borc vermiş, cavabdeh 23 fevral 2014-cü il tarixdə imza edərək həmin məbləğdə pulu iddiaçıdan borca almışdır. Müəyyən müddətdən sonra iddiaçının tələb etməsinə baxmayaraq, cavabdeh aldığı borcun qalan 45 000 ABŞ dollarını ödəməmiş və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc almaqla iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada borc verən qaytarmalı olduğundan və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 45 000 ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə İddiaçı tutularaq, Cavabdeh verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 45 000 ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə İddiaçı tutularaq, Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1799/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1799/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver