Məhkəmə qərarları › İş №2(007)-180/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-180/2022

17.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-180/2022 17.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi İddiaçı Cəlalov Tahı̇ r Əlı̇ oğlunun iştirakı ilə, İddiaçı Cəlalov Tahı̇ r Əlı̇ oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 maddi zərərin əvəzi olaraq 10 000 (on min) manat, mənəvi ziyanın əvəzi olaraq 10 000 (on min) manat, cəmi 20 000 (iyirmi min) manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona qarşı bir qrup şəxs halında dələduzluq etmiş hazırda cavabdeh olan şəxslər AR CM-nin 178.2.1 və 178.2.4-cü madddələri ilə təqsirləndirilən Cavabdeh1 və AR CM-nin 178.2.1, 178.2.4 və 314.2-ci maddələri ilə təqsirləndirilən Cavabdeh2 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)- 111/2020 saylı, 16.09.2020-ci il tarixli hökmü (Bakı Apellyasiya Məhkəməsinin CK-nin 1 (103)-132/2021 saylı, 09.03.2021- ci il tarixli Qərarı ilə qanuni qüvvəyə minmiş) ilə təqsirli bilinərək hər biri 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər və hal-hazırda cəza çəkirlər. Adı çəkilən hökm ilə Qərar ilə tam təsdiq olunur ki, cavabdehlər X7 və Cavabdeh2 qabaqcadan əlbir olmuş bır qrup şəxs halında onun etibarından suiistifadə etmə və aldatma yolu ilə onun xeyli miqdarda - 8000 manat məbləğində pulunu ələ keçirməklə ona qarşı dələduzluq etmişlər. İddiaçıya qarşı bir qrup şəxs halında dələduzluq edərək ziyan vurmuş cavabdeh şəxslər (Cavabdeh1 oğltı və Cavabdeh2) bu günədək ona dəymiş 8000 manat məbləğində maddi ziyandan heç bir ödəniş etməmişlər. Bundan başqa onların qanunsuz hərəkətləri nəticəsində əlavə olaraq ona 2.000 (iki min) manat da maddi ziyan dəymişdir. Eyni zamanda da bu müddətdə çəkdiyi mənəvi sarsıntılara görə də cavabdehlər ona mənəvi ziyana 10 min manat təzminat ödəməlidirlər. O hesab edir ki, hazırda məhkum olunan cavabdehlərdən maddi zərərə görə 10.000 (on min) manat və mənəvi ziyana görə 10.000 (on min) manat, cəmi 20.000 (iyirini min) manat məbləğində pul müştərək qaydada tutularaq ona ödənilməlidir. Belə ki, Bakı şəhəri Nizami rayon 1(007)- 111/2020-ci saylı, 16.09.2020-ci il tarixli hökmü (Bakı Apellyasiya Məhkəməsinin CK-nin 1(103)-132/2021 saylı, 09.03.2021- ci il tarixli Qərarı ilə qanuni qüvvəyə minmiş) ilə tam təsdiq olunur ki, cavabdehlər qabaqcadan əlbir olımış bir qrup şəxs halında onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə 8000 manat məbləğində pulunu ələ keçirməklə ona qarşı dələduzluq edərək ziyan vurmuşlar. İddiaçının oğlu X6 işlər orqanlarına işə düzəltmək istəyi barədə Cavabdeh1 məlumat əldə edən Cavabdeh2 onunla tanış olaraq Daxili İşlər Nazirliyinin əməkdaşı kimi səlahiyyətlərindən istifadə edib oğlunu daxili işlər orqanlarında işə düzəldəcəyinə dair yalan vəd verərək aldadıb etibarından sui-istifadə etməklə iddiaçıdan 15.07.2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun "Neftçilər” stansiyasının yaxınlığında 2.500 (iki min beş yüz) manat, 23.07.2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Qarabağ" adlı kafenin yaxınlığında 1.500 (min beş yüz) manat, 2018-ci ilin iyul ayının sonlarında ünvan 2 ünvanda yerləşən ''Araz” adlı kafenin qarşısında 1.500 (min beş yüz) manat, 02.08.2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 66C ünvanında yerləşən "xxxx" ASC-nin Neftçilər filialının qarşısında 2500 manat, ümumilikdə isə 8000 (səkkiz min) manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aralarında əvvəlcədən olan razılığa əsasən öz aralarında bölməklə ələ keçirərək ona xeyli miqdarda maddi ziyan vurmuşlar və hal-hazıradək heç bir ödəniş etməmişlər. O, həmin məbləğdə pulu və əlavə olaraq get-gələ düşdüyü üçün çəkdiyi 2 min manat məbləğində maddi ziyanı, cəmi 10 min manat pulu cavabdehlərdən tələb edir. Məhkəmənin iclasında iddiaçı Cəlalov Tahı̇ r Əlı̇ oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq o, cavabdehlərin hal-hazırda cəzaçəkmə müəsissəsində olduqlarını, onu aldadaraq 8000 manat pulu oğlunu işə düzəltmək adı ilə aldıqlarını, bundan başqa 2000 manat pulu 50- 100 manat olaraq verdiyini, bu məsələyə görə ürək xəstəliyi tapdığını bildirdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azadlıqda olmamaları səbəbindən iştirak edə bilməmişlər, Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq hazırki mülki işin baxılmasının onun tərəfindən barəsində Ali Məhkəmənin 13.10.2021-ci il tarixli 1(102)-1264 saylı qərarından Konstitusiya Məhkəməsinə verilmiş şikayətinə baxılıb yekunlaşanadək dayandırılmasını xahiş etmiş, lakin ərizəsinə işin məhkəmənin icraatına qəbul edilməsinə dair sübutlar əlavə etməmişdir. Belə olan halda məhkəmə iddia tələbinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-111/2020 saylı, 16.09.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh1 ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcının 17.08.2019-cu il tarixdən hesablanması, Cavabdeh1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh2 ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 16.09.2020-ci il tarixdən hesablanması, Cavabdeh2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalında dərhal həbs edilməsi hökm edilmişdir. Həmçinin həmin hökmün 29-cu səhifəsinin sonuncu abzasında Cəlilov Tahir əli oğlu istisna olmaqla digər zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın bir qisminin ödənilməsi, qalan hissəsinin isə ödənilməməsi, zərərçəkmiş şəxslər maddi ziyanın ödənilməsini tələb etsələr də məhkəməyədək icraat və məhkəmə icraatı zama qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verməmişlər yalnış zərərçəkmiş şəxs İddiaçı mülki iddia vermiş, müvafiq nöqsanlara görə məhkəmənin qərarı ilə həmin mülki iddia geri qaytarılmışdır. - Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasınin 1(103)-132/2021 saylı, 09.03.2021- ci il tarixli Qərarından görünür ki, X1 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxs X2 apellyasiya şikayəti qismən, yəni mülki iddiaya aid hissədə təmin edilməməsi, iş üzrə zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş 13000 manat məbləğində mülki iddianın təmin edilməsi, məhkum olunmuş şəxslər Cavabdeh1 və Cavabdeh2 13000 manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs X3 verilməsi, hökmün qalan hissələrdə verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasınin 1(102)- 1264/2021 saylı, 13.10.2021- ci il tarixli Qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasınin 09.03.2021-ci il tarixli Qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-111/2020 saylı, 16.09.2020-ci il tarixli Hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh1 ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcının 17.08.2019-cu il tarixdən hesablanması, Cavabdeh1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh2 ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 16.09.2020-ci il tarixdən hesablanması, Cavabdeh2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalında dərhal həbs edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasınin 1(103)-132/2021 saylı, 09.03.2021-ci il tarixli Qərarı ilə də X1 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxs X2 apellyasiya şikayəti qismən, yəni mülki iddiaya aid hissədə təmin edilməməsi, iş üzrə zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş 13000 manat məbləğində mülki iddianın təmin edilməməsi, məhkum olunmuş şəxslər Cavabdeh1 və Cavabdeh2 13000 manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs X3 verilməsi, hökmün qalan hissələrdə verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasınin 1(102)-1264/2021 saylı, 13.10.2021-ci il tarixli Qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasınin 09.03.2021-ci il tarixli Qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-111/2020 saylı, 16.09.2020-ci il tarixli Hökmü ilə Cavabdeh1 özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə həmin dövrdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrin İdarəedilməsi Xidmətinin növbətçi hissəsinin məsul əməliyyat növbətçisinin köməkçisi vəzifəsində, polis polkovnik-leytenantı rütbəsində xidmət etmiş tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında İddiaçı övladı Tahir Cəlalzadəni daxili işlər orqanlarına işə düzəltmək məqsədilə ondan 8000 manat mələğində pul aldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 42-ci maddəsinə görə cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iddiaçı Cəlalov Tahı̇ r Əlı̇ oğlunun iddia tələbinin “cavabdehlər Cavabdeh1, Cavabdeh2 maddi zərərin əvəzi olaraq 10 000 (on min) manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-111/2020 saylı, 16.09.2020-ci il tarixli Hökmü ilə Cəlalov Tahı̇ r Əlı̇ oğlu zərərçəkmiş şəxs kimi, Cavabdeh1 və Cavabdeh2 isə təqsirləndirilən şəxs kimi tanınmışdır. 16.09.2020-ci il tarixli Hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh1 iclasda Cəlalov Tahı̇ r Əlı̇ oğlunun ümumilikdə 8000 (səkkiz min) manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Cavabdeh2 ilə öz aralarında böldüyünü etiraf etmiş, Cəlalov Tahı̇ r Əlı̇ oğlu isə ifadəsində zərərçəkmiş şəxs olaraq Cavabdeh2 Cavabdeh1 vasitəsi ilə oğlu X6 İşlər Nazirliyinin Rabitə şöbəsinə işə düzəltməsi üçün ümumilikdə 8000 manat pul verdiyi, Cavabdeh1 ifadəsində Cəlalov Tahı̇ r Əlı̇ oğlu ona maksimum 8000 manat pula gücünün çatacağını, pulun çox hissəsini də borc alacağını bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxslər tərəfindən İddiaçı istisna olmaqla, digər zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın bir qismi ödənilmiş, qalan hissəsi isə ödənilməmişdir, zərərçəkmiş şəxslər onlara dəymiş maddi ziyanın ödənilməsini tələb etsələr də, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verməmişlər. Yalnız zərərçəkmiş şəxs İddiaçı mülki iddia vermiş, müvafiq nöqsanlara görə məhkəmənin qərarı ilə həmin mülki iddia geri qaytarılmışdır. Bundan sonra apellyasiya instansiyasında işə baxılarkən iş üzrə zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş 13000 manat məbləğində mülki iddianın təmin edilməsi, məhkum olunmuş şəxslər Cavabdeh1 və Cavabdeh2 13000 manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs X3 verilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Cəlalov Tahı̇ r Əlı̇ oğluna 8000 manat miqdarında maddi ziyan vurmuşlar və nəticədə cavabdehlər iddiaçının xeyrinə əsassız olaraq varlanmışdırlar. Ona görə də həmin məbləği iddiaçıya qaytarmalıdırlar. Məhkəmə iddiaçı Cəlalov Tahı̇ r Əlı̇ oğlunun maddi ziyana görə yerdə qalan 2000 manata münasibətdə bildirir ki, iddiaçı 2000 manat məbləğində pulu tələb etməsinə baxmayaraq o, cavabdehlərin ona həmin məbləğdə maddi ziyan vurduğu ilə bağlı məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir. Həmçinin, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-111/2020 saylı, 16.09.2020-ci il tarixli hökmündə təqsirləndirilən şəxsləri, Cəlalov Tahı̇ r Əlı̇ oğlunun və şahidlərin ifadəsindən də görünür ki, ona dəyən maddi ziyanın miqdarı 8000 manat olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “mənəvi zərərə” görə 10000,00 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin bu hissəsi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 mənəvi zərərə görə 10000 manat tələb etməsinə baxmayaraq cavabdehlərin hərəkətləri nəticəsində onun mənəvi istirab və sarsıntı keçirməsini əsaslandıra bilməmiş, tələbinin əsası olaraq məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Nəzərov Tahı̇ r Əjdər oğlundan və Cavabdeh2 Bəkı̇ r oğlundan müştərək qaydada Cəlalov Tahı̇ r Əlı̇ oğlunun xeyrinə 8000,00 (səkkiz min) manat məbləğində vəsait tutulmalı, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Cəlalov Tahı̇ r Əlı̇ oğlu tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsaitin əvəzi Nəzərov Tahı̇ r Əjdər oğlundan və Cavabdeh2 Bəkı̇ r oğlundan müştərək qaydada tutularaq Cəlalov Tahı̇ r Əlı̇ oğlunun xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Nəzərov Tahı̇ r Əjdər oğlundan və Cavabdeh2 Bəkı̇ r oğlundan müştərək qaydada Cəlalov Tahı̇ r Əlı̇ oğlunun xeyrinə 8000,00 (səkkiz min) manat məbləğində vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cəlalov Tahı̇ r Əlı̇ oğlu tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsaitin əvəzi Nəzərov Tahı̇ r Əjdər oğlundan və Cavabdeh2 Bəkı̇ r oğlundan müştərək qaydada tutularaq Cəlalov Tahı̇ r Əlı̇ oğlunun xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar