Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1808/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli RBMNT-0309 saylı kredit müqaviləsinə əsasən, “Borc verən” bu müqavilədə göstərilən pul məbləğinin “Borcalan”a verməyi, ’’Borcalan” isə aldığı borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilən zamanda və qaydada “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə “Borcverən” 1050 (bir min əlli) manat məbləğində pulu “Borcalana” 18 (on səkkiz) ay müddətinə 38 (otuz səkkiz) % dərəcəsilə gündəlik tələbat ehtiyaclarının ödənilməsi məqsədi üçün kredit verib. İddiaçı BOKT MMC tərəfindən kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklər tam yerinə yetirilmişdir. Lakin, “Borcalan” Cavabdeh tərəfindən kredit müqaviləsi ilə nəzərdə tutulmuş borc öhdəliyi tam yerinə yetirməmişdir. Dəfələrlə cavabdehlə əlaqə saxlanaraq gecikdirilmiş borcun tez bir zamanda qaytarılması tələb olunsa da, o, bundan imtina etmişdir. “Borcalan” Cavabdeh xx.xx.2022-ci il tarixə 703.10 manat əsas, 105.82 manat faiz, 101 manat məbləğində ödənilməmiş dəbbə borcu qalmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli RBMNT-0309 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 703.10 manat əsas, 105.82 manat faiz, 101 manat dəbbə borcunun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 may 2021-ci il tarixli, RBMNT-0309 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 18 ay müddətinə 38 faiz dərəcəsi ilə 703.10 manat məbləğində kredit verilmişdir. Borclu həmin kredit müqaviləsi üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komissiyaları və s. müqavilə ilə müəyyən edilmiş şərtlərlə, qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək qaytarmağı öhdəsinə götürmüşdür. - İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 may 2021-ci il tarixli, RBMNT-0309 saylı kredit müqaviləsinin 3.1.3-cü maddəsinin “d” bəndindən görünür ki, “Kredit alan” bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə “Kredit verən” müqaviləni birtərəfli qaydada ləğv edir və kreditin vaxtından əvvəl qaytarılmasını tələb edir. - xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 19-dan gec olmayaraq 18 ay müddətinə 77.43 manat (sonuncu ay isə 77.19 manat) ödəniş etməyi öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 may 2021-ci il tarixli, RBMNT-0309 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixinə 703.10 manat əsas borc, 105.82 manat faiz borcu, 101.01 manat cərimə borcu, cəmi 909.93 manat borcu vardır. - xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 may 2021-ci il tarixli, RBMNT-0309 saylı kredit müqaviləsi imzalanmış və həmin müqavilə əsasında İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-dən 1050 manat məbləğində illik 38% olmaqla kredit götürülmüşdür. Borclunun nəzərinə çatdırıldırmışdır ki, onun MMC qarşısında olan öhdəliyi icra olunmamaqdadır. Belə ki, hal-hazırda onun xx.xx.2022-ci il tarixinə kredit borcu 703.10 manat, gecikmədə olan əsas borcu 105.17 manat, faiz borcu 45.88 manat, dəbbə borcu 68.41 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 3 (üç) iş günü ərzində borclunun gecikdirilmiş kredit, faiz və dəbbə borcu tam ödənilmədikdə MMC tərəfindən qanunvericilikdə nəzərdə tutulan preventiv tədbirlərin görüləcəyi və müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir, bu zaman 0.40 manat bank xidmət haqqı tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 19 may 2021-ci il tarixli, RBMNT-0309 saylı kredit müqaviləsi üzrə 101 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 101 manat məbləğində cərimə pulu azaldılmalı və 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, RBMNT-0309 saylı kredit müqaviləsi üzrə 703.10 manat əsas, 105.82 manat faiz, 50 manat dəbbə pulu olmaqla, cəmi 858.92 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, RBMNT-0309 saylı kredit müqaviləsi üzrə 703.10 manat əsas, 105.82 manat faiz, 50 manat dəbbə pulu olmaqla, cəmi 858.92 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1808/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1808/2022
02.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver