Məhkəmə qərarları › İş №2(007)-1816/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1816/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1816/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 19 mart 2020-ci il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” BOKT-dan illik 35 faizlə 12 ay müddətinə 382 manat kredit götürmüşdür. “FİNtrend” BOKT ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 1012 №-li 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 16 aprel 2020-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci fevralın 15-dək Cavabdeh banka 19 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə 235.73 manat əsas, 32.7 manat faiz, 49.94 mamnat cərimə borcu olmaqla, ümumilikdə 318.37 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən Cavabdeh 235.73 manat əsas, 32.7 manat faiz, 49.94 manat cərimə borcu olmaqla, ümumilikdə 318.37 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan "FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli sazişdən görünür ki, 19.03.2020-ci il tarixli 309-0***-******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. İşə əlavə olunmuş "FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 19.03.2020-ci il tarixli 309-0***-******* saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya istehlak məqsədləri üçün 35 faizlə 12 ay müddətinə 382 manat kredit verilmişdir. Cavabdeh müəyyən olunmuş müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, borclu 12 ay müddətinə hər ayın 19-dan gec olmayaraq 38.19 manat ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş ödəmə tapşırığından görünür ki, bank tərəfindən cavabdehə 382 manat ödənilmişdir. İşə əlavə olunmuş 19.02.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx” Kommersiya Bankı ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə olunmuş 14.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xəbərdar olunmuş, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş İddiaçı ASC-nin 15.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh banka 235.73 manat əsas, 32.7 manat faiz, 49.94 manat cərimə borcu olmaqla, ümumilikdə 318.37 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 19.03.2020-ci il tarixli 309-0***-******* saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək, Cavabdeh 235.73 manat əsas, 32.7 manat faiz, 49.94 mamnat cərimə borcu olmaqla, ümumilikdə 318.37 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 235.73 manat əsas, 32.7 manat faiz, 49.94 manat cərimə borcu olmaqla, ümumilikdə 318.37 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsait İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar