Məhkəmə qərarları › İş №2(007)-1817/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1817/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1817/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 18 may 2020-ci il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” bank olmayan təşkilatından illik 39 faizlə 24 ay müddətinə 641 manat kredit götürmüşdür. “FİNtred” bank olmayan təşkilatla "xxxx"İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair dair 1029 saylı 10 may 2018-ci il tarixli 004 nömrəli müqaviləyə 20 may 2020-ci il tarixli hüquqların ötürülməsi barəədə sazişə əsasən Cavabdeh ilə "FİNtrend” bank olmayan təşkilatı arasında bağlanmış müqavilə üzrə kredit borcunun tələbetmə hüququ "xxxx" İKB ASC-yə keçmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.2021-ci il fevralın 15-nədək Cavabdeh banka 18 may 2020-ci il tarixli kredit müqaviləsi üzrə 584.8 AZN əsas borc, 4.33 AZN faiz borcu və 2.47 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 591.6 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 18 may 2020-ci il tarixli kredit müqaviləsi üzrə 584.8 AZN əsas borc, 4.33 AZN faiz borcu və 2.47 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 591.6 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan: 18 may 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh “FİNtrend” bank olmayan təşkilatdan illik 39 faizlə 24 ay müddətinə 641 manat kredit götürmüşdür. “FİNtrend” bank olmayan təşkilatla "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair dair 1029 saylı 10 may 2018-ci il tarixli 004 nömrəli müqaviləyə 20 may 2020-ci il tarixli hüquqların ötürülməsi barəədə sazişə əsasən X1 ilə FİNtred” bank olmayan təşkilatı arasında bağlanmış müqavilə üzrə kredit borcunun tələbetmə hüququ "xxxx" İKB ASC-yə (hazırkı Yelobank ASC-yə) keçmişdir. Ödəniş cədvəlindən görünür ki, borclu 24 ay müddətinə hər ayın 18-dən gec olmayaraq 38.88 manat ödəməyi öhdəsinə götürmüşdür. 18 may 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “FİNtrend” bank olmayan təşkilatlar tərəfindən borcluya 641 manat borcluya ödənmişdir. 19.02.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə olunmuş "xxxx" ASC-nin 15.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 18 may 2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 584.8 AZN əsas borc,4.33 AZN faiz borcu və 2.47 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 591.6 AZN borcu vardır. İşə əlavə olunmuş 15.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xəbərdar olunmuş, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 18 may 2020-ci il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” bank olmayan təşkilatından illik 39 faizlə 24 ay müddətinə 641 manat kredit götürmüşdür. “FİNtrend” bank olmayan təşkilatla "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair dair 1029 saylı 10 may 2018-ci il tarixli 004 nömrəli müqaviləyə 20 may 2020-ci il tarixli hüquqların ötürülməsi barəədə sazişə əsasən Cavabdeh ilə "FİNtrend” bank olmayan təşkilatı arasında bağlanmış müqavilə üzrə kredit borcunun tələbetmə hüququ "xxxx" İKB ASC-yə keçmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.2021-ci il fevralın 15-nədək Cavabdeh banka 18 may 2020-ci il tarixli kredit müqaviləsi üzrə 584.8 AZN əsas borc, 4.33 AZN faiz borcu və 2.47 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 591.6 AZN borcu vardır. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi tələbini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 18 may 2020-ci il tarixli kredit müqaviləsi üzrə 584.8 AZN əsas borc,4.33 AZN faiz borcu və 2.47 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 591.6 AZN kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar