Məhkəmə qərarları › İş №2(007)-184/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-184/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-184/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh İddiaçı ASC ilə bağlanan 25 noyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən illik 21 faizlə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilib. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.Bundan başqa, Cavabdeh 10.12.2020-ci il tarixli kredit müqaviləsinə əsasən ’’FİNtrend" Bank olmayan Kredit təşkilatından illik 39 faizlə 24 ay müddətinə 2280 manat kredit götürüb. “FİN trend” Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanan tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 05 yanvar 2021-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanan kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ İddiaçı ASC-yə ötürülüb. 2021-ci il avqustun 13-dək Cavabdeh banka 25 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2897.72 manat əsas borcu, 380.21 manat faiz borcu və 351.11 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3629.04 manat kredit borcu və 10.12.2020-ci il tarixli 106-1***-******* nömrəli kredit müqaviləsi üzrə 2280 manat əsas borcu, 600.21 manat faiz, borcu və 232.51 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3112.72 manat kredit borcu vardır.Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd edilənlərə əsasən Cavabdeh İddiaçı ASCnin xeyrinə 25 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2897.72 manat əsas borcu, 380.21 manat faiz borcu və 351.11 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3629.04 manat, 10.12.2020-ci il tarixli 106-1***-******* nömrəli kredit müqaviləsi üzrə 2280 manat əsas borcu, 600.21 MANAT faiz, borcu və 232.51 MANAT cərimə borcu olmaqla ümumilikdə cəmi 3112.72 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şıxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Nümayəndə oğlu ilə İddiaçı ASC ilə bağlanan 25 noyabr 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki,bank tərəfindən cavabdehə illik 21 faizlə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilib. Cavabdeh ilə “FİNtrend" Bank olmayan Kredit təşkilatı arasında bağlanmış 10.12.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, “FİNtrend" Bank olmayan Kredit təşkilatı tərəfindən Cavabdeh illik 39 faizlə 24 ay müddətinə 2280 manat kredit verilib. “FİN trend” Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanan tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli 004 №-li müqavilədən görünür ki, 05 yanvar 2021-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanan kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ İddiaçı ASC-yə ötürülüb. 13.08.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Nümayəndə oğlu ilə İddiaçı ASC ilə bağlanan 25 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin 2897.72 manat əsas borcu, 380.21 manat faiz borcu və 351.11 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3629.04 manat kredit borcu, Cavabdeh ilə “FİNtrend" Bank olmayan Kredit təşkilatı arasında bağlanmış 10.12.2020-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin 2280 manat əsas, 600.21 manat faiz, 232.51 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3112.72 manat vardır. Ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 102.86 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, 13 avqust 2021-ci il tarixinə Nümayəndə oğlu ilə İddiaçı ASC ilə bağlanan 25 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin 2897.72 manat əsas borcu, 380.33 manat faiz borcu, 10.12.2020-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin 2280 manat əsas, 600.21 manat faiz, borcu vardır. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı məhkəməyə müraciət edənədək pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Nümayəndə arasında qanunla müəyyən olunan qaydada kredit müqavilələri bağlanmış və iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq müqavilədə nəzərdə tutulan məbləğdə krediti nəğd şəkildə cavabdehə vermişdir.Lakin sonuncu müqavilə üzrə götürdüyü öhdəlikləri tam və layiqincə yerinə yetirməmişdir.Nəticədə 25 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin 2897.72 manat əsas borcu, 380.21 manat faiz borcu və 351.11 manat cərimə borcu olmaqla cəmi 3629.04 manat kredit borcu, 10.12.2020-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin 2280 manat əsas, 600.21 manat faiz, 232.51 manat cərimə borcu olmaqla cəmi 3112.72 manat qalmışdır. Qeyd olunanlarla əlaqədar məhkəmə iddia tələbini əsaslı hesab edir hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh İddiaçı ASCnin xeyrinə 25 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2897.72 manat əsas borc, 380.21 manat faiz borcu və 351.11 manat cərimə borcu olmaqla cəmi 3629.04 manat, 10.12.2020-ci il tarixli 106-1***-******* nömrəli kredit müqaviləsi üzrə 2280 manat əsas borc, 600.21 manat faiz, borcu və 232.51 manat cərimə olmaqla cəmi 3112.72 MANAT kredit borcu və 30 manat dövlət rüsumu tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alnaraq Azərbaycan Respublikası ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASCnin xeyrinə 25 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2897.72 manat əsas borc, 380.21 manat faiz borcu və 351.11 manat cərimə olmaqla cəmi 3629.04 manat, 10.12.2020-ci il tarixli 106-1***-******* nömrəli kredit müqaviləsi üzrə 2280 manat əsas borc, 600.21 manat faiz, borcu və 232.51 manat cərimə olmaqla cəmi 3112.72 manat kredit borcu,ümumilikdə hər iki müqavilə üzrə 6741.76 manat kredit borcu və 30 manat dövlət rüsumu tutulsun. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alnaraq Azərbaycan Respublikası ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar