Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1858/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin artırılmasına dair ərizə vermişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış 28.09.2020-ci il tarixli İK №1110/F-20 saylı kredit müqaviləsinə əsasən, cavabdehə faiz dərəcəsi 27% olmaqla 36 ay müddətinə 1145 manat məbləğində kredit verilmişdir. Cavabdeh vaxtlı-vaxtında kredit borcunu ödəmədiyi üçün bank qarşısında borcu yaranıb. Cavabdeh 28.09.2020-ci il tarixli İK №1110/F-20 saylı kredit müqaviləsinə əsasən, 17 fevral 2021-ci il tarixinə kimi kredit müqaviləsi üzrə əsas borcdan 108,72 manat, faiz borcundan isə 212,97 manat ödəniş etməli olduğu halda heç bir ödəniş etməmişdir. Hazırda onun Banka olan borcu 1145 manat əsas, 119,37 manat faiz, 93,60 manat cərimə borcu olmaqla, ümumilikdə 1357,97 manat təşkil edir. Dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcunu ödəməkdən yayınıb. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki, İddiaçı ASC Mərkəzi filialı ilə Cavabdeh ilə arasında bağlanmış 28.09.2020-ci il tarixli İK №1110/F-20 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə 1145 manat əsas, 236.41 manat faiz, 119.36 manat cərimə borcu olmaqla, ümumilikdə 1500.77 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğindən dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 28.09.2020-ci il tarixli İK №1110/F-20 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" ASC-dən illik faiz dərəcəsi 27% olmaqla, 36 ay müddətinə 1145 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh hər ayın 28-dən gec olmayaraq 36 ay müddətinə hər ay 46,74 manat banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28.09.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh 1145 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 04.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh banka həmin tarixə 1145 manat əsas,203.78 manat faiz,93.60 manat cərimə borcu vardır. İş materiallarında olan 28.12.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, borclu Cavabdeh borcun ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 02.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, bank tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilənin şərtlərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti cavabdehə vermiş, o isə öz öhdəliklərinə əməl etməmişdir. Qeyd olunanlara əsasən iddia əsas və faiz borcu hissəsində əsaslı olduğundan təmin olunmalıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 28.09.2020-ci il tarixli İK №1110/F-20 saylı kredit müqaviləsi üzrə 119.36 manat cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 119.36 manat dəbbə pulu azaldılmalı və 10 manat məbləğində müəyyən edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış 28.09.2020-ci il tarixli İK №1110/F-20 müqavilə ləğv edilməli, Cavabdeh həmin müqavilə üzrə 1145 manat əsas borc, 236.41 manat faiz borcu, 10 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 28.09.2020-ci il tarixli İK №1110/F-20 müqavilə ləğv edilsin. Cavabdeh 1145 manat əsas borc, 236.41 manat faiz borcu, 10 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1858/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1858/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver