Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-186/2025 25.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul və avtomobil dayanacağı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-yə 11 may 2018-ci il tarixli müqavilə üzrə artıq ödənilmiş 14568 manat pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi və ya zirzəmi mərtəbəsində maşın dayanacağı ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh "xxxx" MMC-yə 11 may 2018-ci il tarixli müqavilə üzrə artıq ödənilmiş 14568 manat pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizənin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 may 2018-ci il tarixdə tərəflər icraçı "xxxx" MMC və payçı İddiaçı arasında yaşayış kompleksində mənzil alqı-satqısına dair müqavilə imzalanmışdır. Belə ki, sözügedən müqavilənin predmetinə ünvan 1 ünvanında imza olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 101.84 kv.m. olan, 97 №-li mənzil izolə olunmuş 2 otaqdan ibarət olan mənzil payçıya satılmışdır. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m. sahəsi üçün 800 AZN təyin edilir. Cəmi 101.84 kv.m. sahəsi üçün 81472 (səksən bir min dörd yüz yetmiş iki) AZN təşkil edir. Bu müqavilənin ödənişi yalnız mədaxil qəbzi ilə əsas sayılır. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi müqavilə qiymətindən 65% miqdarında, yəni 53000 (əlli üç min) AZN məbləğində ödənilib. Göstərilən məbləğin qalan hissəsinin ödənişi “Payçı” tərəfindən, bu müqavilənin ayrılmış əlavəsi olan “ödəniş cədvəli”nə uyğun olaraq nəzərdə tutulmuşdur. İddiaçı müqavilə üzrə 81472 (səksən bir min dörd yüz yetmiş iki) AZN tam ödədiyi üçün 09 iyun 2019-cu ildə arayış aldı. Lakin 16 aprel 2022-ci ildə binada təmirə başlayanda məlum oldu ki, mənzilin faktiki ölçüsü 83.64 m2 olmasına baxmayaraq, müqavilədə 101.84 m2 yazılmışdır. Bu günə qədər "xxxx" MMCnin rəhbərləri ilə görüşə bilməmişdir. Artıq yazılmış 18.21 m2 qiyməti 18.21 m2 x 800 AZN = 14568 AZN.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verdi və bildirdi ki, evi alanda sahəsi 101 kv.m olduğunu dedilər. Sonradan ölçüb bildilər ki, evin sahəsi müqavilədəki kimi deyil. Əri demişdir ki, əskik olan sahənin əvəzinə qaraj götürərlər, əgər verməsələr, pulunu tələb edərlər. Onlar isə müqavilədə qeyd olunan 101.84 kv.m sahənin pulunu cavabdehə veriblər. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Cavabdeh "xxxx" MMC-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
8. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 11 may 2018-ci il tarixli, 097002 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 101.84 kv.m olan, 97 nömrəli mənzil izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi verir. Müqavilənin 4.1-ci bəndinə əsasən mənzilin bir kv.m sahəsi üçün 800 manat təyin edilmişdir. Cəmi 101.84 kv.m sahəsi 81472 manat təşkil edir.
9. 09 iyun 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 101.84 kv.m olan, 97 nömrəli mənzilin dəyərini tam ödəmişdir.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2025-ci il tarixli, 10/1538 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbə, 97 nömrəli mənzilin faktiki ümumi sahəsi 85 m2, mənzilin divarlarının, şaxta və sütunlarının altında qalan sahə 16.7 m2 təşkil edir.
İşin faktiki halları:
11. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 11 may 2018-ci il tarixli, 097002 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 101.84 kv.m olan, 97 nömrəli mənzil izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi verir. Müqavilənin 4.1-ci bəndinə əsasən mənzilin bir kv.m sahəsi üçün 800 manat təyin edilmişdir. Cəmi 101.84 kv.m sahəsi 81472 manat təşkil edir. 09 iyun 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 101.84 kv.m olan, 97 nömrəli mənzilin dəyərini tam ödəmişdir. Hazırda iddiaçı cavabdeh "xxxx" MMC-yə 11 may 2018-ci il tarixli müqavilə üzrə artıq ödənilmiş 14568 manat pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:
59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
Məhkəmənin mövqeyi:
14. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
15. Belə ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 11 may 2018-ci il tarixli, 097002 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 101.84 kv.m olan, 97 nömrəli mənzil izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi verir. Müqavilənin 4.1-ci bəndinə əsasən mənzilin bir kv.m sahəsi üçün 800 manat təyin edilmişdir. Cəmi 101.84 kv.m sahəsi 81472 manat təşkil edir. 09 iyun 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 101.84 kv.m olan, 97 nömrəli mənzilin dəyərini tam ödəmişdir.
16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2025-ci il tarixli, 10/1538 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbə, 97 nömrəli mənzilin faktiki ümumi sahəsi 85 m2, mənzilin divarlarının, şaxta və sütunlarının altında qalan sahə 16.7 m2 təşkil edir.
17. Göründüyü kimi iddiaçıya təhvil verilən mənzilin faktiki sahəsi 85 m2-dir. Lakin tərəflər arasında bağlanmış 11 may 2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi sahəsi 101.84 kv.m olan mənzil verilməsini öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə tam şəkildə əməl etməmişdir. Qanunvericiliyin tələbinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
18. Məhkəmənin qərardadı əsasında keçirilmiş ekspert rəyinə əsasən mənzilin faktiki ümumi sahəsi 85 m2 müəyyən edilmişdir. Odur ki, müqavilədə nəzərdə tutulan 101.84 kv.m. sahədən faktiki sahə olan 85 kv.m çıxılmaqla (101.84-85=16.84) əskik olan sahənin pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Müqavilədə mənzilin bir kv.m sahəsi üçün 800 manat təyin edilmişdir. Beləliklə, əskik olan 16.84 kv.m sahə üçün (16.84x800=13472) 13472 manat məbləğində pul iddiaçıya ödənilməlidir.
Məhkəmə baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
20. Məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
21. Məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manatın 92.47 manatı cavabdeh "xxxx" MMC-dən, 7.53 manatı İddiaçı tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün.
Nəticə:
22. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 13472 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.
23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 13472 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manatın 92.47 manatı cavabdeh "xxxx" MMC-dən, 7.53 manatı İddiaçı tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova