Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1861/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və Cavabdeh xx.xx.2010-cu il tarixində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il tarixində X11, xx.xx.2013-cü il tarixində X9 və xx.xx.2016-cı ildə X12 anadan olmuşlar. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5414/2018 saylı qətnaməsi ilə aramızda nikah pozulmuş, uşaqlar onun himayəsinə verilmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-2303/2018 saylı qətnaməsi ilə Cavabdeh Mikayıl adlı uşağın saxlanması üçün hər ay 154 AZN və uşaq 3 yaşına çatanadək hər ay 50 AZN aliment, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-2968/2018 saylı qətnaməsi ilə Zemfira və Muhammədin saxlanılması üçün hər uşağa görə 154 AZN olmaqla cəmi 308 manat aliment Gülzarə Quliyevnanın xeyrinə tutulmuşdur. Baki şəhəri Binəqədi Rayonun Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentlərin miqdarı artırılmışdır və xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər əy hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq onun xeyrinə tutulmuşdur. Hal-hazırda qeyd edilən 510 AZN aliment məbləği üç uşağın ehtiyac və tələbatlarının ödənilməsi üçün kifayət etmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Uşaqlar məktəbdən əlavə olaraq ingilis dili kursuna “Star Academy”ya (Nərimanov r-nu F.Xoyski:161a) gedirlər. Onu da qeyd etmək istəyir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Böyüdükcə uşaqda atasına qarşı ehyiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də artan maddi tələbatlarını ödəmək tək qadın olaraq mənə çox çətindir. Onu da qeyd etmək istəyir ki, o, 3 uşağı ilə kirayədə (Nizami rayonu, Q.Qarayev prospekti 37 mənzil 30-da) yaşayır və ayliq 450 (dörd yüz əlli) manat ödəniş ödəyir. Buna görə də, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mediasiya şurasına müraciət etmiş, ona Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən mediator qismində X2 (mediasiya reyestrində qeydiyyat nömrəsi M-00199) tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə MŞB/11/2023-00869 saylı 20 mayl 2023cü il tarixli arayış verilmişdir. Lakin cavabdeh tərəf Mediasiya sessiyasında iştirak etmək barədə məlumatlandırılsa da, iştirak etməmişdir. O, ilkin Mediasiya sessiyasında iştirak etmişdir və ilkin mediasiyanin keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində ilkin mediasiyaya dair xərci Bakı 11 saylı Mediasiya Təşkilatının hesabına ödəmişdir. Başqa sözlə, alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Qeyd edilənlərə əsasən bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay üçün “yaşayış minimunu haqqında” Azərbaycan respublikasının qanununa əsasən hər cari ilə görə, uşağın saxlanması üçün müəyyən olunmuş yaşayış minimumu həddindən az olmayan (2023-cü il üçün - 220 (iki yuz iyirmi)) manat miqdarda, sabit pul məbləğində alimentin, ilkin mediasiyanı keçirilməsi ilə bağlı Bakı 11 saylı Mediasiya Təşkilatının hesabına ödədiyim 50 (əlli) manat məbləğində ilkin mediasiyaya dair xərcin, aylıq kirayə ödənişinin yarısının Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı ilə 10 fevral 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Cavabdehlə birgə nikahlarından 28 yanvar 2011-ci il əllüdlü X11, 29 avqust 2013-cü il təvəllüdlü Murad ıhamməd Natiq oğlu və 04 aprel 2016-cı il təvəllüdlü X13 adlı övladları anadan olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, ilk günlərdən iddiaçı ilə münasibətləri yaxşı olmamışdır. Sonralar iddiaçının ailəsinin aktiv müdaxiləsindən, evdən pul və ev əşyalarının oğurluğundan, ondan gizli olaraq müxtəlif banklardan müəmmalı kredit götürməsindən, tanış və qohumlardan ondna gizli borclar aldıqdan sonra və aralarındakı münasibətlər daha da korlanmış, xasiyyətləri uyğun gəlməmişdir. Rəsmi qaydada xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci ilədək Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Layihə Smeta Bürosunda mühasib vəzifəsində işləyirdi və aldığı maaşla ailənin dolanışığını təmin edirdi. Keçmiş həyat yoldaşı İddiaçı “ailəmə maddi köməklik göstərmədiyimi” bəhanə edərək 2015-ci ilin sentyabr ayında ona qarşı aliment tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə 28 yanvar 2011-ci il təvəllüdlü X11 və 29 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün ondan hər ay sabit pul məbləğində hər uşağa görə 110 manat, ümumilikdə isə 220 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qüvvəsini aldlıqdan sonra icraata yönəldilmişdir, bu məbləğ aylıq gəlirimin həddindən artıq olmadığından hər ay maaşımı aldıqdan sonra 220 manat məbləği cavabdehə verirdi. Məhkəmənin nəzərinə onu da çatdırır ki, bir müddət sonra cavabdehlə münasibətləri normallaşdığından və öz səhvlərini etdikdən sonra birgə nikahdan 04 aprel 2016-cı il tarixdə Mikayıl adlı oğlu dünyaya gəldi. O, qətnaməsiz də imkan daxilində uşaqlarına baxmaqda davam etdiyindən İddiaçı 2016-cı ilin sonlarında ərizə ilə Nizami rayon İcra şöbəsinə yazılı ərizə ilə müraciət edərək alimentdən imtina etmiş və bu səbəbdən Nizami Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli 8(007)- 2286-2016 saylı qərardadı ilə 2(007)-5088/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraya xitam verilmişdir. Lakin az bir müddətdən sonra cavabdeh İddiaçı yenə də onun əmək haqqının azlığını, uşaqlarının maddi cəhətdən tam təmin edə bilmədiyini bəhanə edərək, 04 aprel 2016-cı ildə anadan olmuş oğulları Mikayılın saxlanması və onun 3 yaşına çatanadək alimentin və əlavə olaraq 100 manat ondan tutulması, üstəlik Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(007)-5088 qətnaməsi ilə digər iki uşaqlarına münasibətdə müəyyən edilmiş alimentin miqdarının artması tələbi ilə bağlı iddia ərizələri ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsi özünün 28 may 2018-ci il tarixli 2(007)2303-2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin etmiş, 04 Aprel 2016-cı il təvəllüdlü Mikayılın xlanması üçün ondan sabit pul məbləğində hər ay 154 manat alimentin və uşaq üç yaşına çatanadək 50 manat alimentin İddiaçı xeyrinə tutulmasını qət etmişdir. Bundan əlavə Nizami Rayon Məhkəməsinin başqa bir xx.xx.2018ci il tarixli, 2(007)2968- 2018 saylı qətnaməsi ilə İddiaçı digər iki uşaqlarına münasibətdə aliment tələbi təmin edilərək, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılmış və birgə nikahimizdan olmuş 28 yanvar 2011-ci il təvəllüdlü X11 və 29 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat, ümumilikdə isə 308 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, Nizami Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli 2(007)-2303-2018 və xx.xx.2018-ci il tarixli 2(007)-2968-2018 saylı qətnamələri ilə birgə nikahlarından olan üç azyaşlı uşaqlarının saxlanması üçün ondan 462 manat (154*3=462), bundan əlavə üçüncü uşaqları 3 yaşma çatanadək İddiaçı özü üçün 50 manat alimentin tutulması qət edilmişdir. Yəni ondan 512 manat aliment tutularaq İddiaçı verilməlidir. Daha sonra İddiaçı tutulan aliment məbləğinin uşaqların tələbatına yetmədiyini əsas gətirərək Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4326/2022 xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 28 yanvar 2011-ci il təvəllüdlü X11, 29 avqust 2013-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat, ümumilikdə isə 510 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsini qət edilmişdir. Bu məbləğdə alimentin tutulması qənaətinə gələrkən məhkəmələr öz qətnamələrini əsasən 2022-ci il uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu ilə əsaslandırmışlar. Hesab edir ki, belə yanaşma səhv yanaşmadır və qətnamələrin ümumilikdə icrasını mümkünsüz edir ki, bu uşaqlarının maraqlarına tam ziddir. Belə ki, valideynlərin uşaqlara münasibətdə aliment öhdəlikləri Azərbaycan Respublikasında yaşayış minimumu haqqında qanunla yox, Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu normanın mahiyyətindən də görünür ki, uşaqlarını saxlamaq borcu hər iki valideynə aiddir. Odur ki, uşaqların saxlanması üçün məhkəmə qətnaməsi ilə bir valideynin üzərinə aliment öhdəliyinin qoyulması, digər valideyni bu öhdəlikdən azad etmək hesab edir ki, yuxarıda göstərdiyi normanın tələbinə zidd olmaqla yanaşı uşaqların da marağına uyğun deyil. İddiaçı Nəbz klinikasından öz xahişi ilə işdən çıxaraq, Miamed klinikasında qeyri-rəsmi olaraq həkim akuşer-ginekoloq vəzifəsində işləməsini, vergidən yayınmaq və ünvanlı sosial yardım almaq üçün, qeyri-rəsmi isə 4000-5000 manat civarında olmasını, kifayət qədər maddi təminatının yaxşı olmasını diqqətə çatdırır. Bildirmək istəyir ki, o, həmin məbləği ödəmək qabiliyyətində deyil. xx.xx.2012-xx.xx.2022ci ilədək Sabunçu rayon İcra Hakimiyyəti Layihə Smeta Bürosunda mühasib vəzifəsində işləymişdir, lakin İddiaçı tərəfindən uzunmüddətli təzyiqlərdən sonra birtərəfli qaydada işindən xaric olunmuşdur. X8 işsizliklə bağlı müraciət edərək işsiz kimi qeydiyyata alınmışdır və əlavə heç bir gəliri yoxdur. Alimenti tam məbləğdə ödəməkdə ciddi çətinlik çəkir. Hazırda hər ay ödəniş etsə də, xeyli aliment borcu yığılmışdır. Hətta alimenti ödəmək üçün "xxxx" ASC-nin Sabunçu filialından kredit götürsə belə, borcunu tam ödəyə bilməmişdir. İndiki iqtisadi böhran dövründə də hansısa yeni bir yüksək məvacibli iş tapmağı isə real deyil. Borcla bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)- 158/2019 saylı qərardadına əsasən ölkədən getmək hüquqlarım müvəqqəti məhdudlaşdırlıb. Hər ay ödəniş etsə belə, tam edə bilmədiyi üçün aliment borcu yığılmışdır və bu səbəbdən xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ədalətsiz qərarı ilə 10 sutka həbs cəzası almışdır. Düşünür ki, məbləğ məhkəmə tərəfindən mövcud vəziyyətim nəzərə alınmaqla, daha ağlabatan miqdarda müəyyən etməklə, indiki maddi durumumu nəzərə almaqla, aliment məbləğinin dəyişilməz olaraq qalması daha ədalətli olardı. Qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirlməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməmsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair (sonuncu tələb) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı təvəllüdlü X12 yetkinlik yaşına çatanadək hər bir uşaq üçün 220 manat, cəmi 660 manat alimentin ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, dövlət tərəfindən müəyyən edilmiş minimum məbləğdə alimenti tələb edir. Kirayədə yaşayır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib izahat verərək bildirdi ki, o, hazırda gecikmələrlə də olsa təyin olunan alimenti valideynlərinin pensiyası və s. ilə çətinliklə də olsa ödəyir. Onun hazırda aliment borcu da var. O, mühasib olsa da, alimenti ödəmək üçün fəhləlik də edir. İndiyə kimi onun heç bir pis əməli olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ seriyalı 610328 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 28 yanvar 2011-ci il tarixdə anadan olmuşdur. Ata qrafasırda Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmşdir; AZ-İİİ seriyalı 191995 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 29 avqust 2013-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir; AZ-İİİ seriyalı 736075 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki. X12 04 aprel 2016-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2303/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh 04 aprel 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 aprel 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində alimentin üç yaşına çatanadək hər ay 50 (əlli) manat aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2968/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılsın, tərəflərin birgə nikahından 28 yanvar 2011-ci il tarixdə doğulmuş X5 və 29 avqust 2013-cü il tarixdə doğulmuş X9nun yetkinlik yaşına çatana kimi saxlanmaları uçun Cavabdeh hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir; - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4326/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2968/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(007)-2303/2018 saylı, xx.xx.2018-ci il tarxli qətnamələri ilə müəyyən edilmiş alimentlərin miqdarı artırılması, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - AZ-İ seriyalı № 324983 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı ilə olan bikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 338 nömrəli qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Muradov, qadına Qasımova soyadı verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahda olduqları müddətdə xx.xx.2011-ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X12 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, məhkəmə qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, bu zaman uşaqların ananın yanında qalması müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4326/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2968/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(007)-2303/2018 saylı, xx.xx.2018-ci il tarxli qətnamələri ilə müəyyən edilmiş alimentlərin miqdarı artırılması, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, uşaqların saxlanılması üçün 2022-ci ildə hər ay 170 manat sabit pul məbləğində aliment məbləğinin tutulması müəyyən edildikdən sonra 1 il keçmişdir, bu müddətdə uşaqlar böyümüş, onların tələbatları artmış, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik baş vermişdir. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2022-ci ildə müəyyən edilmiş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Məhkəmə dəyişdirililməli olan aliment məbləğinin həcmini müəyyən edərkən iddiaçının və onun himayəsində yaşayan uşaqların mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, aliment məbləğinin 660 manat müəyyən edilməsinə dair iddia tələbi qismən təmin edilməlidir. Nəzərə alınmalıdır ki, burada, tələbi əsaslı edəcək, müəyyən edilməli olan hal - məhz məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən cavabdehin (atanın) ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hansı ki, iddiaçı buna dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilən aliment məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4326/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər iddia ərizəsinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumundan azad edilməli, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməli və iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə ödənilmiş 50 manat məbləğində pulun əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4326/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 50 manat məbləğində pul Cavabdeh tutulub, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1861/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1861/2023
26.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver