Məhkəmə qərarları › İş №2(007)-1862/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1862/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1862/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Xətai Filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli 14 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 18 (on səkkiz) ay müddətinə illik 33 (otuz üç) faiz dərəcəsi ilə 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin1 və Zamin2 ilə bank arasında 14 avqust 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. 30 mart 2017-ci il tarixli 01 nömrəli əlavə sazişə əsasən, borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1.45 AZN) 3106,08 (üç min bir yüz altı manat 08 qəpik) manat təşkil edir. Kreditin müddəti müqaviləyə əsasən 03 mart 2018-ci il tarixədək uzadılır. 30 mart 2017-ci il tarixli 01 nömrəli zaminlik müqaviləsinə əlavə sazişə əsasən, borcun təminatı olaraq Zamin2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********469 saylı 23 dekabr 2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasan üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 18 dekabr 2020-ci il tarixə kredit üzrə cəmi borcu 5824,91 (beş min səkkiz yüz iyirmi dörd manat 91 qəpik) manat təşkil edir. Bundan 1317,59 (bir min üç yüz on yeddi manat 59 qəpik) manat əsas, 839,75 (səkkiz yüz otuz doqquz manat 75 qəpik) manat faiz, 3488,65 (üç min dörd yüz səksən səkkiz manat 65 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 178,92 (bir yüz yetmiş səkkiz manat 92 qəpik) manat faiz borcu təşkil edir. Cəmi 5824,91 (beş min səkkiz yüz iyirmi dörd manat 91 qəpik) manat- bundan 1317,59 (min üç yüz on yeddi manat 59 qəpik) manat əsas, 839,75 (səkkiz yüz otuz doqquz manat 75 qəpik) manat faiz, 3488,65 (üç min dörd yüz səksən səkkiz manat 65 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 178,92 (bir yüz yetmiş səkkiz manat 92 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada tutularaq, ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh və Zamin2 ünvan 1 ünvanında, cavabdeh Zamin1 isə ünvan 2 ünvanında qeydiyyatda olsalar da, faktiki olduqları yer məlum olmadığından məhkəmə bildirişi cavabdehlərin məlum olan axırıncı yaşayış yerləri üzrə müvafiq olaraq, Bakı şəhəri Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə, Bakı şəhəri Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Bakı şəhəri Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə təqdim edilmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Həmin maddənin tələbinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “xxxx” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 14 avqust 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 33 faiz ödəmək şərti ilə 3.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - “xxxx” ASC ilə borcalan Cavabdeh və Zamin1 arasında bağlanmış 14 avqust 2014cü il tarixli 280007004/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, Zamin1 həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalan Cavabdeh ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; - “xxxx” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış ********* saylı, 14 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 30 mart 2017-ci il tarixli 01 saylı əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (restruktruzasiya edilmiş kredit) konvertasiya edilməklə (1 USD= 1.45 AZN) 3106,08 (üç min yüz altı manat səkkiz qəpik) manat təşkil edir. Restruktruzasiya edilmiş kreditin müddəti 30 mart 2018-ci il tarixədək təşkil edir; - “xxxx” ASC ilə borcalan Cavabdeh və Zamin2 arasında bağlanmış 30 mart 2017-ci il tarixli 280007004/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, Zamin2 həmin kredit müqaviləsindən (01 saylı 30 mart 2017-ci il tarixli əlavə saziş) irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalan Cavabdeh ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; - 14 avqust 2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh həmin tarixli müqavilə üzrə pul məbləğini “xxxx” ASC-dən nağd olaraq almışdır; - “xxxx” ASC-nin 23 dekabr 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə iddiaçı tərəfindən xəbərdar olunmuşlar; - 11 mart 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxx” ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; - Ləğv prosesində olan “xxxx” ASC-nin 05 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 30 mart 2017-ci il tarixli kredit sazişi üzrə 1317,59 (min üç yüz on yeddi manat 59 qəpik) manat əsas, 839,75 (səkkiz yüz otuz doqquz manat 75 qəpik) manat faiz, 3488,65 (üç min dörd yüz səksən səkkiz manat 65 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 178,92 (bir yüz yetmiş səkkiz manat 92 qəpik) manat faiz borcu olmaqla, cəmi 5824,91 (beş min səkkiz yüz iyirmi dörd manat 91 qəpik) manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 33 faizlə, 18 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüş, 14 avqust 2014-cü il tarixdə kassa məxaric orderinə imza edərək kredit vəsaitini “xxxx” ASC-dən nağd olaraq almışdır. Digər cavabdeh Zamin1 kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 14 avqust 2014-cü il tarixdə borcalanla birlikdə bankla zaminlik müqaviləsi bağlamış və kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. “xxxx” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış ********* saylı, 14 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 30 mart 2017-ci il tarixli 01 saylı əlavə sazişlə, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (restruktruzasiya edilmiş kredit) konvertasiya edilməklə 3106,08 manat hesablanmış, restruktruzasiya edilmiş kreditin müddəti 30 mart 2018-ci il tarixədək müəyyən edilmiş və digər cavabdeh Zamin2 qeyd olunan kredit sazişi üzrə öhdəliklərin icrasının təminatı kimi 30 mart 2017-ci il tarixdə borcalanla birlikdə bankla zaminlik müqaviləsi bağlamış və kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər kreditin ödənilməsi ilə bağlı müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı “xxxx” ASC ilə bağladığı 14 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 30 mart 2017-ci il tarixli kredit sazişi əsasında götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da, müəyyən olundu ki, cavabdeh Zamin1 14 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə, cavabdeh Zamin2 həmin müqavilə əsasında bağlanmış 30 mart 2017-ci il tarixli kredit sazişi üzrə Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh “xxxx” ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh zaminliklə təmin edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərilərinə götürmüşlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün 178,92 manat faiz tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və cavabdehlər müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidirlər. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, 3488,65 manat miqdarında cərimə (dəbbə pulu) 1317,59 manat miqdarında əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və bu məbləğ azaldılmaqla, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1317,59 manat əsas borc, 839,75 manat faiz borcu, 200 manat cərimə, müqavilənin bitdiyi tarixdən 18 dekabr 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 178,92 manat borc olmaqla, cəmi 2536,26 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1317,59 (min üç yüz on yeddi manat, əlli doqquz qəpik) manat əsas borc, 839,75 (səkkiz yüz otuz doqquz manat, yetmiş beş qəpik) manat faiz borcu, 200 (iki yüz) manat cərimə, müqavilənin bitdiyi tarixdən 18 dekabr 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 178,92 (yüz yetmiş səkkiz manat, doxsan iki qəpik) manat borc olmaqla, cəmi 2536,26 (iki min beş yüz otuz altı manat, iyirmi altı) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar