Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1877/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)- 400/2017 saylı məhkəmə qərarı ilə tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat məbləğində müəyyən edilərək Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış nikah Nizami Rayon Məhkəməsinin 2(007)-400/2017 saylı qətnaməsi ilə ləğv edilmişdir. Cavabdehlə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Cavabdehlə birgə nikahlarından olan övladı onunla yaşayır. Nizami Rayon Məhkəməsinin 06 mart 2017-ci tarixli 2(007)-400/2017 saylı məhkəmə qərarına əsasən cavabdehdən övladının saxlanılması üçün cavabdehin işləmədiyi əsas gətirilərək hər ay 117 manat alimentin tutulması üçün qətnamə qəbul olunmuşdur. Cavabdehdən məhkəmə tərəfindən aliment tutulduqdan sonra övladı xeyli böyümüş və xərcləri artmışdır. Övladı artıq orta məktəbin 3-cü sinifinə gedir. Eyni zamanda musiqi məktəbinin 2-ci sinifində təhsil alır, rəqs dərnəyinə və digər təhsillə bağlı məşğələlərə gedir, böyüdükcə ehtiyacları, tələb və istəkləri daha da artır. Belə ki, cavabdehin hər ay ödədiyi 2017-ci ilə görə müəyyən olunmuş 117 manat aliment indiki dövr üçün yaşayış şəraitini və özünün də aşağı əmək haqqı (486 azn) almağını nəzərə alaraq, övladının xərclərini və ehtiyaclarını heç cür qarşılamır. Cavabdeh tərəf uşağın 1 yaşından bu dövrə qədər uşaqla maraqlanmamış, 117 manat alimentdən savayı heç bir maddi dəstək göstərməmiş, uşağın ad günlərində və ya xüsusi günlərdə uşağa heç bir diqqət göstərməmişdir. Övladının bütün xərcləri demək olar ki, onun və ailəsinin üzərindədir. Cavabdeh hal-hazırda Azərbaycan Dəmir Yollarında copywriter vəzifəsində çalışır, lakin onun gəlirləri barədə onda kifayət qədər məlumat yoxdur. Belə olan halda onun qazancının dörddə bir hissəsini müəyyən etmək olmur. Bundan başqa 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müvafiq qanunla müəyyən edilmişdir. Belə olan halda cavabdehdən övladlarının saxlanılması üçün tutulan aliment məbləği artırılmalıdır. Tərəflərin izahatları: Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron qaydada ərizə verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, "Yaşayış minimumu haqqında" Qanuna əsasən ölkə üzrə 2024-cü ildə uşaqlar üçün aliment məbləği 235 manat müəyyən edilmişdir və o, həmin məbləğdə aliment tutulmasına etiraz etmir. Ailə vəziyyətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir. Belə olan halda, işə onun iştirakı olmadan baxılmasını, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli 2(007)-400/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılaraq ondan iddiaçının xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat məbləğdə aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə verərək məhkəmə iclası olan gün işdə olduğu və icazə almaq çətin olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Təhsil İnstitunda aparıcı mütəxəssis olaraq çalışır və 480 manat əmək haqqı alır. Qarşı tərəfin gəliri barədə məlumatı yoxdur, cavabdeh özü də bu barədə məlumat vermir. Lakin bildiyi qədərilə "xxxx" QSC-də çalışır. Mediasiya prosesi zamanı araşdırılanda cavabdehin gəlirinin az olması, yəni 800 manat olması müəyyən edilmişdir. Ümumiyyətlə, cavabdeh boşandıqdan sonra hər ay 120 manat alimentdən başqa heç nə verməmişdir. Onsuzda cavabdeh iddia tələbində qeyd etdiyi məbləği ödəməyəcəkdir. Ona görə də uşağın yetkinlik yaşına çatanadək hər ay 235 manat alimentin cavabdehdən tutulmasına etiraz etmir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birgə nikahlarından 25 sentyabr 2015-ci il təvəllüdlü X3 adlı övladı anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli, 2(007)- 400/2017 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın ananın yanında saxlanılması və 25 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2016-cı ildən başlayaraq hər ay 117 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 13 saylı Mediasiya Təşkilatının MŞB/13/2024- 00484 saylı, xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci çəkilmişdir. İşin mübahisəli halları: Hazırda ana uşağın saxlanılması üçün tutulan 117 manat məbləğində alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni hər ay 350 manat olmasını xahiş edir. Cavabdeh isə alimentin 235 manat məbləğində artırılmasına etiraz etmir. İddia tələbini qalan hissədə qəbul etmir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1 və 78.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci və 8.12-ci bəndlərinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1-ci və 112.1-ci maddələrinin müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbinin alimentin alınması hissədə tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 350 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin o, cümlədən təyin olunan qəyyumun bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının müddəalarını, hüquqi mövqelərini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2017-ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilərək iddia tələbi qismən təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan 25 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-400/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 25 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilməli, iddiaçının ödəməkdən azad olduğu 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 25 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-400/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 25 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1877/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1877/2024
25.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver