Məhkəmə qərarları › İş №2(007)-1883/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1883/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1883/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “barışıq sazişi üzrə kredit borcunun məcburi alınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “barışıq sazişi üzrə kredit borcunun məcburi alınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki iş üzrə hazırlıq iclası keçirilmiş və məhkəmə baxışı təyin edilmişdir. Hazırlıq iclasında tərəflər iştirak etməmişlər. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, mülki iş aidiyyət qaydalarının pozulması ilə məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, iddia ərizəsinin mümkünlüyü yoxlanılarkən, iş materiallarında olan 26 iyul 2019-cu il tarixdə tərəflər arasında bağlanmış barışıq sazişinin surətində birinci tərəf olan Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olmasına dair məlumatın (23 may 2014-cü il tarixdə BAKİ-NİZAMİ RPİ tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi) qeyd edildiyi müəyyən olunmuş, həmin əsasla işin məhkəmə icraatı mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh şəxsiyyəti müəyyən edilərkən isə aydın oldu ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır, adına 19 sentyabr 2019-cu il tarixdə (istinad edilən barışıq sazişinin bağlanmasından sonra) ASAN 2 tərəfindən AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək, hal-hazırda ünvan 2 ünvanında qeydiyyatda olması ilə əlaqədar, iddiaçı “xxxx” MMC-nin ona qarşı “barışıq sazişi üzrə kredit borcunun məcburi alınması” tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili X3, hazırki iş üzrə iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X4 etiraz edərək, mülki işin aidiyyəti üzrə göndərilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir; 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmədə baxılarkən müəyyən edildi ki, işdəki məlumatlar əsasında aidiyyət qaydalarına əməl edilməklə iddia ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatına qəbul olunsa da, məhkəmə baxışı zamanı cavabdehin qeydiyyat ünvanının Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı halda aidiyyət məsələsi həll edilməli, mülki iş baxılması üçün cavabdehin qeydiyyat ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35.2, 44.2.1, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “barışıq sazişi üzrə kredit borcunun məcburi alınması” tələbinə dair 2(007)-1883/2021 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar