Məhkəmə qərarları › İş №2(007)-1899/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1899/2021

09.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1899/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X1rşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, cavabdehlə 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur.Birgə nikahdan iki övladları dünyaya gəlib. Cavabdehlə münasibətləri pozulduğu üçün aralarında olan nikah məhkəmə qaydasında pozulub və birgə nikahdan olan övladları onun himayəsinə verilib,eyni zamanda uşaqların saxlanılması üçün hər birinə 130 manat olmaqla cavabdehdən 260 manat sabit pul məbləğində aliment tutulub. Uşaqlar böyüdükcə onların saxlanma xərci də artır. Cavabdeh isə uşaqlara əlavə köməklik göstərməkdən imtina edir. Buna görə də, məcburiyyət qarşısında qalıb yenidən məhkəməyə müraciət etmişdir.Qeyd olunanlara əsasən cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər uşağa görə 175,cəmi 350 manat alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Abirov Vadim Xafisoviç məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmiş,bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli qətnaməsi ilə həmin məhkəmənin 23 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilmiş və 02.06.2011-ci il təvəllüdlü X3, 02.06.2017-ci il təvəllüdlü Abitov ElmirVadim oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə 130 manat alimentin İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175,00 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış 02.06.2011-ci il təvəllüdlü X3, 02.06.2017-ci il təvəllüdlü X2 mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə,məhkəmə tərəfindən müəyyən olunan aliment artırılmalı, hər iki uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləğində hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat aliment tutulmalı,alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli qətnaməsi ilə həmin məhkəmənin 23 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı artırılsın. 02.06.2011-ci il təvəllüdlü X3, 02.06.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləğində hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat aliment tutulsun. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakı̇ m : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar