Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-19/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə4 iştirakı ilə İddiaçı Ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan "xxxx" KB QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə4 iddia tələbini onunla əsaslandırdı ki, "xxxx" KB QSC-i ilə Cavabdeh arasında 23 oktyabr 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/125083/14 saylı müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 1859 manat məbləğində kredit verilib. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyib. Bunun əsasında onun banka borcu yaranıb. Borcun ödənilməsi dəfələrlə tələb olunsu da, heç bir nəticəsi olmayıb. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanan 23 oktyabr 2014-cü il tarixli 1xx/xx/125083/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 505,06 manat məbləğində əsas borc, 643,49 manat cərimə borcu, 61,44 manat məbləğində faiz borcu, gecikdirilən günlər üçün 73.36 manat məbləğində faiz məbləği olmaqla, ümumilikdə 1283.35 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə4 izahatını dinləyib ,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmalıdır. İş materiallarında olan: QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli, 1xx/xx/125083/14 saylı kredit müqaviləsinən görünür ki,bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 1859 manat məbləğində kredit verilib. Maliyyə arayışından görünür ki, cavabdehin banka 505,06 manat məbləğində əsas borc, 643,49 manat cərimə borcu, 61,44 manat məbləğində faiz borcu, gecikdirilən günlər üçün 73.36 manat məbləğində faiz məbləği olmaqla, ümumilikdə 1283.35 manat ödənilməmiş borcu vardır. Ödəniş qəbzindən görünür ki, bank məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Cavabdehə ünvanlanmış məktubların surətindən görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, QSC “Bank Standard” ilə Cavabdeh arasında qanunla müəyyən olunan qaydada rəsmi kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 1859 manat məbləğində kredit verilmişdir. Bank öz müqavilə öhdəliklərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti cavabdehə versə də sonuncu müqavilə öhdəliklərini tam və layiqincə icra etməmiş nəticədə onun banka 505,06 manat məbləğində əsas borc, 643,49 manat cərimə borcu, 61,44 manat məbləğində faiz borcu, gecikdirilən günlər üçün 73.36 manat məbləğində faiz məbləği olmaqla, ümumilikdə 1283.35 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmalı, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli, 1xx/xx/125083/14 saylı kredit müqaviləsi üzrə 505,06 manat məbləğində əsas borc, 643,49 manat cərimə borcu, 61,44 manat məbləğində faiz borcu, gecikdirilən günlər üçün 73.36 manat məbləğində faiz məbləği olmaqla, ümumilikdə 1283.35 borc və 30 manat dövlət rüsumu Cavabdeh QSC “Bank Standard” KB-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2014-ci il tarixli, 1xx/xx/125083/14 saylı kredit müqaviləsi üzrə 505,06 manat məbləğində əsas borc, 643,49 manat cərimə borcu, 61,44 manat məbləğində faiz borcu, gecikdirilən günlər üçün 73.36 manat məbləğində faiz məbləği olmaqla, ümumilikdə 1283.35 borc və 30 manat dövlət rüsumu Cavabdeh QSC “Bank Standard” KB-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-19/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-19/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver