Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1914/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Abasova Aygün Faiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında olan nikahdən bir uşağı - 13.11.2005-ci il təvəllüdlü X5 doğulmuşdur. Cavabdehlə nikah Yasamal rayon Məhkəməsinin qətnaməsinə əsasən 01 noyabr 2010-cu il tarixdə pozulub. Sabunçu rayon Məhkəməsinin 12 may 2014-cü il tarixli 2(008)- 3973/2014 saylı qətnaməsi ilə uşağın saxlanılması üçün cavabdehdən hər ay 110 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin həmin məbləğ hal-hazırda Respublikada mövcud olan hazırkı bazar qiymətləri ilə müqayisədə, eləcə də uşağın yaşının artması səbəbindən onun saxlanılmasına kifayət etmir. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci iİ üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2021-ci il üçün əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği ölkə üzrə uşaqlar üçün 175 manat müəyyən edilmişdir. 13.11.2005-ci il təvəllüdlü X1 üçün Sabunçu rayon Məhkəməsinin 12 may 2014-cü il tarixli 2(008)-3973/2014 saylı qətnaməsinə əsasən Cavabdeh tutulan aliment miqdarı artırılaraq, hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən Sabunçu rayon Məhkəməsinin 12 may 2014-cü il tarixli 2(008)- 3973/2014 saylı qətnaməsinə əsasən, Cavabdeh 13.11.2005-ci il tarixdə doğulmuş X1 üçün tutulan 110 manat aliment məbləğinin artırılaraq, hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, izahatında bildirdi ki, cavabdeh 4-5 ildir ki, 110 manat aliment ödəyir. Bu uşağın saxlanılması üçün kifayət etmir. Ümumilikdə uşağın saxlanılmasına kömək etmir. Cavabdeh ailəlidir və ikinci ailəsindən iki övladı var. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmənin 07.05.2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçı ilə birgə nikahdan 1 övladı var. Sabunçu rayon Məhkəməsinin 12 may 2014-cü il tarixli qətnaməsi 110 manat aliment kəsilmişdir. Alimenti vaxtı vaxtında ödəyir. “xxxx” MMC-də sürücü vəzifəsində işləyir. Aylıq əmək haqqı 300 manat təşkil edir. İkinci ailəsi var. İkinci evliliyindən də 2 övladı var. Onlara da o baxır. Maddi vəziyyəti çətindir. Hər ay aliment ödəyir. Cavabdeh 04.06.2021-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İ seriyalı 935165 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 13.11.2005-ci il təvəllüdlü X5 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 may 2014-cü il tarixli 2(008)- 3973/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, 11 aprel 2014-cü il tarixdən başlayaraq Cavabdeh 13.11.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 110 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 may 2014-cü il tarixli 2(008)-3973/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, 11 aprel 2014-cü il tarixdən başlayaraq Cavabdeh 13.11.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 110 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə baxışında cavabdeh ikinci ailəsindən iki uşağının olmasını bildirmiş, iddiaçı da cavabdehin yenidən ailə qurmasını və iki uşağının olmasını etiraf etmişdir. Məhkəmə hər iki tərəfin təsdiq etdiyi halı yəni cavabdehin 13.11.2005-ci il təvəllüdlü X2 başqa iki uşağının olmasını və yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, birgə nikahdan anadan olmuş uşağın saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı 160 (yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 may 2014-cü il tarixli 2(008)- 3973/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh 13 noyabr 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1914/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1914/2021
04.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver