Məhkəmə qərarları › İş №2(007)-1915/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1915/2024

12.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1915/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı İsmayılova (Əmirova) Samirə Sabir qızının Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi : İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı İsmayılova (Əmirova) Samirə Sabir qızı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2017-ci il tarixli, 2(007)- 3835/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq 03 avqust 2006-cı il təvəllüdlü X2 və 05 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşağa görə ayda 235 manat olmaqla, iki uşağa görə hər ay 470,0 manat məbləğin cavabdehdən alınaraq onun xeyrinə tutulması, mediasiya sessiyası üçün tərəfindən ödənilmiş 51,0 manat mediasiya xərcinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 09 mart 2007-ci ildə rəsmi nikaha girib ailə qurmuş, birgə nikahdan yetkinlik yaşına çatmayan 03 avqust 2006cı il tarixdə X4 və 05 yanvar 2011-ci il tarixdə X3 anadan olmuşdur. Xasiyyətlərinin tutmaması səbəbindən ailə münasibətləri dağılmış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-2(007)-142/2024 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilərək onunla Cavabdeh arasında Bakı şəhəri Nizami rayonu VVADQ şöbəsində bağlanmış 09 mart 2007-ci il tarixli nikahın bağlanması haqqında akt qeydləri kitabında 152 nömrə ilə qeyd olunmuş nikahın pozulması və 03 avqust 2006-cı il təvəllüdlü X2 və 05 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər onun yanında saxlanması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və məhkəmə tərəfindən icra olunması üçün Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsinə xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Onun tərəfindən 2017-ci ildə cavabdehə qarşı alimentin tutulması tələbi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2017-ci il tarixli 2(007)-3835/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh X2 və X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 01 iyun 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 137 manat, cəmi 274 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutuilması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdılr. 2017-ci ildən etibarən ərzaq mallarının, xidmətlərin və enerji daşıyıcıların qiyməti xeyli artmışdır. Uşaqlar da böyüdükcə onların da gündəlik tələbatları qalxır. Onların saxlanması müəyyən xərc tələb edir ki, onun maddi imkanları buna yol vermir. Cavabdeh tərəfindən isə uşaqların saxlanması üçün tələb olunan vəait ödənilmir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı İsmayılova (Əmirova) Samirə Sabir qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O əlavə olaraq bildirdi ki, 2017-ci ildən alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. “Aqrarkredit” şirkətində ofis meneceri olaraq işləyir və 400 manat əmək haqqı alır. Uşaqlar böyüdükcə xərcləri artır, əmək haqqısı da azdır, ona atasıgil pensiyaları ilə kömək edirlər. Uşaqlar atalarına nəsə lazım olduğunu deyəndə cavabdeh gələcəyini bildirir. Cavabdeh maşın alveri ilə məşğuldur, rəsmi gəliri yoxdur, boşanma prosesi zamanı adında olan əmlakları adından çıxarmışdır. Cavabdeh 12 ildir ki, işləri olduğunu, düzələcəyini, onlara ev verəcəyi vədlərini verir. Cavabdehin 25000 manata yaxın aliment borcu vardır. Alimenti heç vaxt ödəməmişdir. Onların Qaraçuxur qəsəbəsində evləri olmuş,, qayınanası ev satılanda hər uşağa pul verəcəklərini bildirmiş, o da hər uşağa 10000 manat pul versələr, ev üçün ilkin ödənişi edəcəyini düşünmüş, ona görə də heç nə deməmişdir. Lakin ev satılandan sonra isə heç nə etməmişlər. Alimenti neçə dəfə tələb etmişəm, cavabdeh tutulanda deyirlər ki imtina et, alimenti ödəyəcək. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş telefonoqramdan görünür ki, Cavabdeh (055)-622-88- 88 mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış və cavabdeh məhkəmə iclasında iştirak edəcəyini, iddianın qəbul etmədiyini, hər iki uşaq üçün ümumilikdə 470 manat aliment ödəyə bilməyəcəyini bildirmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı İsmayılova (Əmirova) Samirə Sabir qızı və Cavabdeh birgə nikahlarından 03 avqust 2006cı il təvəllüdlü X4 və 05 yanvar 2011-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-ci tarixli, e-2(007)-142/2024 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların ananın himayəsində saxlanması qət edilmişdir. Bundan əvvəl Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-3835/2017 saylı qətnaməsi ilə Cavabdeh 03 avqust 2006-cı il təvəllüdlü X4 və 05 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 01 iyun 2017-ci ildən başlayaraq hər ay hər uşağa görə 137 manat, cəmi 274 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2024-00757 saylı xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat İMS və 10 manat poçt-kargüzarlıq xərci çəkilmişdir. İşin mübahisəli halları: Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni alimentin hər ay hər uşaq üçün 235 manat olmasını xahiş edir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1 və 78.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci və 8.12-ci bəndlərinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə qeyd olunan qanunvericilik normalarının formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2017-ci ildə müəyyən edilmiş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə əvvəlki qətnamə ilə cavabdehdən tutulan aliment məbləğinin uşaqların saxlanılması üçün kifayət etməməsini, yaşayış minimumu məbləğinin artırılmasını və yuxarıda qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilərək iddia tələbi təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan 03 avqust 2006-cı il təvəllüdlü X4 və 05 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-3835/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 03 avqust 2006-cı il təvəllüdlü X4 və 05 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə hər ay 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutulub, İsmayılova (Əmirova) Samirə Sabir qızına verilməlidir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 51 manat məbləğində vəsaiti tələb etdiyindən və iddia tələbi təmin edildiyindən həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməli, cavabdehdən iddiaçının ödəməkdən azad edildiyi 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan 03 avqust 2006-cı il təvəllüdlü X4 və 05 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-3835/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 03 avqust 2006-cı il təvəllüdlü X4 və 05 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə hər ay 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutulub, İsmayılova (Əmirova) Samirə Sabir qızına ödənilsin. İddiaçı İsmayılova (Əmirova) Samirə Sabir qızının mediasiya xərci qismində ödəmiş olduğu 51 manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar