Məhkəmə qərarları › İş №2(007)-1919/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1919/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1919/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən Nizami rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu İddiaçı ASC-nin cavabdeh Məmmədova Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ASC cavabdeh Məmmədova Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Mərkəz” filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 18 oktyabr 2019-cu il tarixli, MFNPU-5355 saylı kredit müqaviləsinə əsasən illik 20 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1890 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2. 1; 2.3.; 2.4 bəndləri). 18 oktyabr 2019-cuil tarixli, MFNPU-5355 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kredit ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələr yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 18 oktyabr 2019-cuil tarixli, MFNPU-5355 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli Kreditin ödəniş cədvəli əsasında, hər ayın 18-dən gec olmayaraq ayda 122,41 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı- vaxtında və lazımı qaydada icra etməmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin 14.2. maddəsinə görə, borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməzsə, kredit faizlərini vaxtında ödəməzsə ödənilməyən kredit üçün əlavə olaraq hər günə 1 % həcmində dəbbə pulu hesablanır. 19 mart 2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh 18 oktyabr 2019-cuil tarixli, MFNPU-5355 saylı kredit müqaviləsi üzrə 16 mart 2021-ci il tarixə borcunun məbləği kreditə görə 693,48 manat, faiz borcuna görə 55,35 manat, cəmi 748,83 manat təşkil edir. Qeyd olunanlara əsasən Cavabdeh 18 oktyabr 2019-cuil tarixli, MFNPU-5355 saylı kredit müqaviləsi üzrə 693.48 manat əsas, 55.35 manat faiz borcu, cəmi 748,83 manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 18 oktyabr 2019-cu il tarixli, MFNPU-5355 saylı kredit müqaviləsindən görünür ki, illik 20 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1890 manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borclu banka hər ayın 18- dən gec olmayaraq 17 ay müddətinə 122.41 son ay isə 122.53 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 18 oktyabr 2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh 1890 manat pul ödənilmişdir. İş materiallarında olan 27.01.2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC Bank tərəfindən Məmmədova Cavabdeh 18 oktyabr 2019-cu il tarixli, MFNPU-5355 saylı kredit müqaviləsindən irəli gələn pul tələbinin təmin olunması barədə xəbərdar olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan 19 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18 oktyabr 2019-cu il tarixli, MFNPU-5355 saylı kredit müqaviləsi üzrə 16 mart 2021-ci il tarixə borcunun məbləği kreditə görə 693,48 manat, faiz borcuna görə 55,35 manat, cəmi 748,83 manat məbləğində borcu vardır. İş materiallarında olan 19.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün 30.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC-nin “Mərkəz” filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 18 oktyabr 2019-cu il tarixli, MFNPU-5355 saylı kredit müqaviləsinə əsasən illik 20 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1890 manat məbləğində cavabdehə kredit verilmişdir. 18 oktyabr 2019-cu il tarixli, MFNPU-5355 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kredit ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələr yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. 19 mart 2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh 18 oktyabr 2019-cu il tarixli, MFNPU-5355 saylı kredit müqaviləsi üzrə 16 mart 2021-ci il tarixə borcunun məbləği kreditə görə 693,48 manat, faiz borcuna görə 55,35 manat, cəmi 748,83 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı hesab edir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 18 oktyabr 2019-cu il tarixli, MFNPU-5355 saylı kredit müqaviləsi üzrə 693.48 manat əsas, 55.35 manat faiz borcu, cəmi 748,83 manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar