Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-192/2022 04.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Mirzəyevin sədrliyi, Ramil Firdun oğlu Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin artırılması barədə ərizə vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini onunla əsaslandırdı ki, "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanan BPM**********59 nömrəli 09.01.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 24 faizlə 60 ay müddətinə 6600 AZN nağd kredit verilib. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilən vəsait və ona hesablanan faizlər tam və vaxtında ödənilməyib. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilən borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməyib. Yuxarıda adı çəkilən BPM**********59 nömrəli 09.01.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 24 faizlə 60 ay müddətinə verilən 6600 AZN nağd kredit borcu üzrə cavabdehin 5360.90 AZN əsas, 1651.48 AZN faiz borcu olmaqla ümumilikdə 7012.38 AZN borcu mövcuddur.Lakin cavabdeh müqavilə üzrə verilən vəsaiti və ona hesablanan faizləri tam və vaxtında ödəməyib. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.Qeyd olunanlara əsasən Cavabdeh BPM**********59 nömrəli 09.01.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5360.90 manat əsas borc,1651.48 manat faiz borcu olmaqla cəmi 7012.38 manat borcun və 30 manat dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmalıdır. İş materiallarında olan: "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanan BPM**********59 nömrəli 09.01.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 24 faizlə 60 ay müddətinə 6600 AZN nağd kredit verilməsi barədə tərəflər arasında razılıq əldə olunub. Maliyyə arayışından görünür ki,cavabdehin banka 5360.90 manat əsas borc,1651.48 manat faiz borcu olmaqla cəmi 7012.38 manat borcu qalmışdır. 13.08.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. Ödəniş tapşırığından görünür ki,məhkəmədə iddia qaldırmaq üçün iddiaçı 30.40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən,borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında BPM**********59 nömrəli 09.01.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh illik 24 faizlə 60 ay müddətinə 6600 AZN nağd kredit verilmişdir.İddiaçı müqavilə öhdəliklərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti cavabdehə versə də, cavabdeh öz öhdəliklərini tam və layiqincə yerinə yetirməmişdir. Hal-hazırda həmin müqavilə üzrə cavabdehin 7012.38 manat borc qalığı mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin olunsun. Cavabdeh BPM**********59 nömrəli 09.01.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5360.90 manat əsas borc,1651.48 manat faiz borcu olmaqla cəmi 7012.38 manat borc və 30,40 manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-192/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-192/2022
04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver