Məhkəmə qərarları › İş №2(007)-192/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-192/2024

19.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-192/2024 19.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 28 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində "BC“ dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə olmadan idarə etdiyi X6 məxsus “Toyota Corolla" markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi ilə H.Əliyev prospekti istiqamətində 30-40 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin İ hissəsinin 3-cü hissəsinin tələblərini, yəni əks istiqamətdə öz hərəkət zolağı ilə nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə alıb, ötməyə başlamazdan əvvəl çıxmaq istədiyi hərəkət zolağının kifayət qədər məsafədə boş olmasına və həmin manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağına əmin olduqdan sonra ötmə əməliyyatına başlamalı oldğu halda həmin tələbləri pozub idarə etdiyi avtomobilin qarşıdan əks istiqamətdə olan X1 idarə etdiyi “Mercedes Benz E 220” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşdığı vəziyyətə qarşı əks zolağa çıxaraq ötmə əməliyyatı etməsi nəticəsində “Mercedes Benz E 220” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, onun ehtiyatsızlığı nəticəsində “Mercedes Benz E 220" markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini İddiaçı sağ mil-bilək, çanaq sümüklərinin və İV-Vİ qabırğalarının sınıqlarından ibarət ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurulmasına səbəb olan xəsarətlər atmasına səbəb olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-382/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitəsinin idarə etmək hüququndan məhrum edilməklə, 1 il (bir il) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəza çəkmənin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alırdığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Cavabdeh tərəfindən ona müalicə dövrü ərzində maddi dəstək (müalicə məsrəfi) söz verilsə də əməl olunmamış və yerinə yetirilməmişdir. Bu günə kimi üç dəfə əməliyyat olunmuş, səhhətim normal deyildir. Tibbi əməliyyatlar Azərbaycan Tibb Universitetinin X3 həyata keçirlimiş xəsarət dərəcələri ağır olduğundan sağlamlığı uzun müddətə pozulmuşdur. Tibbi əməliyyatlar və müalicələr nəticəsində bu günə kimi 9.400 (doqquz min dörd yüz) manat məbləğində tərəfindən pul vəsaiti xərclənmişdir. Cavabdeh heç bir xərcdə iştirak etməmiş, heç onunla belə maraqlanmamışdır. Beləliklə baş vermiş hadisə nəticəsində cavabdehin hərəkəti üzündən onun aldığı xəsarət nəticəsində əməliyyat və müalicələrə 9.400 manat məbləğində pul vəsaiti xərclənmiş, hesab edir ki, həmin pul məbləği cavabdehdən alınaraq ona ödənilməlidir. Xərclədiyi pul məbləğlərinin qəbzlərini iddia ərizəsinə əlavə edir. Buna görə də, Cavabdeh Xatiq oğlundan maddi zərərə görə 9.400 (doqquz min dörd yüz) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, iddiaçıya baş vermiş hadisə ilə bağlı 5500 manat əməliyyat xərcini ödəmişdir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 1(007)-382/2023 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə nəqliyyat vasitəsinin idarə etmək hüququndan məhrum edilməklə, 1 il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Hökmə əsasən Cavabdeh, 18 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində «BC» dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə olmadan idarə etdiyi X6 məxsus «Toyota Corolla» markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu, Nizami rayonu, Davud Aslan küçəsi ilə H.Əliyev prospekti istiqamətinə 30-40 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü hissəsinin tələblərini pozaraq, yəni əks istiqamətdə öz hərəkət zolağı ilə nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə alıb, ötməyə başlamazdan əvvəl çıxmaq istədiyi hərəkət zolağının kifayət qədər məsafədə boş olmasına və həmin manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağına əmin olduqdan sonra ötmə əməliyyatına başlamalı olduğu halda həmin tələbləri pozub idarə etdiyi avtomobilin qarşıdan əks istiqamətdə olan X2 idarə etdiyi “Mercedes Benz E220" markalı **-VS-*** dövlət nömrə nişanlı avtomobilin yaxınlaşdığı vəziyətdə qarşı əks zolağına çıxararaq ötmə əməliyyatı etməsi nəticəsində “Mercedes Benz E220” markalı **- VS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, onun ehtiyatsızlığı nəticəsində “Mercedes Benz E220" markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini İddiaçı sağ mil-bilək, çanaq sümüklərinin və İV-Vİ qabırğaların sınıqlarından ibarət ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurulmasına səbəb olan xəsarətlər almasına səbəb olmuşdur. Hökmdən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan ittihamda tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ... İlkin olaraq onun cərrahi əməliyyat xərclərini ödəmiş, lakin sonradan müalicə xərclərini ödəmək imkanı olmamış, zərərçəkmiş şəxslə barışa bilməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir …”. - İddiaçı tərəfindən məhkəməyə onun müalicəsi ilə əlaqədar çəkilmiş xərcləri təsdiq edən ödəniş qəbzlərinin surətləri sübut qismində təqdim edilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 18 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində «BC» dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə olmadan idarə etdiyi X6 məxsus «Toyota Corolla» markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu, Nizami rayonu, Davud Aslan küçəsi ilə H.Əliyev prospekti istiqamətinə 30-40 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü hissəsinin tələblərini pozaraq, yəni əks istiqamətdə öz hərəkət zolağı ilə nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə alıb, ötməyə başlamazdan əvvəl çıxmaq istədiyi hərəkət zolağının kifayət qədər məsafədə boş olmasına və həmin manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağına əmin olduqdan sonra ötmə əməliyyatına başlamalı olduğu halda həmin tələbləri pozub idarə etdiyi avtomobilin qarşıdan əks istiqamətdə olan X2 idarə etdiyi “Mercedes Benz E220" markalı **-VS-*** dövlət nömrə nişanlı avtomobilin yaxınlaşdığı vəziyətdə qarşı əks zolağına çıxararaq ötmə əməliyyatı etməsi nəticəsində “Mercedes Benz E220” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, onun ehtiyatsızlığı nəticəsində “Mercedes Benz E220" markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini İddiaçı sağ mil-bilək, çanaq sümüklərinin və İV-Vİ qabırğaların sınıqlarından ibarət ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurulmasına səbəb olan xəsarətlər almasına səbəb olmuşdur. Cinayət işi üzrə araşdırma zamanı o, əməlini səmimi etiraf edərək, ilkin olaraq onun cərrahi əməliyyat xərclərini ödədiyini, lakin sonradan müalicə xərclərini ödəmək imkanı olmadığını və zərərçəkmiş şəxslə barışa bilmədiyini qeyd etmişdir. Sonradan iddiaçının müraciətlərinə baxmayaraq, cavabdeh iddiaçının baş vermiş hadisə ilə müalicəsinə xərclənmiş pulun qalıq məbləğini iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası CPM-nin 65.4-cü və Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddələrinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçının sağlamlığına xəsarət yetirilmiş, bunu o, məhkəmə iclasında da etiraf etmişdir, həmin əməlinə görə o, təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya dəymiş maddi zərərin ödənilməmiş 9400 manat hissəsi cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 9400 manat pul Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-ci müddəisinə əsasən, əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9400 manat pul alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar