Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1931/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7190 manat götürüdüyü pulun və vurduğu ziyan, 1000 manat dövlət rüsumu və digər ödənişlərin, cəmi 8190 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının etibarından sui-istifadə edərək, ona ziyan vuraraq böyük məbləğdə pul vəsaitini götürmüş, pul öhdəliklərini vaxtında yerinə yetirməmiş, onu və ailəsini çox çətin maddi vəziyyətdə qoymuşdur. Buna görə də ona verdiyi pulu geri qaytarmaq üçün məcbur olub məhkəməyə ərizə ilə müraciət edir. Cavabdeh ona məxsus nəqliyyat vasitəsində yol nəqliyyat hadisəsi törətmiş və ondan maşını düzəltmək adı ilə aldadaraq pul alaraq düzəltməmiş, ondan pul götürərək qaytarmamışdır. Cavabdeh ona ümumilikdə 7190,00 manat ziyan vurmuşdur. Cavabdeh onu çox cətin vəziyyətə salmışdir. Hazırda ona məxsus nəqliyyat vasitəsini yararsız vəziyyətə saldığını, külli miqdarda ziyan vurduğunu nəzərə alsalar, Cavabdeh vurduğu ziyanı ödəmədiyi üçün çox ağır maddi vəziyyətə düşmüşdür. Bildirir ki, bu günə kimi vurulmuş ziyan cavabdeh tərəfindən məlum olmayan səbəblərdən qaytarılmır. Ona dəymiş ziyana dair bir çox sübutlar mövcuddur. Pulu vaxtında qaytaracağına dair çoxsaylı şahidlərin yanında söz vermişdir. Lakin Cavabdeh bu günə kimi öz vəzifə öhdəliklərini yerinə yetirməmişdir və vaxtında dəymiş ziyanı ödəməmişdir. Cavabdeh işlədiyi müddət ərzində ümumilikdə 7190,00 (yeddi min yüz doxsan) AZN ziyan vurmuşdur. Cavabdeh tərəfindən ondan götürdüvü pul vəsaiti və böyük məbləğdə ziyanın vurulması: xx.xx.2023cü il tarixində Cavabdeh nəqliyyat vasitəsi olan “FİAT DOBLA” markalı, **-FS-*** qeydiyyat nişanlı maşınla yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsindən sonra bu günə kimi maşını təmir etdirməmişdir. Tərtib olunmuş akta əsasən, nəqliyyat vasitəsinin dəmirçi işi 950 AZN, qabaq kapot - 350 AZN, qabaq bufer - 260 AZN, sükanın air bag - 180 AZN, qabaq şveler 2 ədəd - 160 AZN, malyar işi - 600 AZN, yeni qabaq radiator 2 ədəd - 320 AZN, qabaq panel - 140 AZN, qabaq fara 2 ədəd - 280 AZN, qabaq duman faralar 140 AZN, sükanın qidravlikasının baçoku 30 AZN, qabaq faraların plasmasları - 30 AZN, ventilyator matorla bir yerdə - 180 AZN, mator təmiri - 350 AZN, elektrik işi - 250 AZN, qabaq oblisovka 90 AZN, motorun remeni - 50 AZN, motorun şkifı - 180 AZN, pasajir tərəfdə olan air baq 50 AZN, su baçonkası - 60 AZN, kondisioner təmiri - 250 AZN, turbonun təmiri - 650 AZN, motorun üst krışkası - 150 AZN, akumulyator - 90 AZN, dinamo təmiri 80 AZN, dizel filtrinin qabı 120 AZN, razval 20 AZN, antifriz baçoku - 60 AZN, təhlükəsizlik kəmiri - 120 AZN, turbanın şlanqları 60 AZN, sağ və sol pavarotniklər - 20 AZN, şaravoy - 60 AZN, qabaq poduşkalar 3 ədəd - 200 AZN, slesar işi - 150 AZN, yeni qabaq nömrə - 40 AZN təşkil etmişdir. Cavabdeh 190 AZN borc pul almışdır. Cavabdeh 80 AZN cərimə tətbiq edilmişdir. Qeyd edir ki, Cavabdeh tərəfindən törədilən yol nəqliyyat hadisəsi zamanı 190 AZN evakuator xərci və 10 AZN cərimə meydançasında dayanacaq xərci təşkil etmişdir. Cavabdeh ümumilikdə 7190,00 (yeddi min yüz doxsan) AZN borcu yaranmışdır. Həmin vaxtdan etibarən onlar cavabdehə dəfələrlə dəymiş ziyanın qaytarılmasına dair müraciət etdiklərinə baxmayaraq, cavabdeh tərəfindən mövcud borc ödənilməmişdir. Bildirir ki, o, dəfələrlə cavabdehə dəymiş ziyanın ödənilməsinə dair müraciət etsə də pula çox ehtiyacının olmasını onun nəzərinə çatdırsa da, cavabdeh borcu qaytarmaq istəmir. Bildikləri kimi, əqdin təməl qurucusu iradə ifadəsidir. İradə ifadəsi ilə yanaşı, həmin iradə ifadəsi eyni zamanda mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilməlidir. İradə ifadəsi əqdin əsas tərkib elementidir, bir qayda olaraq hüquqi nəticələr onunla əlaqələndirilir. İradə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün əsaslandırılmış və determinasiya edilmiş istəkdir. İradə subyektlərin davranışının psixi tənzimlənməsi prosesidir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh 7190 manat vurduğu ziyan, 1000 manat məhkəmə rüsumu, vəkil xidməti xərcinin, cəmi 8190 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh bildirdi ki, iddia tələbini qismən qəbul edir. Vurulan 7190 manat pulun tutulmasına razıdır. 1000 manat məhkəmə rüsumu ilə bağlı hissədə isə iddia tələbini qəbul etmədiyini bildirdi və bu barədə ərizə təqdim etdi. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 24.11.2022-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, İddiaçı “FİAT DOBLA” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2026-cı il tarixədək idarə etməyi Cavabdeh etibar etmişdir. - xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “FİAT DOBLA” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilə 7190 manat zərər dəymişdir. - Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə “Fiat Doblo” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə Bakı şəhəri, Ukrayna dairəsində baş vermiş və Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsində araşdırılan yol-nəqliyyat hadisəsi barədə sənədlərin surətinin Bakı şəhəri 20 saylı Vəkil Bürosuna təqdim edilməsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə ünvanlanan müraciət aidiyyəti üzrə baxılması üçün həmin idarəyə göndərilmişdir. - 25.01.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 20:47-də Xətai rayonu, Ukrayna dairəsi ərazisində “FİAT DOBLA” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol ayrıcını keçmə qaydlarını pozmuşdur. Eyni tarixli inzibati xəta haqqında protokol əsasında Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 60 manat məbləğində cərimə edilmişdir. - BB seriyalı 231089 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “FİAT DOBLA” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. - AD seriyalı 062156 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh sürücülük hüququ vardır. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 102 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı “FİAT DOBLA” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2026-cı il tarixədək idarə etməyi Cavabdeh etibar etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 20:47-də Xətai rayonu, Ukrayna dairəsi ərazisində “FİAT DOBLA” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol ayrıcını keçmə qaydalarını pozmuşdur. Hadisə nəticəsində “FİAT DOBLA” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Opel” markalı ** CJ *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Həmin tarixli inzibati xəta haqqında protokol əsasında Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Hadisə nəticəsində “FİAT DOBLA” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilə 7190 manat məbləğində ziyan dəymişdir. Hazırda iddiaçı ona məxsus avtomobilə cavabdeh tərəfindən ziyan vurulduğu üçün həmin məbləğin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, ““FİAT DOBLA” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı və “Opel” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması ilə yol-nəqliyyat hadisəsinin baş verməsi, bu zaman iddiaçıya məxsus avtomobilin əzilməsi nəticəsində ona maddi zərər vurulması, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, iddiaçı tərəfindən həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır və cavabdeh tərəfindən etiraf edilir, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. İş üzrə cavabdeh tərəfindən mübahisələndirilən hal, yalnız əlavə xərclərin ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi. tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi zərər vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi zərərin əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi zərərin əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə, cavabdehin vurduğu ziyanı etiraf etdiyinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquq münasibətlərinə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi zərəri və iş üzrə digər xərcləri ödəməlidir. Dəymiş maddi zərərin həcmi ilə bağlı qeyd edilməlidir ki, “xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “FİAT DOBLA” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilə 7190 manat zərər dəymişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıya 1790 manat məbləğində ziyan vurduğunu etiraf etmişdir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirafını nəzərə alaraq, belə qənaətə gəlir ki, 7190 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “1000 manat məhkəmə rüsumunun və vəkilə ödənilmiş xərcin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən tələb etdiyi vəkilə ödənilmiş xərclə bağlı heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7190 manat məbləğində maddi zərər və ödənilmiş 102 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7190 manat məbləğində maddi zərər və ödənilmiş 102 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1931/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1931/2023
20.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver