Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1933/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi və müqavilənin etibarsız sayılması” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi və müqavilənin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 23 saylı Notariat Ofisinin xüsusi natariusu X1 tərəfindən icra qeydinin ləğv edilməsi və xx.xx.2024-cü il tarixli borc müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil mülki işin aidiyyəti üzrə cavabdeh Bakı şəhəri 23 saylı Notariat Ofisinin yerləşdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş İddiaçı və digər cavabdeh Bakı şəhəri 23 saylı Notariat Ofisi məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə elektron qaydada ərizə verərək səhhətində yaranmış qəfil problemlərlə bağlı üzürlü səbəbdən hazırlıq iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və yaranmış vəziyyəti nəzərə alıb məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, iş aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.1-ci və 32.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 45.1-ci və 45.2-ci maddələrinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-2281/2025 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi və müqavilənin etibarsız sayılması” tələbinə dair iddia ərizəsinin cavabdeh ünvan 1 ünvanının ünvan 2ı qərara alınmışdır. Bundan sonra iddiaçı aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən iş icraata götürüldükdən sonra “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh2 qeydiyyatda olduğu ünvanın ünvan 3azirliyinin rəsmi saytından əldə olunmuş məlumata əsasən isə ünvan 1 ünvanının ünvan 4ərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Hazırda məhkəmə Cavabdeh2 vəkil-nümayəndəsinin xahişini və digər cavabdeh ünvan 1 ünvanını nəzərə alaraq hesab edir ki, işə hazırda Nizami Rayon Məhkəməsində baxılması üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, aidiyyət məsələsi həll edilməli, mülki iş baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 31-32, 35, 45.1 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi və müqavilənin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə 2(007)-1933/2025 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1933/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1933/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver