Məhkəmə qərarları › İş №e-2(3-8)-944/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-944/2026

30.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-944/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdehlər İsmayılov Kamran İsmayıl oğlu və Bayramov İman Zahid oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(012)-5533/2025 qərardadından cavabdeh İsmayılov Kamran İsmayıl oğlu tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı İddiaçı cavabdehlər İsmayılov Kamran İsmayıl oğlu və Bayramov İman Zahid oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər İsmayılov Kamran İsmayıl oğlu və Bayramov İman Zahid oğlundan 102000 manat məbləğində pulun müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilmiş, cavabdehlər İsmayılov Kamran İsmayıl oğlu və Bayramov İman Zahid oğlundan 102000 manat pul vəsaitinin müştərək qaydada alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh İsmayılov Kamran İsmayıl oğlu Abşeron rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən ##.##.2026-cı il tarixində apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti elektron kabinet vasitəsilə deyil, sadə yazılı qaydada verilmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(012)-5533/2025 qərardadla apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh İsmayılov Kamran İsmayıl oğlu Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(012)-5533/2025 qərardadından ##.##.2026-cı il tarixində apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardaddan verilən şikayətin mümkünlüyünə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyrimümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardaddan verilmiş şikayətə heç bir münasibət bildirməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbini yerinə yetirmədən, qərardaddan verilmiş şikayətə heç bir münasibət bildirmədən işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmişdir. Qeyd olunan hal hazırkı şikayətə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366 -cü maddəslərini rəhbər tutaraq, QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh İsmayılov Kamran İsmayıl oğlu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar