Məhkəmə qərarları › İş №2(3-8)-66/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-66/2026

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-66/2026 18.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Zahid Tahir oğlunun ibarət tərkibdə, X3 qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4292/2025 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 87.66 k.m ümumi, 59.44 kv.m yaşayış sahəsindən ibarət olan 7 saylı mənzilin dəyəri olan 67000 manatın, iddiaçının əmək haqqından bu günə qədər tutulan 4429,26 manat, bu günə qədər ödənilmiş 15048 manat kirayə haqqının, hüquqi xidmətə görə vəkilə ödənilmiş 500 manat və dövlət rüsumuna görə ödənilmiş 350 manat pulun Cavabdeh tutularaq iddiaçılara müştərək qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4292/2025 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində dövlət rüsumu, hüquqi xidmətə görə vəkilə ödənilmiş 500 (beş yüz) manat pul iddiaçılara aid edilməsi qət edilmişdir.

3. Qətnamədən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.

4. Apellyasiya baxışı zamanı iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə ərizə təqdim edərək, apellyasiya şikayətini geri götürdüklərini bildirmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçılara məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər.

7. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəmə müraciət edərək, tərəflər arasında məhkəmədən kənar razılıq əldə edildiyindən iddiaçıların apellyasiya şikayətindən imtina etdiklərini bildirmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

8. Maddə 369. Apellyasiya şikayətindən imtina edilməsi 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

9. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya baxışının hədləri

10. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. İşə apellyasiya qaydasında baxılarkən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ünvanladığı müraciətdən aydın olur ki, tərəflər arasında məhkəmədən kənar razılıq əldə edildiyindən iddiaçılar apellyasiya şikayətindən imtina edir.

12. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətindən imtina etməsi barədə yazılı ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

13. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər.

14. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur.

15. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayətindən imtinası onların sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də, apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4292/2025 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar