Məhkəmə qərarları › İş №2(105)-1629/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1629/2025

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1629/2025 13.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3417/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 24 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, 2024-cü ilin sentyabr-oktyabr aylarında qonşuluqda yaşayan dostu Salmanov Mahir Rəyasət oğlunun sosial şəbəkədə gəlir əldə etmək adı ilə onun qoşulduğu sistemdən külli miqdarda pul udmağı ilə bağlı məlumat verdiyini, Mahirin təklifi əsasında ona lizinqlə maşın alındıqdan sonra qazancı da bölmək adı ilə ümumilikdə sonuncuya məxsus "xxxx" kartına 10000 manat pul göndərdiyini, lakin həmin şəxsin vədinə əməl etməyərək pulunu ələ keçirdiyini bildirmiş, araşdırma zamanı İddiaçı Cavabdeh1 pul verməsi faktı öz təsdiqini tapsa da göstərilən xüsusat üzrə əməldə cinayət tərkibinin olmaması müəyyən edilmiş, bu səbəbdən tərəflər arasında yaranmış mübahisədə cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Sözügedən qərardan göründüyü kimi Cavabdeh1 verdiyi izahatında bildirmişdir ki, Natiq onun məhəllə uşağıdır. Onlar dost olmuşdurlar. Natiq sosial şəbəkədə oyun oynayaraq pul qazanırmış. O, Natiqi təxminən 3 ay avtomobili ilə taksi kimi gəzdirmişdir. Natiq ona pul verməməsi səbəbindən onun avtomobili də əlindən çıxmışdır. Natiq ona pul verəcəyini desə də pulu olmadığından pulu olan zaman verəcəyəni demişdir. xx.xx.2024-cü il tarixdə Natiq oyunda 44000 manat qazandığını demiş, bundan sonra ona avtomobil almaqda köməklik göstərəcəyini bildirərək bu məqsədlə ona 3500 manat pul vermişdir. O, həmin pulla xx.xx.2024-cü il tarixdə “Turbo.az” sosial şəbəkəsində daxili kredit ilə ilkin ödəniş verməklə “Mercedes C klass” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı sürmək üçün etibarnamə ilə avtomobili almışdır. Həmin avtomobilin aylığını 600 manata razılaşmışdır. O, avtomobili 1 ay idarə etdikdən sonra avtomobilin kreditini verə bilmədiyi üçün avtomobilin sahibi avtomobili ondan almışdır. O, bu səbəbdən özü şikayət etmək istədiyini bildirmişdir. O, Natiqdən 10000 manat almadığını, Natiqdən aldığı 3500 manat pulu sonuncu üçün taksiçilik etdiyinə görə aldığını və avtomobilinin əlindən çıxması ilə əlaqədar olduğunu bildirmişdir.

2. "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış 20 iyun 2025-ci il tarixli, 008- EA-25-1185 nömrəli cavab məktubundan görünür ki, İddiaçı məxsus ***-***-**-** nömrəli Mpay hesabından "xxxx" ASC-nə məxsus 5239-1517-0390-0368 nömrəli bank kartına xx.xx.2024-cü il tarixində saat 13:13-də 500 manat, saat 15:04-də 2400 manat və saat 15:05-də 300 manat, xx.xx.2024-cü il tarixində saat 16:27-də 300 manat göndərilmişdir. Bundan əlavə xx.xx.2024-ci il tarixində saat 13:36-da 50 manat və xx.xx.2024-ci il tarixində saat 12:59-da 8 manat pul Mpay hesabından həmin 5239-1517-0390-0368 nömrəli bank kartına göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26000 manat və 170 manat dövlət rüsumu, ümumilikdə, 26170 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə qonşuluqda yaşayan Cavabdeh1 və onun anası Cavabdeh2 təsirləri və hədələmələri nəticəsində iddiaçıdan 2024-cü ilin iyul, avqust, sentyabr, okyabr, noyabr və dekabr aylarında, 2025-ci ilin yanvar-fevral aylarında özlərinə məxsus bank kartlarına köçürməklə 30000 manata yaxın pul vəsaiti əldə edərək əsassız varlanmışdırlar. Belə ki, İddiaçı valideynlərinin xəbəri olmadan internet informasiya resurslarında “1 Win” saytında pulla oyun oynamış, bir neçə dəfə həmin sayda pul uduzmuşdur. 2024-cü ildə evlərindən götürdüyü 20000 manat pulu qeyd olunan sayta yükləyərək oynayıb 40000 manatdan artıq pul qazanmışdır, həmin pullar ona məxsus olmuşdur. Qonşuluqda yaşayan cavabdehlər Cavabdeh1 və anası Cavabdeh2 iddiaçını hər dəfə şantaj etməklə, sonuncunun internetdə qumar oynaması barədə məlumat yaymaqla hədələməklə ondan pul tələb etmişlər. Bu yolla cavabdehlər Cavabdeh1 və anası Cavabdeh2 öz bank kartlarına müxtəlif vaxtlarda pul qəbul etməklə İddiaçı məxsus 30000 manata yaxın pul almaqla özləri üçün qazanc əldə etmişlər. İddiaçı özünə məxsus olan "xxxx"-ın “4169-73**-****- 1466” nömrəli bank kartından 2024-cü ilin iyul-dekabr, 2025-ci ilin yanvar-fevral aylarında Cavabdeh1 və anası Cavabdeh2 bank kartlarına müxtəlif vaxtlarda pullar köçürmüşdür. Belə ki, İddiaçı cavabdeh "xxxx"-ın “5239-15**-****-0368” bank kartına sistematik olaraq pul vəsaitləri köçürmüşdür. Həmçinin İddiaçı şəxsi istifadəsində olan “***-***-**-**” mobil nömrəsinin “M10” Elektron pul qabından Cavabdeh1 “5239-15**-****-0368” nömrəli bank kartına xx.xx.2024-cü il tarixdə 210 manat, Cavabdeh1 “5239-15**-****-0368” bank kartına xx.xx.2024-cü il tarixdə saat 13:13-də "xxxx" ödəniş sistemindən 500 manat, saat 15:04də 2400 manat, saat 15:05-də 300 manat, xx.xx.2024-cü il tarixdə "xxxx" ödəniş sistemindən cavabdehin “5239- 15**-****-0368” bank kartına 300 manat pul köçürmüşdür. Bundan başqa İddiaçı özünə məxsus olan "xxxx"-ın “4169-73**-****-1466” nömrəli bank kartından Cavabdeh2 məxsus olan "xxxx"-ın “4098-58**-****-0755” nömrəli bank kartına ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pullar köçürmüşdür. Bundan başqa İddiaçı Cavabdeh1 bank kartına köçürdüyü pullardan əlavə sonuncuya kreditə avtomobil alması üçün əlavə 3500 manat pul vermişdir. Dəfələrlə İddiaçı cavabdehlərdən pullarını qaytarmağı tələb etmiş, lakin cavabdehlər pulları qaytarmaqdan qəti boyun qaçırmışdırlar. Beləliklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı 26000 manat pulunu ələ keçirərək, əsassız varlanmışdırlar. İddiaçı "xxxx"-ın “4169-73**-****-1466” nömrəli bank kart hesabından çıxarış etmişdir. Həmin çıxarışdan görünür ki, İddiaçı müxtəlif vaxtlarda və məbləğdə cavabdehlərin “5239-15**-****-0368” və “4098-58**-****-0755” kart hesablarına pullar köçürmüşdür. Cavabdehlərin hazırki iş üzrə məqsədləri əsassız varlanma olduğu üçün və iddiaçıya zərər vurulmasından ibarətdir ki, onlardan pulun məhkəmə qaydasında tələb edilməsi iddiaçının hüququdur. Həmçinin məhkəmə icraatı dövründə məhkəmə sorğuları ilə əldə olunmuş aşağıdakı sübutlara əsasən İddiaçı cavabdehlərin bank kart hesablarına pul köçürmələri müəyyən olunmuşdur. Göründüyü kimi 055 *** ** ** nömrəli “m10” nömrəsindən 523915******0368 nömrəli kart hesabına 3920 manat pul köçürülmüşdür. 055 *** ** ** nömrəli “m10” nömrəsindən Cavabdeh2 409858******0755 nömrəli kart hesabına 315 manat pul köçürülmüşdür. Bundan başqa İddiaçı 055 *** ** ** nömrəli "xxxx" hesabından Cavabdeh1 məxsus 5239-1517-0390-0368 nömrəli kart hesabına, ümumilikdə, 3558 manat pul köçürülmüşdür. İddiaçı 416973******1466 nömrəli kart hesabından Cavabdeh1 məxsus 523915******0368 nömrəli kart hesabına 52 manat, 409858******0755 nömrəli kart hesabına isə 159 manat pul köçürmüşdür. Bundan əlavə qeyd olunmalıdır ki, məhkəmədə iddia qaldırılanadək İddiaçı Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, qonşuluqda yaşayan Cavabdeh1 onun qumar oynaması barədə ailəsinə məlumat verməklə hədələyib ondan 20000 manata yaxın pul aldığını və Cavabdeh1 avtomobil almaq məqsədilə əlavə pullar verdiyini və Mahirdən həmin pulları geri ala bilmədiyi üçün ondan şikayət etmişdir. İddiaçının ərizəsi üzrə Abşeron RPİ-nin İstintaq şöbəsində (müstəntiq A.Cəfərov) material üzrə araşdırma aparılarkən hazırki mülki iş üzrə Cavabdeh1 İddiaçı ona avtomobil almaqda köməklik göstərmək məqsədilə 3500 manat pul verdiyini və onun da “Turbo.az” saytından kreditlə avtomobil aldığını, avtomobilə görə ona etibarnamə verildiyini bildirmişdir. İzahatında Cavabdeh1 İddiaçı ona avtomobil almaq üçün 3500 manat pul verdiyini etiraf etmişdir. İddiaçı ərizəsinə əsasən toplanmış material üzrə xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, mülki iş üzrə Cavabdeh1 Abşeron RPİ-in İŞ-də verdiyi izahatında İddiaçı ona avtomobil almaq üçün 3500 manat pul verdiyini etiraf etmişdir. Beləliklə, məhkəmədə toplanılmış sübutlardan, rədd qərarından müəyyən olunur ki, İddiaçı Cavabdeh1 523915******0368 nömrəli kart hesabına kartdan karta köçürmə yolu ilə 52 manat, İddiaçı məxsus “*** *** ** **” nömrəli "M10" nömrəsindən cavabdeh M.Salmanzadınin 523915******0368 nömrəli kart hesabına 3920 manat, İddiaçı “*** *** ** **” nömrəli "xxxx" hesabından Cavabdeh1 məxsus 5239-1517-0390-0368 nömrəli kart hesabına 3558 manat köçürülmüşdür, həmçinin İddiaçı tərəfindən Cavabdeh1 avtomobil almaq üçün əlbəəl 3500 manat pul verilmişdir. Ümumilikdə, İddiaçı tərəfindən köçürmə yolu ilə və nağd şəkildə verilməklə Cavabdeh1 11030 manat pulun verilməsi sübutlarla müəyyən olunur. Bundan başqa, İddiaçı məxsus olan "xxxx"-ın “4169-73**-****-1466” nömrəli bank kartından Cavabdeh2 409858******0755 kart hesabına 159 manat pul köçürülmüşdür, iddiaçının “*** *** ** **” nömrəli "M10" nömrəsindən 409858******0755 nömrəli kart hesabına 315 manat pul köçürülmüşdür. Odur ki, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, iddia tələbinin təmin edilməsini, Cavabdeh1 11030 manat pulun və Cavabdeh2 474 manat pulun, 170 manat dövlət rüsumu pulunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3417/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 3500 manat və 23 manat dövlət rüsumu olmaqla, cəmi 3523 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin digər Cavabdeh2 aid hissədə rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov).

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3417/2025 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, iddiasının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada 26000 (iyirmi altı min) manat və 170 manat dövlət rüsumu pulu, ümumilikdə 26170 (iyirmi altı min yüz yetmiş) manat pulun alınaraq İddiaçı verilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3417/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 3500 manat və 23 manat dövlət rüsumu olmaqla, cəmi 3523 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi digər Cavabdeh2 aid hissədə rədd edilmişdir. Abşeron rayon Məhkəməsi İddiaçı iddiasına baxarkən ümumiyyətlə iş materialları ilə tanış olmamış, işdə olan iddianı birbaşa təsdiq edən vacib və mötəbər sübutları tədqiq etməmiş, sübutlara qiymət verməmiş, işin faktiki hallarına uyğun olmayan, iddianın təmin edilməyən hissəsində maddi və prosessual hüquq normalarının pozulmasına yol verərək qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsi əsaslandırılmadan qəbul edilmişdir, məhkəmə Cavabdeh1 və Cavabdeh2 bank kartlarına İddiaçı tərəfindən köçürülən pullara ümumiyyətlə münasibət bildirməmiş, həmin pulların iddiaçıya qaytarılması barədə iddianı təmin etməyərək kobud maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Qətnamə belə əsaslandırılmışdır ki, (əgər buna ümumiyyətlə əsaslandırma demək olarsa) iddiaçı X5 Cavabdeh1 pulu sonuncunun onu hər dəfə şantaj etməsi ilə bağlı verdiyinin sübuta yetirilmədiyini, cavabdehlərin əsassız varlanmaları barədə yalnız İddiaçı izahatının olduğunu, İddiaçı Cavabdeh1 və onun anası Cavabdeh2 verdiyi pullara görə İddiaçı ilə Cavabdeh1 arasında borc və əsassız varlanma münasibətləri yaranmış, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 739-cu, 1091.2-ci və 1092.1-ci maddələri təşkil edir.

9. Apellyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırmaq istərdik ki, borc və əsassız varlanma ikisinin bir yerdə olması mümkün deyildir. Pulu verən iddiaçı ilə cavabdehlər arasında hər hansı borc münasibətləri olmamışdır, yəni İddiaçı Cavabdeh1 və anası Elnarə münasibətləri olmamışdır, yəni İddiaçı Cavabdeh1 və anası Cavabdeh2 borc pul verməmiş və cavabdehlər həmin pulu ona qaytarmaq barədə vəd verməmişlər. Bu birinci instansiya məhkəməsinin özünün təxəyyülüdür. Bir tərəfdən birinci instansiya məhkəməsi Cavabdeh1 İddiaçı aldığı pulları əsassız varlanma münasibətlərindən irəli gəldiyini bildirir, digər tərəfdən həmin pulun borc vəsaiti olması hesab edir. Məhkəmənin bir fikri digərisi ilə ziddiyyətlidir.

10. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrini tətbiq etməklə səhvə yol vermişdir. İddiaçı ilə cavabdehlər arasında borc münasibətlərin olması iş materiallarına əlavə edilmiş sübutlardan, həmçinin Abşeron RPİ-nin İŞ-nin “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərardan müəyyən olunur. Belə ki, iş materiallarında mötəbər sübut hesab olunan "xxxx" ASC-dən, "xxxx" MMC-dən və "xxxx" QSC-dən daxil olmuş yazılı məlumatlardan müəyyən olunur ki, İddiaçı özünə məxsus “055 86986 28” nömrəli "m10" hesabından (elektron pul qabından) Cavabdeh1 “5239-1517-0390-0368” nömrəli kart hesabına 58 dəfə olmaqla xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixiə kimi olan müddətdə 3920 (üç min doqquz yüziyirmi) manat, 055 *** ** ** nömrəli "m10" hesabından (elektron pul qabından) 409858******0755 nömrəli kart hesabına 315 (üç yüz on beş) manat pul köçürmüşdür. Bundan başqa İddiaçı özünə məxsus 055 *** ** ** nömrəli "xxxx" hesabından Cavabdeh1 məxsus “5239-1517-0390- 0368” nömrəli kart hesabına 6 dəfə olmaqla xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddətdə 3558 (üç min beş yüz əlli səkkiz) manat pul köçürmüşdür. Həmin köçürmələrin 3-ü xx.xx.2024-cü il tarixdə, 2-i xx.xx.2024-cü il tarixdə, 1-i isə xx.xx.2024-cü il tarixdə olmuşdur. Bundan başqa İddiaçı özünün 416973******1466 nömrəli kart hesabından Cavabdeh1 məxsus “5239-1517-0390-0368” nömrəli və 409858******0755 nömrəli kart hesablarına 52 manat və 159 manat pul köçürmüşdür.

11. Məlum olduğu kimi, İddiaçı heç bir yerdə işləməmişdir ki, kiməsə borc pul versin. Eyni zamanda pulların istərsə iddiaçının “*** *** ** **” nömrəli "m10" hesabından, istərsə "xxxx" hesabından və istərsə bank kartından edilmiş köçürmələrin xronologiyası həmin pulların borc kimi verilməsini tamamilə təkzib edir. Belə ki, eyni gündə 2 və ya 3 dəfə müxtəlif məbləğlərdə borc verilə bilməz, eyni zamanda məbləğlərə diqqət yetirdikdə görünür ki, İddiaçı cavabdehlərə, xüsusən də Cavabdeh1 kart hesabına kifayət qədər normal məbləğlər – 2400,1020, 500, 330, 300, 210, 200 və s. pullar köçürmüşdür. Əgər bu məbləğlər könüllü borc verilmiş pullar olsaydı, iddiaçı cavabdehə (cavabdehlərə) 1, 2 və ya 3 dəfə borc verərdi, 71 dəfə borc pul köçürməzdir, həmçinin Cavabdeh1 avtomobil almaqda köməklik göstərərək bu məqsədlə 3500 manat pul verməzdi. Birinci instansiya məhkəməsi özünün qətnaməsində iş materiallarına əlavə olunmuş Abşeron RPİ İŞ-nin xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərarına istinad edərək, İddiaçı istintaqda verdiyi izahatını yarımçıq göstərmişdir. Nədənsə, məhkəmə İddiaçı rədd qərarındaİddiaçı izahatında göstərdiyi xüsusatları məhkəmə qətnaməsində göstərməmişdir. Abşeron RPİ-nin İstintaq şöbəsində material üzrə aparılan araşdırma zamanı İddiaçı izahat verərək, bildirmişdir ki, o, evdən gizli “1 Win” saytında pulla oyunlar oynamışdır, 2024-cü ilin oktyabr ayının axırlarında qardaşının toyundan evdə pul qaldığını bilmiş və evdən 20.000 manat pul götürərək oyuna yükləmiş və 44.000 manat pul qazanmışdır, bundan xəbər tutan Cavabdeh1 ondan pul istəmişdir və demişdir ki, əgər ona pul verməsə onun qumar oynamağı barədə ailəsinə məlumat verəcəkdir və İddiaçı Cavabdeh1 5239-15**-****-0368”nömrəli kartına 20.000 manat pul köçürmüşdür. Məhkəmə öz qətnaməsində rədd qərarına istinad edir, lakin İddiaçı izahatını qeyd etmir, işin faktiki hallarını düzgün aydınlaşdırmır, Cavabdeh1 Abşeron RPİ-nin İŞ-də istintaq araşdırması zamanı verdiyi izahatında iddiaçıdan aldığı puldan 3500 manatın qismən etirafını qəbul edərək iddianı yalnız bu hissədə təmin etməkdə səhvə yol vermiş, İddiaçı cavabdehlər tərəfindən pozulmuş hüquqlarını bərpa etməmiş, 3500 manatdan əlavə köçürülmüş xeyli miqdarda pulların borc pulu olması barədə gəldiyi nəticəni qətnaməsində əsaslandıra bilməmişdir. Tərəflər arasında borc münasibətlərin olması iddiaçı tərəfindən edilmiş çoxsaylı pul köçürmələrindən görünmür, belə ki, bir şəxs digər şəxsə borc pulu 1, 2, 3 və ya 4 dəfə verə bilər, 71 dəfə yox. İnternet portalında pulla azart oyunları oynayan İddiaçı Cavabdeh1 və Cavabdeh2 bank kartlarına müxtəlif məbləğlərdə pulları köçürməsi Cavabdeh1 hər dəfə iddiaçının qumar oyunları oynaması barədə sonuncunun valideynlərinə bildirəcəyi ilə hədələyərək bu üsulla qazanc yolu tapıb özünün xeyri üçün istifadə etmişdir. Borc münasibətləri tərəflər arasında o vaxt olardı ki, pulu qəbul etmiş cavabdehlər pulun qaytarması barədə iddiaçı qarşısında öhdəlik götürsünlər, lakin cavabdehlər iddiaçının pullarını onu qumar oynaması və bu hərəkətləri barədə hər dəfə valideyninə məlumat verməklə pullarını ələ keçirib hər hansı müqavilə və ya qanuni əsas olmadan əsassız varlanmışlar, onların borc qaytarmaq kimi öhdəlikləri olmamışdır.

12. Hətta, birinci instansiya məhkəməsinin mövqeyincə mülki mübahisəyə tərəflər arasında borc münasibətlərinin olması baxımından yanaşılsa belə, İddiaçı cavabdehlərə bir gündə köçürdüyü pulları hər gün üzrə ayrıca şifahi borc müqaviləsi kimi qiymətləndirilməlidir, bir gün ərzində köçürülən məbləğ 3000 manatdan qat-qat az məbləğ olmuşdur və bu da Mülki Məcəllənin 739.2-ci maddəsinin təsiri altına düşmür, yəni ki, bir gün ərzində iddiaçı tərəfindən cavabdehə göndərilmiş pulların cəmi məbləği 3000 manatdan az olduğuna görə bu halda şifahi (yazılı olmayan) borc müqaviləsinin cəmi məbləği 3000 manatdan az olduğuna görə bu halda şifahi (yazılı olmayan) borc müqaviləsinin bağlanması mülki qanunvericiliklə mümkün hesab edilir. Ona görə də hazırki mülki mübahisənin həllində Mülki Məcəllənin 739.2-cimaddəsi tətbiq oluna bilməz.

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən AR Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, İddiaçı tərəfindən cavabdehlərin bank kartlarına ödənilmiş pulların bir qismi borc kimi verilmiş pullardır və həmin pulların cəmi məbləğini 3000 manatdan artıq olduğunu qeyd edərək borc müqaviləsinin yazılı formada olmadığını əsas götürüb iddianın qismən rədd etmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirməmiş, məhkəmədə iştirak etməyən cavabdehlərin əvəzinə fikir yürüdərək əsassız şəkildə iddiaçı ilə cavabdehlər arasında əsassız varlanma ilə yanaşı borc münasibətlərin olması nəticəsinə gəlmişdir. Məhkəmənin bu mövqeyi tamamilə əsassızdır, tərəflər arasında hər hansı borc münasibətləri olmamışdır və bu halda MülkiMəcəllənin 739.1 və 739.2-cimaddələri düzgün tətbiq edilməmişdir

14. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisə tərəfləri arasında yaranmış bütün münasibətlərə AR Mülki Məcəlləsinin 439.4,1091.1, 1091.2 və 1092.1-cü maddələri tətbiq olunmalıdır. Mülki Məcəllənin 439.4-cü maddəsində qeyd olunur ki, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqiəsas olmadan başqa şəxsin (məhrumolanın) hesabınaəmlak əldəetsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir. Mülki işin materiallarından və təqdim olunmuş sübutlardan müəyyən olunur ki, cavabdehlərlə iddiaçı arasında hər hansı öhdəlik hüquq münasibəti olmamış və ödənilən pullar öhdəliklədən kənar cavabdehlərə ödənilmişdir və cavabdehlər müqavilə və qanuni əsas olmadan iddiaçıdan pulu qəbul edərək əsassız varlanmışlar.

15. Məhkəmə qətnamə qəbul edərkən mülki işdə olan sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, "xxxx" ASC-dən, "xxxx" MMC-dən və "xxxx" QSC-dən iddiaçının nömrə və kart hesabından cavabdehlərin kart hesablarına pul vəsaitlərinin köçürülməsi barədə yazılı məlumatlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir, qətnamə qəbul edilərkən həmin yazılı sübutların hər birinə konkret olaraq münasibət bildirilməmişdir.

16. Birinci instanssiya məhkəməsi iş üçün əhəmiyyətli olan faktiki halları aydınlaşdırmamışdır. Mülki işə birinci instansiya məhkəməsində baxılan zaman məhkəmə hazırlıq icraatı dövründə məhkəmə sorğularına cavab olaraq "xxxx"ASC-dən, "xxxx" MMCdən və "xxxx" QSC-dən daxil olmuş yazılı məlumatlara əsasən İddiaçı cavabdehlərin bank kart hesablarına pul köçürmələri müəyyən olunmuşdur.

17. İddiaçı məxsus və onun şəxsi istifadəsində olan “*** *** ** **” nömrəli "m10" hesabından (elektron pul qabından) Cavabdeh1 “5239-1517-0390-0368” nömrəli kart hesabına 3920 (üç min doqquz yüz iyirmi) manat pul köçürülmüşdür. 055 *** ** ** nömrəli "m10" hesabından (elektron pul qabından) 409858******0755 nömrəli kart hesabına 315 (üç yüz on beş) manat pul köçürülmüşdür. Bundan başqa, İddiaçı 055 *** ** ** nömrəli "xxxx" hesabından Cavabdeh1 məxsus “5239-1517-0390-0368” nömrəli kart hesabına ümumilikdə 3558 (üç min beş yüz əlli səkkiz) manat pul köçürülmüşdür. “5239-1517-0390- 0368” kart hesabına 52 manat pul köçürülmüşdür. 409858******0755 kart hesabına 159 manat pul köçürülmüşdür.

18. Bundan əlavə qeyd olunmalıdır ki, məhkəmədə iddia qaldırılanadək İddiaçı Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, qonşuluqda yaşayan Cavabdeh1 onun qumar oynaması barədə ailəsinə məlumat verməklə hədələyib ondan 20.000 manata yaxın pul aldığını və Cavabdeh1 avtomobil almaq məqsədilə əlavə pullar verdiyini və Mahirdən həmin pulları geri ala bilmədiyi üçün ondan şikayət etmişdir. İddiaçının ərizəsi üzrə Abşeron RPİ-nin İstintaq şöbəsində (müstəntiq A.Cəfərov ) material üzrə araşdırma aparılarkən hazırki mülki iş üzrə Cavabdeh1 Natiq ona avtomobil almaqda köməklik göstərməkməqsədilə 3500 manat pul vermişdir və o, “Turbo.az” saytından kreditlə avtomobil almış, avtomobilə görə ona etibarnamə verilmişdir. İzahatında Cavabdeh1 İddiaçı ona avtomobil almaq üçün 3500 manat pul verdiyini etiraf etmişdir. İddiaçı ərizəsinə əsasən toplanmış material üzrə xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qərar mülki işin materiallarına əlavə edilmişdir. Qərardan görünür ki, mülki iş üzrə Cavabdeh1 Abşeron RPİ-nin İŞ-də verdiyi izahatında İddiaçı ona avtomobil almaq üçün 3500 manat pul verdiyini etiraf etmişdir. Abşeron RPİnin İŞ-nin “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarı mülki işin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmədə toplanılmış sübutlardan, rədd qərarından müəyyən olunur ki, İddiaçı Cavabdeh1 “5239-1517-0390-0368” nömrəli kart hesabına kartdan karta köçürmə yolu ilə 52 manat, İddiaçı məxsus “*** *** ** **” nömrəli "M10" elektron pul qabından Cavabdeh1 “5239-1517-0390-0368”nömrəli kart hesabına 3920 (üç min doqquz yüz iyirmi) manat, İddiaçı “*** *** ** **” nömrəli "xxxx" hesabından Cavabdeh1 məxsus “5239-1517-0390-0368” nömrəli kart hesabına 3558 (üç min beş yüz əlli səkkiz) manat köçürülmüşdür, həmçinin İddiaçı tərəfindən Cavabdeh1 avtomobil almaq üçün əlbə-əl 3500 (üç min beş yüz) manat pul verilmişdir. Ümumilikdə, İddiaçı tərəfindən köçürmə yoluilə və nağd şəkildə verilməklə Cavabdeh1 11.030 (on bir min otuz) manat pulun verilməsi sübutlarla müəyyən olunur. Bundan başqa, İddiaçı məxsus olan "xxxx" ASC-nin “4169-73**- ****-1466” nömrəli bank kartından Cavabdeh2 409858******0755 kart hesabına 159 manat pul köçürülmüşdür, iddiaçının “*** *** ** **” nömrəli "M10" elektron pul qabından 409858******0755 nömrəli kart hesabına 315 (üç yüz on beş) manat pul köçürülmüşdür. Yuxarıda qeyd olunan əhəmiyyətli vacib faktiki hallar məhkəmə tərəfindən lazımınca aydınlaşdırılmamışdır.

19. Məhkəmə İddiaçı Cavabdeh1 və onun anası Cavabdeh2 pulları borc məqsədlə verməsi barədə hər hansı xüsusatı qətnaməsində sübut edə bilməmişdir. İddiaçı iddia edir ki, Cavabdeh1 dəfələrlə ondan pul istəmiş və iddiaçının ona pul verməyəcəyi təqdirdə iddiaçının qumar oynamağı barədə ailəsinə məlumat verəcəyi ilə hədələmişdir. Tərəflər arasında borc münasibətləri könüllü olur, bir tərəfin digər tərəf qarşısında hər hansı məcburi şərtin müqabilində olmur və pulu alan tərəfin həmin pulu qaytaracağı barədə vəd verdiyi və öhdəlik götürdüyü halda olur. İddiaçı məhkəmədə sübut etmişdir ki, Cavabdeh1 və anasının bank kartına 11.500 manatdan artıq pullar köçürmüş və əlbə-əl vermişdir. Pulun verilməsini anasının bank kartına 11.500 manatdan artıq pullar köçürmüş və əlbə-əl vermişdir. Pulun verilməsini sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşdüyündən iddiaçı məhkəmədə bunu sübut etmişdir. Həmin pulları almadığını və ya almışlarsa nə məqsədlə aldıqlarını sübut etmə yükü cavabdehlərin üzərinə düşür. Cavabdehlər həmin pulları borc kimi qəbul etdiklərini bildirdikdə, həmin pulları 71 dəfəyə nə üçün borc aldıqlarını, bir borcu qaytarmadan digərisini hansı qaydada iddiaçıdan aldıqlarını, borcları nə zaman qaytaracaqlarını, hər məbləği ayrı-ayrılıqda borc istəmələri və ya ümumi borc məbləği tələb etmələri, iddiaçı ilə aralarında nə kimi münasibətlərin olmasını sübut etməlidirlər. Mülki mübahisəyə birinci instansiya məhkəməsində baxılan zaman cavabdehlər məhkəmənin vaxtı və yeri barədə məlumatlarının olmasına baxmayaraq üzrsüz səbəblərdən məhkəmədə iştirak etməmişlər, iddiaya qarşı hər hansı etiraz və ya mülahizə təqdim etməmişlər. İşə birinci instansiya məhkəməsində baxılan zaman pulun məhz borc məqsədlə verilməsi sübut olunmamış, yuxarıda qeyd olunan hallar məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Məhkəmə ehtimallarla qətnamə çıxarmış, tərəflər arasında borc münasibərtlərinin olması barədə məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığı müəyyən edilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.

24. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

26. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

27. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

28. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

37. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Cəfərov X3 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3417/2025 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsini mübahisənləndirmiş, cavabdeh isə apellyasiya şikayəti verməmişdir. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin yalnız mübahisələndirilən yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

39. Birinci instansiya məhkəməsi yalnız Abşeron RPİ-nin İŞ-nin 24 yanvar 2025-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarında Cavabdeh1 İddiaçı ona avtomobil almaq üçün 3500 manat pul verdiyini etiraf etməsinə istinad edərək yalnız bu hissədə iddianı təmin etmişdir.

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin pulun tutulmasına dair mövqe ilə razılaşsa da, tutulan pulun məbləği hissəsi ilə razılaşmır.

41. Belə ki, apellyasiya icraatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" ASC, "xxxx" MMC və "xxxx" QSC vasitəsi ilə iddiaçıya məxsus nömrə və kart hesabından kart hesablarına pul vəsaitlərinin köçürülməsi yolu ilə Cavabdeh1 ayr-ayrı vaxtlarda pul vəsaiti verilmişdir.

42. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim olunmuş CD diskdən görünür ki, İddiaçı məxsus və onun şəxsi istifadəsində olan “*** *** ** **” nömrəli elektron pul qabı olan "m10" hesabından Cavabdeh1 məxsus “5239-1517-0390-0368” nömrəli kart hesabına 3381,66 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

43. Digər tərəfdən, iş materiallarından olan "xxxx" QSC-nin əməliyyat tarixçəsindən görünür ki, İddiaçı 055 *** ** ** nömrəli "xxxx" hesabından Cavabdeh1 məxsus “5239- 1517-0390-0368” nömrəli kart hesabına ümumilikdə 3558 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

44. Həmçinin, "xxxx" ASC tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, İddiaçı məxsus 416973******1466 nömrəli kart hesabından Cavabdeh1 məxsus 523915******0368 nömrəli kart hesabına iddiaçının tələb etdiyi 52 manat pulun köçürülməsi öz təsdiqini tapmışdır.

45. Beləliklə məhkəmə arşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh1 cəmi 10491,66 (3500+3381,66+3558+52=10491,66) manat məbləğində pul vəsaiti vermişdir, cavabdeh isə həmin pul vəsaitin qaytarılmasına dair hər hansı mötəbər, təkzibolunmaz sübutu məhkəməyə təqdim etməmişdir.

46. Qeyd olunmalıdır ki, tərəflər arasındakı mülki mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəlləsinin əsassız varlanmaya dair normaları, tələbin hüquqi əsasını məhz həmin normalar təşkil edir.

47. Məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli,

2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

48. Kollegiya qeyd edir ki, apellyator 409858******0755 kart hesabının Cavabdeh2 məxsus olmasını göstərsə də, həmin dəlili sübut edən hər hansı mötəbər sübutu təqdim etməmişdir. Digər tərəfdən, həmin hal birinci instansiya məhkəməsi tərəfindən verilən sorğulara olan cavablarda öz təsdiqini tapmamışdır. Odur ki, birinci instansiya məhkəməsi Cavabdeh2 aid hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

49. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

51. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

52. Apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, Cavabdeh1 10491,66 və 80 manat dövlət rüsumu olmaqla, cəmi 10571,66 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393 və 405.01-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3417/2025 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh1 10491,66 (on min dörd yüz doxsan bir manat altmış altı qəpik) və 80 (səksən) manat dövlət rüsumu olmaqla, cəmi 10571,66 (on min beş yüz yetmiş bir manat altmış altı qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan baxılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar