Məhkəmə qərarları › İş №2(007)-1951/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1951/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1951/2022 26.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 15000 (on beş min) manat pulun, 135 manat ödənilmş dövlət rüsumunun və 20 manat icra qeydinə görə ödənilmiş dövlət rüsumunun, cəmi 15155 (on beş min yüz əlli beş) manatın alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Belə ki, iş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 20 oktyabr 2020-ci il tarixdə verilmiş icra qeydindən görünür ki, İddiaçı xeyrinə Cavabdeh vaxtında ödənilməmiş 15000 manatın tutulması təklif edilmişdir. Bundan əlavə, borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 15020 manat pulun tutulması təklif edilmişdir. Qeyd edilən icra qeydi 20 oktyabr 2020-ci il tarixdə icra olunması üçün Bakı şəhəri Nizami Rayon İcra şöbəsinə göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraicət etsə də, 19 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borcla bağlı icra qeydi var və həmin icra qeydi hazırda icra mərhələsindədir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin 20 may 2022-ci il tarixli məktubu ilə müəyyən edilir ki, borculunun adına şəxsi əmlak və iş yeri olmadığından icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Qeyd edilən icra sənədi hazırkı vaxtadək icra şöbəsinin icraatından olmaqla, borculunun əmlakı hesabına icra sənədini icrası mümkün olmasa da, digər icra tədbirlərinin həyata keçirilməsi mümkündür. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 44-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarındandır. Həmin qanunun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmışdır. Məhkəmə belə hesab edir ki, iddaçının 20 oktyabr 2020-ci il tarixdə verilmiş icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Nizami Rayon İcra şöbəsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, hesab edirəm ki, iddianın yolverilməzliyinə, yəni irəli sürülən tələbə ümumi məhkəmədə baxılmasına yol verilmədiyinə görə ərizəni qəbul etməkdən imtina edilməli, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264 -cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya izah olunsun ki, 20 oktyabr 2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Nizami Rayon İcra şöbəsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar