Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1953/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı Cavabdeh mebel mağazasına qarşı “pul” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh mebel mağazasına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən tamamilə yararsız vəziyyətdə olan yataq dəstinin və verilməmiş televizor altlığının dəyəri olan cəmi 3800 manat pulun və hər gecikdirilmiş gün üçün bir faizdən hesablanan dəbbə pulu olan 2584 manatın cəmi 6384 (altı min üç yüz səksən dörd) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü məsələsi yoxlanılarkən həmçinin müəyyən edildi ki, iddiaçı ərizəsini, iddia ərizəsinin məzmununa dair tələbi pozmaqla tərtib etməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh qismində göstərdiyi Cavabdeh mebel mağazasının tam adını və hüquqi ünvanını dəqiq qeyd etməmiş, Cavabdeh mebel mağazasının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumatlar haqqında heç bir sübut əlavə etməmiş, yalnız Cavabdeh mebel mağazasının ünvanını ünvan 1ikası Mülki- Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş forma və məzmuna riayət edilməməklə tərtib edildikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qanunvericiliyin tələbindən görünür ki, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları və onların poçt ünvanları göstərilməlidir. Bu, işdə iştirak edən şəxslərin məhkəmə iclasının vaxtı və yeri barəsində vaxtında və düzgün xəbərdar edilməsi, həmçinin işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh mebel mağazasına qarşı “pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1953/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1953/2021
02.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver