Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1976/2022 05.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Mirzəyevin sədrliyi, X2 Qurbanovun katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh2, Azərbaycan Əfqanistan X1ə,Nizami Rayon Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı istifadə hüquqlarının tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh2, Azərbaycan Əfqanistan X1ə,Nizami Rayon Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı istifadə hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2004cü il tarixli 295 saylı sərəncamı ilə Azərbaycan Əfqanistan Veteranları Birliyinə fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə 0,66 ha torpaq sahəsi ayrılmışdır. Həmin sərəncama uygun olaraq 0,66 ha torpaq sahəsi Nizami Rayon Bələdiyyəsinin ehtiyat fondu torpaqlarına aid edilmişdir. Azərbaycan Respublikası “Torpaq Məcəlləsf’nin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, sifarişçi Bakı şəhər Torpaq Şöbəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən rəsmi sənədi (istifadə hüququna dair şəhadətnamə) aldıqdan sonra tikinti işlərinə başlamalıdır.Ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə nəzarət, həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlər görmək Nizami Rayon Bələdiyyəsinə tapşırılmışdır. O, Azərbaycan Əfqanistan X1 üzvüdür və 2004-cü ildən etibarən Bakı şəhəri Nizam, rayonu 2433-cü məhəllədə ayrılmış 6,5 sot torpaq sahəsini istifadə edərək abadlaşdırma işləri aparmışdır.Cavabdeh Azərbaycan Əfqanistan X1 30 avqust 2012-ci il tarixli məktubunda qeyd edilir ki, “Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 295 saylı sərəncamı ilə Azərbaycan Əfqanistan Veteranları İttifaqının üzvlərinə Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə ayrılmış torpaq sahəsinin 6,5 sot sahəsi 2004-cü ildən Birliyin üzvü İddiaçı istifadəsindədir. Buna baxmayaraq Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 295 saylı sərəncamında qeyd olunan torpaq üzərində hüquqlarını təsdiq edən rəsmi sənədi bu günə kimi əldə edə bilməmişdir. O, Azərbaycan Əfqanistan X1ə dəfələrlə müraciət etmiş və zəruri olan sənədlərin ona təqdim edilməsini xahiş etmişdir. Lakin heç bir nəticə əldə edə bilmədiyi üçün məhkəmə orqanlarına müraciət etməyə məcbur olmuşdur.Bundan başqa,onda olan məlumata görə Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Azərbaycan Əfqanistan X1 üzvlərinə Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə ayrılmış torpaq sahələri qanunsuz olaraq sözügedən İctimai Birliyinə aidiyyatı olmayan şəxslərin adına rəsmiləşdirilib.Belə ki, AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli ******* saylı Çıxarışa əsasən Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə yerləşən 0,05 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyəti kimi qeydə alınmışdır. Həmin torpaq sahəsidir ki, Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Azərbaycan Əfqanistan X1 üzvlərinə ayrılmışdır.Hesab edir ki, AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli ******* saylı Çıxarış etibarsiz hesab edilməlidir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.Hesab edirəm ki, Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə yerləşən 6,5 sot torpaq sahəsinin istifadəmə ayrılmasına dair sənədlərin mənə təqdim edilməsi, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılması vəzifələrini cavabdehlər Nizami Rayon Bələdiyyəsi və Azərbaycan Əfqanistan X1ə həvalə edilməsi qanuna müvafiqdir.Qeyd olunanlara əsasən Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə yerləşən 0,05 ha torpaq sahəsinə dair AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2006-ci il tarixli ******* saylı Çıxarışın etibarsiz hesab edilməsi,Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə yerləşən 6,5 sot torpaq sahəsi üzərundə onun sahiblik və istifadə hüquqlarının tanınması,Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə yerləşən 6,5 sot torpaq sahəsinin istifadəsinə ayrılmasına dair sənədlərin ona təqdim edilməsi, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılması vəzifələrini cavabdehlər Nizami Rayon Bələdiyyəsi və Azərbaycan Əfqanistan X1ə həvalə edilməsi barədə qətnamə qəbul olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və izhatı verərək göstərdi ki,sözü gedən torpaq sahəsi onun mülkiyyətimdədir. O, həmin sahəni qanuvericiliyin tələbinə uyğun olaraq mülkiyyətinə keçirtmişəm. Odur ki, qeyd olunanları nəzərə alıb iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasnı xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan: AN- seriyalı, ******* saylı 31 yanvar 2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3, istifadəsində olan Bakı şəhəri Nizami rayonu 2433-cü məhəllədə yerləşən torpaq sahəsini 23000 manata Cavabdeh2 satmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddiaçı öz tələblərinin əsası kimi istinad etiyi halları sübuta yetirə bilməmişdir. Cavabdeh2 mübahisələndirilən torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir. Ona görə də iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh2, Azərbaycan Əfqanistan X1ə, Nizami Rayon Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı istifadə hüquqlarının tanınması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir)ay müddətinə Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1976/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1976/2022
05.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver