Məhkəmə qərarları › İş №2(007)-1984/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1984/2023

07.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1984/2023 07.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “delikt nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “delikt nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, Cavabdeh 2023-cü ilin fevral ayında Bakı şəhərində onun istifadəsində olan “Hyundai Sonata” markalı ** NT *** dövlət nömrə nişanlı avtomobil almışdır. Avtomabili cavabdehdən 17.200 (on yeddi min iki yüz) manata almış, bununla yanaşı maşını idarə etmək üçün o, cavabdehdən etibarnamə də almışdır. Belə ki, aralarında olan razılaşmaya əsasən o, avtomaşının tüstü borusundan xoşagəlməz şübhələndirici qara tüstü çıxdığı üçün katalizatorun olmadığını, malaor karopkaya isə cavabdeh olmadığını bildirmişdir. Bundan sonra o, avtomaşının pulunu tam ödədikdən sonra yaşadığı Ağstafa rayonuna qayıtmış və səhər günü usta yanına getmiş, usta bildirmişdir ki, maşının mühərrik hissəsində 2-ci şatorda səs var. O, ona zəng vurub bildirmişdir ki, maşında motorda səs var və maşının mühərriki dayanmaq mərhələsindədir. Cavabdeh də bildirdi ki, gəl maşını sökdür və özün düzəltdir, maşını salamat vermişdir. Aradan bir gün tamam olmasına baxmayaraq aldadıldığını bilmiş və cavabdehə ona dəymiş ziyanı ödəməsini bildirmişdir. Ziyanın miqdarı isə aşağıdakı kimidir. 1) valın yonulması qiyməti 80 manat, 2) qalofqanın yonulması 70 manat, 3) proklatka 105 manat, 4) Karenoy şaton və kladişş 300 manat, 5) gilizin yonulması- 200 manat, 6) yağ nasosunun şestiqraniqqi- 80 manat, 7) vanusun daçiki- 170 manat, 8) babin-50 manat, 9) sveça 80 manat, 10) yağ 220 manat, 11) usta haqqı 400 manat, 12) qaz 30 manat (kondisaner üçün), 13) kondisonerin şlankı 25 manat olmaqla, cəmi 1810 (min səkkiz yüz on) manatdır. Hazırda cavabdeh tərəfindən vurulmuş ziyanın könüllü surətdə ödənilməsini tələb etsə də bir nəticəsi yoxdur. Məhkəmə qaydasında olmadan mübahisənin həlli mümkün deyildir. Qeyd olunanlara əsasən, Cavabdeh tərəfindən ona vurmuş olduğu 1810,00 ( min səkkiz yüz on) manat dəymiş ziyanın və məhkəmə üçün ödədiyi 38,00 manat dövlət rüsumu dəymiş ziyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini bildirərək əlavə olaraq göstərdi ki, o, mübahisəli avtomobili yeni avtomobil alacağı üçün satmağa qoymuşdur. Avtomobili öz evinin həyətində yanvar ayının 21 ərəfələrində satmışdır. İddiaçı uzaq yol gəlmiş, hətta onu evinə belə dəvət etmişdir. Avtomobili almaq istəyənlər də, servisə aparanlar da olub. Avtomobili cavabdehin ona dediyi mikrorayonda olan şəxsə aparmış, o da avtomobili yoxlamışdır. Avtomobili yoxlatdıran zaman da o, heç bir problem çıxmayacağını demişdir. Hətta avtomobili yoxlatdıran zaman şərt qoymuşdur ki, avtomobildə problem çıxsa behini qaytaracaqdır. Problem olmasa avtomobili sürüb aparsın. Sonra Elitin yanında avtomobili ustaya aparmışlar. İddiaçı tüstüdən ehtiyat edirdi. Usta demişdir ki, tüstü katalizatorla əlaqəlidir. O da əvvəldən demişdir ki, katalizator yoxdur və onun olmaması problem yaratmır. Daha sonra Nərimanov rayonunda idiaçı qalxıb evindən pul götürmüş, lakin 100 manat çatmamış, o da bunu problem etməmişdir. Qeyd olunan avtomobilin 200 manat cəriməsi olmuş, həmin cərimənin iddiaçının ödəməsi barədə danışmış, o da avtomobili ona 17000 manata satmışdır. Lakin iddiaçı ona 16900 manat pul vermişdir. Beləliklə, o, iddiaçıya etibarnamə vermiş, iddiaçı da avtomobili sürüb getmişdir. O, 3-4 gündən sonra yığdı ki avtomobildə səs var. Sonradan yığıb dedi ki, avtomobilin yağını dəyişmişdir. Ondan sonra heç nə ilə bağlı əlaqə saxlamadı. Bundan əvvəl yanvar ayının 16-da başqa bir adam gəlmişdir ki, o da avtomobil almaq istəyirdi. Onunla birlikdə servisə aparmışlar, hətta rəy də var. O, avtomobil alqı-satqısı ilə məşğul olan biri olmamış, sadəcə öz avtomobilini satmışdır. Bütün bunların nəzərə alınaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, mübahisəli avtomobili “turbo.az” saytından tapmışdır. Cavabdeh ilə görüşüb maşına baxan zaman cavabdeh “BMW” markalı avtomobil ilə gəlmişdir. Mübahisəli avtomobildən tüstü çıxırdı. Cavabdeh demişdir ki, avtomobilin katalizatoru yoxdur. Avtomobili yuyub ustaya aparmışlar. Bu zaman məlum oldu ki, katalizator yoxdur. Cavabdehi tanımasa da ona etibarnamə edərək 17000 manat pulu vermiş, o da ona etibarnamə vermişdir. Avtomobilin liftinin işığı yanırdı. Avtomobili ustaya aparmış, usta da avtomobilin motorunda səs olduğunu demişdir. Mübahisəli avtomobili Bakıdan Ağstafaya sürmüşdür. Avtomobilin motoru qızdırb, giliz olan yeri çatlayıb. Bununla bağlı cavabdehə zəng edib deyəndə cavabdeh avtomobildə heç bir problem olmadığını demişdir. Valideynlərinin nömrəsinə yığıb anası ilə danışmış, anası da yoldaşı gələndə məsələni ona deyəcəyini bildirmişdir. Polisə də müraciət edəndə, mülki iş olduğu üçün baxa bilməyəcəklərini demişlər. O, avtomobili yenidən düzətdirmiş və onun 1830 manat xərci çıxmışdır. Avtomobildə kitab adlanan hissə xarab olmuşdur. Ağstafa rayonunda avtoservisə aparmış, təmir etdirmiş, Avtoservis rəy vermişdir. Avtomobil başqa adamın adınadır, mülkiyyətçisi başqa biridir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Müstəqil "xxxx" Kiçik Müəssisəsinin xx.xx.2023-cü il tarixli, 025 nömrəli arayışından görünür ki, “Hyundai Sonata” markalı ** NT *** dövlət nömrə nişanlı avtomobilin mühərrikinin təmiri üçün lazım olan köməkçi ehtiyyat hissələri, qolovkanın, gilizin, valın yoxlanılmasına və usta zəhmət haqqına ümumilikdə 1755 manat xərc çəkilmişdir. - xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, 2011-ci il buraxılışlı, “Hyundai Sonata” markalı ** NT *** dövlət nömrə nişanlı avtomobilin katalizatorunun olmaması, qabaq sağ duman lampasının işləməməsi, arxa əyləc qəliblərinin dəyişilməli olması, qabaq stabilizatorunun rezinlərinin dəyişilməli olması müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən həmin tarixdə 38,0 manat dövlət rüsumu ödənilmişdir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh “Hyundai Sonata” markalı ** NT *** dövlət nömrə nişanlı avtomobili almışdır. Hazırda avtomobildə qüsurlar meydana gəlmiş və iddiaçı qüsurları aradan qaldırmaq üçün çəkdiyi 1810 manat çəkdiyi xərci cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu dedikdə (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl nəzərdə tutulmuş və pozuntu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməli olduğu müəyyən edilmişdir. İddiaçı iddia ərizəsinin əsaslandırma hissəsində qeyd etmişdir ki, cavabdehin hərəkətləri nəticəsində mübahisəli avtomobildə qüsurlar əmələ gəlmişdir. Lakin iddiaçı tərəfindən “Hyundai Sonata” markalı ** NT *** dövlət nömrə nişanlı avtomobilə Cavabdeh təqsirli hərəkətləri nəticəsində ziyan dəyməsinə dair məhkəməyə sübutlar təqdim edilməmiş, əlavə edilmiş sənədlər və sübutlar ilə iddiaçı tərəfindən mübahisəli avtomobilə Cavabdeh təqsirli hərəkətləri nəticəsində maddi ziyan dəyilməsi təsdiq olunmamışdır. Beləliklə, iddiaçı tərəfindən iddia tələbi təmin olunması ilə bağlı məhkəməyə əsaslı sübutlar təqdim olunmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 38 manat dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən ona aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “delikt nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dаir iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “delikt nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dаir iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar