Məhkəmə qərarları › İş №2(007)-1992/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1992/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1992/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh olan İddiaçı ASC-nin Bakı fiilialı arasında bağlanmış 123/06 saylı 03 may 2011-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik təlabat məqsədi ilə 24 ay müddətinə 25 faizlə 2338 manat kredit verilmişdir. Borcun ödənilməsi məqsədi ilə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 119/502 saylı 16.02.2015-ci il tarixldə və 22.09.2020-ci il tarixdə bildiriş məktubları göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdehin hal-hazırda cəmi borcu 3002.18 manat təşkil edir.Bundan 1752.91 manat əsas borc, 427.65 manat faiz borcu, 163.78 manat cərimə və 657.84 manat isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən besablanmış faiz borcudur. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1752.91 manat əsas borc,427.65 manat faiz borcu,163.78 manat cərimə, 657.84 manat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014cü il tarixli Plenum qərarına əsasən besablanmış faiz borcunun eləcə də ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, o, borcunu tam şəkildə ödəmişdir.Bundan başqa, iddiaçı ilə bağladığı müqavilənin müddəti 2013-cü ildə bitsə də, bank bu günə kimi, hər hansı bir borcla bağlı ona müraciət etməmişdir və qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Buna görə də, məhkəmədən xahiş edir ki, idda müddəti tətbiq olunaraq, iddianın rədd olunması barədə qətnamə çıxarılsın. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xsəbərdar olunsa da öz nümayəndəsini məhkəməyə göndərməmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsini rəhbər tutaraq işə issiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında olan: - 03.05.2011-ci il tarixli,123/06 saylı kredit müqaviləsindən görünür ki, əsasən cavabdehə 24 ay müddətinə 25 faizlə 2338 manat kredit verilmişdir. - 03.05.2011-ci il tarixli ödəniş cədvəlindən görünür ki,cavabdeh bankdan götürdüyü 2338 manat kredit borcunu hər ay 125 manat,sonuncu ay isə 117 manat olmaqla 24 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən məhkəməyə kassa məxaric orderi təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd olunur ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini açıq-aşkar buraxmaqla məhkəməyə müraciət etmişdir. Belə ki, kredit müqaviləsi 2011-ci ildə 24 ay müddətinə bağlanmışdır. Belə olan halda kredit müqaviləsinin müddəti 03.05.2013-cü il tarixdə başa çatır. Üç illik iddia müddəti şamil olunmaqla 03.05.2016-cı il tarixdə iddia müddəti başa çatır. İddiaçı isə bundan təqribən 5 il sonra, yəni 05.04.2021-ci il tarixdə müraciət etmişdir. Cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunmasına dair ərizə vermişdir. Göstərilən səbəblərdən iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması barədə iddiası təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar