Məhkəmə qərarları › İş №2(007)-1994/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1994/2025

15.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1994/2025 15.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı Bakı Telefon Rabitəsi MMC-nin X4 Komitəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bakı Telefon Rabitəsi MMC-nin X4 Komitəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Bakı Telefon Rabitəsi MMC-nin X4 Komitəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 194692,09 (yüz doxsan dörd min altı yüz doxsan iki manat doqquz qəpik) manat məbləğində maddi ziyanın və tərəflərindən ödənilmiş 484,69 (dörd yüz səksən dörd manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin X4 Komitəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 X6 Həmkarlar İttifaqı Respublika Komitəsinin 02 dekabr 2019-cu il tarixli, 81 nömrəli sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin X4 Komitəsinə baş mühasib vəzifəsinə təyin edilmişdir. Baş mühasib kimi onun vəzifə funksiyası onunla bağlanmış 02 dekabr 2019- cu il tarixli əmək müqaviləsinə, 2005-ci ilin noyabr ayında təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin X1 (VTİSK)" əsasən müəssisədə uçotun formalaşdırılmasını, baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılmasını, qeydiyyatı və ümumiləşdirilməsini, bu məlumatlara uyğun olaraq analitik və sintetik uçotunun aparılmasını, habelə maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi və mühasibat uçotu sənədlərinin saxlanılmasını, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılmasını və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu məlumatları əsasında müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təmin edilməsi, xərclər smetasının hazırlanmasının təşkil edilməsi, məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin qabaqcadan verilməsini, birdəfəlik haqq-hesabın işlənilməsini və ödənişlərin aparılmasını, dövlət büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta və digər icbari sığorta haqları, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsini və digər ehtiyat fondlarına ayırmaları həyata keçirməsi, mühasibat uçotu sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsi, aktivlərin və öhdəliklərin inventarizasiyasının, mühasibat uçotunun aparılmasının yoxlanılmasına və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edilməsi, aktivlərin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edilməsi, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edilməsi, inventarizasiya zamanı aktiv və öhdəliklərin mövcud faktiki qalığı ilə mühasibat uçot məlumatları arasında yaranmış kənarlaşmaların aradan qaldırması ilə əlaqədar müvafiq işlərin aparılmasını təmin edilməsi, ştat, maliyyə, bank və kassa intizamına ciddi əməl edilməsi, çatışmazlıqların və itkilərin uçotdan silinməsi ilə əlaqədar işləri yerinə yetilməsi, mühasibat uçotu sənədlərinin çoxaldıiması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edilməsi, mühasibat uçotunun səmərəli təşkilinə, kompüterləşməsinə və beynəlxalq standartlara uyğun qurulmasına diqqət yetirilməsi, eləcə də digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası olmuşdur. Lakin, Cavabdeh2 həmin vəzifədə işləyərkən özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 2020-ci ilin əvvəllərində "xxxx" MMC-nin X4 Komitəsinin sədri Cavabdeh1 şifahi tapşırığına əsasən sonuncuya aid olmaqla özünün istifadəsinə verilmiş “Asan İmza” mobil identifiksiya şifrəsini və rəqəmsal açarların saxlanıldığı ***-***-**-** nömrəli SİM karta əsaslanan mobil telefondan istifadə etməklə, "xxxx" MMC-nin X4 Komitəsinə məxsus olmaqla ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədi ilə 2020-ci ilin mart ayından 2022-ci ilin iyun ayınadək olan müddətə işlədiyi Komitənin ünvan 1 ünvanında yerləşən inzibati binasında xidməti kompüterindən istifadə etməklə rəsmi sənədlər olan ödəniş tapşırıqlarına, habelə internet bankçılıq sistemi üzərindən ödəniş tapşırıqları hesab edilən informasiya resurslarına vahid niyyətlə tamah, yəni özü üçün qazanc əldə etmək məqsədi ilə bilə-bilə yalan məlumatlar daxil etməklə aylıq almalı olduğundan artıq miqdarda əmək haqqı ödənişləri qeyd edərək, X4 Komitəsinin sədri Cavabdeh1 tərəfindən həmin ödəniş tapşırıqlarının imzalanmasına və “Asan İmza”sı ilə təsdiq etdilməsinə nail olduqdan sonra, həmin sənədlər əsasında 2020-2022-ci illər üzrə özünün faktiki olaraq aylıq əmək haqqı məbləği 2.049 manat miqdarda olduğu halda, həmin əmək haqqından artıq olmaqla əlavə olaraq 2020-ci ilin mart ayında 248,37 manat, aprel ayında 1.800,63 manat, may ayında 4.098 manat, iyun ayında 4.375 manat, iyul ayında 4.353 manat, avqust ayında 7.000 manat, sentyabr ayında 15.057,06 manat, oktyabr ayında 5.067,94 manat, noyabr ayında 4.287,50 manat, dekabr ayında 6.937,50 manat, 2021-ci ilin yanvar ayında 5.000 manat, fevral ayında 3.867,01 manat, mart ayında 7.762,59 manat, aprel ayında 7.386,15 manat, may ayında 9.388,36 manat, iyun ayında 6.961,05 manat, iyul ayında 2.185 manat, avqust ayında 6.253,16 manat, sentyabr ayında 4.988,10 manat, oktyabr ayında 9.965,55 manat, noyabr ayında 10.901,63 manat, dekabr ayında 6.715,66 manat, 2022-ci ilin yanvar ayında 6.908,51 manat, fevral ayında 11.727,33 manat, mart ayında 13.058,54 manat, aprel ayında 10.728,99 manat, may ayında 10.842,97 manat və iyun ayında 6.826,49 manat olmaqla, ümumilikdə 194.692,09 manat məbləğində artıq pul vəsaitinin özünün adına "xxxx" ASC-nin Səbail filialında açılmış ******************** nömrəli və "xxxx" MMC-nin 1 saylı filialında açılmış AZ14AZP********************2 nömrəli əmək haqqı kartı hesabına köçürülməsinə nail olub həmin pul vəsaitini "xxxx" ASC və "xxxx" MMC-nin Bakı şəhəri ərazisində olan ayrı-ayrı bankomatlarından nağdlaşdıraraq çıxarıb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə "xxxx" MMC-nin X4 Komitəsinə məxsus olmaqla ona etibar olunmuş cəmi 194.692,09 (yüz doxsan dörd min altı yüz doxsan iki manat doqquz qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəyərək talamış, həmin hərəkətləri ilə "xxxx" MMC-nin X4 Komitəsinin pul vəsaitinin aidiyyəti üzrə düzgün yönləndirilməsi, əmək haqları üzrə ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Həmçinin Cavabdeh1 "xxxx" MMC-nin X4 Komitəsinin sədri olaraq vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla səhlənkarlıq etmişdir. Cavabdeh1 barədə İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, “Bakı Telefon Rabitəsi" X2 Həmkarlar İttifaqı Komitəsi üzrə 31 may 2017-ci il tarixli, 01 nömrəli protokol ilə həmin Komitənin sədri vəzifəsinə seçilməklə həmin vəzifədə işləyərkən onunla bağlanmış eyni tarixli əmək müqaviləsinə, Azərbaycan Rabitə İşçiləri Həmkarlar İttifaqının 2-ci plenumunun 15 noyabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Nizamnamə”yə əsasən üzvlük haqlarının köçürülməsinə nəzarəti həyata keçirmək, vacib ayırmalara əməl olunmasına məsuliyyət daşımaq, təşkilatın tabeliyində olan əmlak və pul vəsaitlərindən müəyyən edilmiş səlahiyyətlər çərçivəsində istifadə etmək, səmərəli istifadəyə görə məsuliyyət daşımaq, maliyyə əməliyyatları həyata keçirmək, müəyyən edilmiş qaydada bankda hesab açmaq və bağlamaq, hesablara sərəncam vermək, aparatın işinə rəhbərlik etmək, eləcə də digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməməklə işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, rəhbəri olduğu Komitənin baş mühasibi Cavabdeh2 tərəfindən aparılan mühasibatlıq fəaliyyətinə nəzarət etməli olduğu halda bunu etməyib, 2020-ci ilin əvvəllərində sonuncuya özünün istifadəsində olan “Asan İmza” mobil identifiksiya şifrəsini və rəqəmsal açarların saxlanıldığı ***-***-**-** nömrəli SİM karta əsaslanan mobil telefonu təqdim edərək özünə məxsus istifadəçi adı və şifrəni istifadəsinə verməsi, habelə Cavabdeh2 tərəfindən tərtib edilməklə təqdim olunan ödəniş tapşırıqlarına lazımi diqqət və ehtiyatlılıq göstərməyib yoxlamaması nəticəsində, sonuncunun həmin ilin mart ayından 2022-ci ilin iyun ayınadək olan müddətə "xxxx" MMC-nin X4 Komitəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasında xidməti kompüterindən istifadə etməklə rəsmi sənədlər olan ödəniş tapşırıqlarına, habelə internet bankçılıq sistemi üzərindən ödəniş tapşırıqları hesab edilən informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə aylıq almalı olduğundan artıq miqdarda əmək haqqı ödənişləri qeyd edərək onun adından “Asan İmza”sı ilə təsdiq etməsinə və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, həmin sənədlər əsasında 2020-ci ilin mart ayında 248,37 manat, aprel ayında 1.800,63 manat, may ayında 4.098 manat, iyun ayında 4.375 manat, iyul ayında 4.353 manat, avqust ayında 7.000 manat, sentyabr ayında 15.057,06 manat, oktyabr ayında 5.067,94 manat, noyabr ayında 4.287,50 manat, dekabr ayında 6.937,50 manat, 2021-ci ilin yanvar ayında 5.000 manat, fevral ayında 3.867,01 manat, mart ayında 7.762,59 manat, aprel ayında 7.386,15 manat, may ayında 9.388,36 manat, iyun ayında 6.961,05 manat, iyul ayında 2.185 manat, avqust ayında 6.253,16 manat, sentyabr ayında 4.988,10 manat, oktyabr ayında 9.965,55 manat, noyabr ayında 10.901,63 manat, dekabr ayında 6.715,66 manat, 2022-ci ilin yanvar ayında 6.908,51 manat, fevral ayında 11.727,33 manat, mart ayında 13.058,54 manat, aprel ayında 10.728,99 manat, may ayında 10.842,97 manat və iyun ayında 6.826,49 manat olmaqla, ümumilikdə 194.692,09 manat məbləğində artıq pul vəsaitinin Cavabdeh2 adına "xxxx" ASC-nin Səbail filialında açılmış ******************** nömrəli və “Azərpoçt bank”ın 1 saylı filialında açılmış AZ14AZP********************2 nömrəli əmək haqqı kartı hesabına köçürülməsinə və sonuncu tərəfindən həmin pul vəsaitlərini "xxxx" ASC və “Azərpoçt bank"ın Bakı şəhəri ərazisində olan ayrı-ayrı bankomatlarından nağdlaşdıraraq çıxarıb, şəxsi ehtiyaclarına sərf etməklə "xxxx" MMC-nin X4 Komitəsinə məxsus olmuş cəmi 194.692,09 (yüz doxsan dörd min altı yüz doxsan iki manat doqquz qəpik) manat məbləğində pul vəsaitinin mənimsənilməsinə şərait yaratmaqla"xxxx" MMC-nin X4 Komitəsinin əmlakının qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi üzrə həmin Komitəyə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla səhlənkarlıq etmişdir. Eyni zamanda 15 noyabr 2019-cu il tarixdə Azərbaycan Rabitə İşçiləri X3 İİ Plenumunun qərarı ilə təsdiq edilmiş Nizamnamədən görünür ki, Həmkarlar İttifaqı Komitəsinin sədrinin üzvlük haqlarının köçürülməsinə nəzarəti həyata keçirmək, vacib ayırmalara əməl olunmasına məsuliyyət daşımaq, təşkilatın tabeliyində olan əmlak və pul vəsaitlərindən müəyyən edilmiş səlahiyyətlər çərçivəsində istifadə etmək, səmərəli istifadəyə görə məsuliyyət daşımaq, maliyyə əməliyyatları həyata keçirmək, müəyyən edilmiş qaydada bankda hesab açmaq və bağlamaq, hesablara sərəncam vermək, aparatın işinə rəhbərlik etmək, eləcə də digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul şəxs kimi vəzifələri müəyyən edilmişdir. Hər iki cavabdehlərin törətdikləri cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-270/2024 saylı xx.xx.2024-cü il tarixli hökümü ilə, Cavabdeh2 Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-270/2024 saylı xx.xx.2024-cü il tarixli Hökmü ilə Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinməklə qəti olaraq 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cavabdeh, Cavabdeh1 Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinməklə ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1411/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı ilə Cavabdeh2 cəzası qəti olaraq 1 il müddətinə dövlət və yerli oxunu idarəetmə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cazası təyin edilmiş, cavabdeh, Cavabdeh1 aid hissədə isə bütövlükdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlərin cinayət əməlləri nəticəsində "xxxx" MMC-nin BHİK-nə mənimsəmə yolu ilə vurulmuş 194.692,09 (yüz doxsan dörd min altı yüz doxsan iki manat doqquz qəpik) manat vəsaitin ödənilməsi məhkəmənin Hökmündə və Qərarında nəzərdə tutulmamışdır. Məhz bu səbəbdən Hökm və Qərarın qanuni qüvvəyə mindikdən sonra vurulmuş maddi ziyanın geri alınması məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsində təfərrüatları ətraflı qaydada qeyd etmiş, iş üzrə kifayət qədər sübutlar təqdim etmişlər. Əmək haqqının ödənilməsinə dair mədaxil reyesterləri Cavabdeh1 tərəfindən əllə imzalanmıdır ki, həmin reyestrlərdəki böyük məbləğdə vəsaitlərin onun tərəfindən görülməməsi qeyri-mümkündür. İstintaq dövründə mülki iddia verməmişlər. Mənimsəməyə şərait yaradan rəhbər şəxs olmuş Cavabdeh1 əməli olmuş, yəni sırf cinayətin başlama nöqtəsi elə İsrafil müəllimin məsuliyyətsizliyindən başlamışdır. İsrafil müəllim uzun müddət onların müəssisədə işləmiş, özü də 25 il İsrafil müəllimlə birlikdə işləmişdir. Ancaq qanunvericiliyin tələbinə əsasən hal-hazırda iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Qarşı tərəfin məhkəmə iclasının təxirə salınması barədə ərizəsinə etiraz edirlər, mülki işə baxılıb yekunlaşmasını istəyirlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhəkmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq iclasın təxirə salınmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəyə münasibətdə bildirir ki, iş üzrə kifayət qədər sübutlar təqdim edilmiş və məhkəmə tərəfindən araşdırılma aparılmışdır. Hazırda mülki iş ikinci məhkəmə baxış iclasındadır və məhkəmə iclasının yenidən təxirə salınması işin lüzumsuz uzanmasına və digər tərəflərin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxaracağından, iş üzrə araşdırılmalı yeni hallar olmadığından ərizə təmin edilməyərək mülki işə baxılıb iş üzrə yekun məhkəmə qərarı qəbul edilməlidir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil onlara qarşı irəli sürülən iddianın əsassız olduğunu, iddia tələbini qəbul etmədiklərini, hazırki iş üzrə cavabdeh qismində qoyulmalı olmadıqlarını bildirərək əlavə olaraq qeyd etmişdir ki, cinayət işi üzrə hər iki cavabdeh məsuliyyətə cəlb edilib, iddiaçı tərəfin əvvəlki rəhbəri isə hüquqlarını müdafiə etdiyi Cavabdeh1 olub. Belə ki, mühasib olan digər Cavabdeh2 Cavabdeh1 xəlvət, onu aldatmaq yolu ilə uzun müddət hesabdan pulları öz kartına mədaxil edib. Bu da bir boşluq olub, çünki 2020-ci ildən müəssisələrdə elektronlaşma prosesi başlamış, elektron sistemə keçid olunmuş, bundan sonra rəhbər fiziki şəxsin imzasına ehtiyac olmamış, bütün səlahiyyət mühasibdə olmuşdur. Tam olaraq mənimsənilən pul Cavabdeh2 tərəfindən əldə edilmişdir. Cavabdeh1 səhvi mühasibə düzgün və vaxtında nəzarət etməmək olduğu üçün o, AR Cinayət Məcəlləsinin 314.2-ci maddəsi üzrə qulluq mövqeyi əleyhinə olan cinayətlə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş və ona azadlığın məhdudlaşdırması cəzası təyin edilmişdir. Bu məsələdən sonra növbəti dəfə Cavabdeh1 öz vəzifəsi ilə bağlı namizədliyini irəli sürməmiş və müəssisəyə hazırki direktor təyin edilmişdir. Ədalətlilik əsasından çıxış ediləndə İsrafil müəllim bu məsələyə görə pensiya yaşına çatmamış işini itirmiş, cinayət məsuliyyətinə cəlb edilmişdir, hansı ki, bu tip analoji işlərdə rəhbər şəxsi məsuliyyətə cəlb etmirlər, konkret şəxsi məsuliyyətə cəlb edirlər. Onların mövqeyi bundan ibarətdir ki, Cavabdeh2 konkret talama cinayəti törədib, talama cinayəti nəticəsində hazırda iddiaçı tərəfin iddia tələbində qeyd etdiyi və tələb etdiyi bütün məbləğ onun tərəfindən ələ keçirilib. Bu iş üzrə müxtəlif maddələrlə cinayət məsuliyyətinə cəlb edilmiş bir neçə şəxs ola bilərdi, bu o demək deyil ki, hökmən iddiaçı tərəf bunu onların hamısından tələb etsin. Hərə öz əməlinə görə cəzasını çəkir və məsuliyyət daşıyır. İsrafil müəllimin törətdiyi əməl qulluq mövqeyinin əleyhinə olan əməl olub və o, hal-hazırda da cəzasını çəkir. İsrafil müəllim ilə cinayət təqibi vaxtı müzakirə edəndə İsrafil müəllimə Cavabdeh2 qarşı mülki iddia verməsini bildirər və mülki iddiasına imza çəkdirərdi, ancaq bu düzgün deyildir, çünki İsrafil müəllim müəssisənin rəhbəri idi, eyni zamanda onun həm təqsirləndirilən şəxs, həm də mülki iddiaçı olmağı düzgün olmazdı. Bu məsələni ona görə sonraya saxlamışlar, onlar düşünürdülər ki, bu məsələ öz həllini gələcəkdə tapacaqdır. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh2 iddia tələbini qismən, yəni dəymiş zərərin yarısının ondan tutulması hissəsində qəbul etdiyini, onun təqsirinin olduğunu, ancaq dəymiş zərərin ödənilməsi tələb edildiyi təqdirdə digər cavabdehlə birlikdə zərəri ödəməli olduqlarını, çünki vəsaitlərin götürülməsindən İsrafil müəllimin məlumatı olduğunu, buna görə də hazırki məbləğin yalnız ondan tələb edilməsinin düzgün olmadığını bildirərək əlavə olaraq qeyd etmişdir ki, o, cinayət işi üzrə istintaq zamanı ifadə vermiş, müəssisədə işlədiyi müddətdə rəhbərliklə işləmiş, müəyyən tapşırıqları yerinə yetirmişdir. Dəymiş ziyanın ödənilməsinin tərəfdarıdır, sadəcə müəyyən səbəblərdən alınmamış, verilən izahatlara lazımi səviyyədə qiymət verilməmişdir. Cinayət işi üzrə bir çox məhkəmə prosesləri olmuş, əmələ düzgün qiymət verilməmişdir, buna görə də cinayət işi üzrə gəlinən yekun nəticədən narazıdır. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 X6 Həmkarlar İttifaqı Respublika Komitəsinin 02 dekabr 2019-cu il tarixli, 81 nömrəli sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin X4 Komitəsinə baş mühasib vəzifəsinə təyin edilmiş, Cavabdeh1 isə "Bakı Telefon Rabitəsi” X2 Həmkarlar İttifaqı Komitəsi üzrə 31 may 2017-ci il tarixli, 01 nömrəli protokol ilə həmin Komitənin sədri vəzifəsinə seçilməklə həmin vəzifədə işləmişdir. Cavabdeh2 öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisinı təhrik etmiş, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəyərək talamış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Cavabdeh1 vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla səhlənkarlıq etmişdir.cavabdeh lər həmin əməllərinə görə məsuliyyətə cəlb edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-270/2024 saylı xx.xx.2024-cü il tarixli hökümü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzalar qismən toplanmaqla, əlavə cəzalar isə tam toplanmaqla və toplanmış əlavə cəza əsas cəzaya birləşdirilməklə Cavabdeh2 qəti olaraq 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək həmin maddə ilə ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1411/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 1(103)- 270/2024 nömrəli hökmü Cavabdeh2 aid hissədə dəyişdirilərək Cavabdeh2 məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət məsuliyyətindən və cəzadan azad edilməklə barəsində Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə uyğun olaraq, hökmlə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2 və 308.2-ci maddələri ilə təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə və əlavə cəzanı qəti əsas cəzaya birləşdirilməklə, Cavabdeh2 cinayətlərin məsmusu üzrə qəti olaraq 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm Cavabdeh2 aid qalan hissələrdə, Cavabdeh1 aid hissədə isə bütövlükdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-270/2024 saylı xx.xx.2024-cü il tarixli hökümü ilə müəyyən edilmişdir ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən vurulmuş ümumi ziyanın həcmi 194692,09 manat, Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən isə vurulmuş ümumi ziyanın həcmi 20 manat təşkil edir, dələduzluqla bağlı ziyan tam şəkildə ödənilsə də, mənimsəmə cinayəti ilə bağlı ziyan ödənilməmiş və sair formada aradan qaldırılmamışdır. Hökmdə göstərilmişdir ki, göstərilən təhlil onu göstərir ki, Cavabdeh1 vəzifəli şəxs olduğu halda öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməmiş, yəni xidməti vəzifəsinə "barmaqarası" baxaraq digər təqsirləndirilən şəxs Cavabdeh2 tərəfindən zərərçəkmiş hüquqi şəxsə 194.692,09 manat məbləğində ziyan vurmasına şərait yaratmışdır. Görünüdüyü kimi iddiaçıya cavabdehlərin hərəkəti nəticəsində 194692,09 manat zərər dəyməsi öz təsdiqini tapmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iclasda iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3-cü , 49.5-ci, 1096.1-ci, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42-ci və 82.4-cü maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (maddə 1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Məhkəmə ilk öncə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün müəyyənləşdirdiyi faktlara münasibətdə preyudisiallıq məhdud olsa da, MPM-nin 82.4-cü maddəsinin mənasına görə, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə əks olunan hərəkətin olub-olmaması faktı, bu hərəkətin konkret şəxs tərəfindən edilibedilməsi faktı mülki iş üzrə sübut olunmadan azaddır. Ona görə də iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş faktları yenidən sübut etməyə borclu deyildir. Qanuni qüvvəsini almış məhkəmə hökmü və qərarı ilə iddiaçı təşkilata 194692,09 manat məbləğində zərər dəyməsi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə Cavabdeh2 münasibətdə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə hökmü və qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən vurulmuş ümumi ziyanın həcmi 194692,09 manat müəyyən edilmiş, Cavabdeh2 özü də iddianı qismən, yəni vurulmuş ziyanın yarısının ondan tutulması şərti ilə qəbul etdiyini bildirmişdir. Eyni zamanda məhkəmə digər Cavabdeh1 münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.5-ci maddəsinə əsasən hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir. Hansı ki, qanuni qüvvəsini almış məhkəmə hökmü və qərarı ilə əməl törədərkən sədr vəzifəsində olan Cavabdeh1 vəzifəli şəxs olduğu halda öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirmədiyi, digər təqsirləndirilən şəxs Cavabdeh2 tərəfindən zərərçəkmiş hüquqi şəxsə 194692,09 manat məbləğində mühüm ziyan vurmasına şərait yaratdığı, "xxxx" MMC-nin X4 Komitəsinin sədri Cavabdeh1 şifahi tapşırığına əsasən sonuncuya aid olmaqla özünün istifadəsinə verilmiş "Asan İmza” mobil identifiksiya şifrəsini və rəqəmsal açarların saxlanıldığı ***-***-**-** nömrəli SİM karta əsaslanan mobil telefondan istifadə etməklə, "Bakı Telefon Rabitəsi” MMC-nin X4 Komitəsinə məxsus olmaqla ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədi ilə ümumilikdə 194692,09 manat məbləğində artıq pul vəsaitinin özünün adına "xxxx" ASC-nin Səbail filialında açılmış ******************** nömrəli və “Azərpoçt bank”ın 1 saylı filialında açılmış AZ14AZP********************2 nömrəli əmək haqqı kartı hesabına köçürülməsinə nail olması müəyyən edilməklə iddiaçıya mühüm zərər vurmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik normasından görünür ki, hüquqi şəxsə vurulmuş zərərə görə Cavabdeh1 cinayət məsuliyyətinə cəlb edilməsi hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş əmək haqqı məbləğləri barədə məlumatlardan da görünür ki, Cavabdeh2 hesabına köçürülmüş aylıq əmək haqqı məbləğləri üzrə reyestrlər yalnız elektron qaydada, ASAN imza ilə deyil, digər Cavabdeh1 öz şəxsi imzası ilə də imzalanılmışdır ki, həmin məlumatlar iri həcimi məlumatları özündə əks etdirməməklə, sadə formada tərtib edilməklə konkret şəxslər və konkret məbləğlərin köçürülməsini özündə ifadə edən ödənişə dair sənədlər olmuşdur. Bununla da cavabdehlərin qanunsuz əməli (hərəkəti və ya hərəkətsizliyi) nəticəsində onların təqsiri müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik normaları və işin halları ilə müəyyən olunur ki, iddiaçının hüquqları cavabdehlərin təqsirli hərəkətləri nəticəsində pozulmuş və iddiaçıya baş vermiş hadisə nəticəsində əmlakından məhrum olması ilə zərər dəymişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 194692,09 (yüz doxsan dörd min altı yüz doxsan iki manat doqquz qəpik) manat məbləğində maddi ziyan tutularaq iddiaçı Bakı Telefon Rabitəsi MMC-nin X4 Komitəsinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 484,69 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 194692,09 (yüz doxsan dörd min altı yüz doxsan iki manat doqquz qəpik) manat məbləğində maddi ziyanın və 484,69 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar