Məhkəmə qərarları › İş №2(007)-2/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştrakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin tutulması, tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin tutulması, tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15.12.2010-cu il tarixli, 2553 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetiriİməməsinə görə Cavabdeh İddiaçı ASC xeyrinə 21614,43 (iyirmi bir min altı yüz on dörd) manat 43 qəpik əsas borc, 19903,24 (on doqquz min doqquz yüz üç manat 24 qəpik) faiz borcu, 22479,33 (iyirmi iki min dörd yüz yetmiş doqquz manat 33 qəpik) dəbbə pulu, cəmi 63997 (altmış üç min doqquz yüz doxsan yeddi) manat borcu habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və bank xidmət haqqının və 2 (iki) manat poçt xidmət haqqının tutulmasına, tutmanın ilk növbədə 21.11.2011-ci il tarixli, 2553 saylı ipoteka müqaviləsinə əsasən girov qoyulmuş və borclu Cavabdeh məxsus X4 Prado minik markalı, 2010-cu il buraxılışlı, ağ mirvari rəngli, JTEBX9FJ2BK036171 ban, ** KC *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə edilən vəsaitlə banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İıızibati-İqtisadi Məhkəməsinin 15.07.2012-ci il tarixli, 2 iqt(81)-2410/2012 saylı qətnaməsi ilə İddiaçı ASC-nin müflis elan edilməsi və İddiaçı ASC-yə ləğvedici qismində «X1 Company» MMC-nin təyin edilməsi qərara alınmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15.12.2010-cu il tarixli, 2553 kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə, illik 26 faiz dərəcəsi olmaqla, 25000 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15.12.2010-cu il tarixli, 2553 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Toyota T.and Cruiscr Prado minik markalı, 2010-cu il buraxılışlı, Ağ mirvari rəngli, JTEBX9FJ2BK036171 ban, 90KC832 dövlət qeydiyyat nişanlı avtomobil 15.12.2010-cu il tarixli, 2553 saylı kredit müqaviləsinə əsasən götürülmüş kredit məbləğinin təminatı kimi girov qoyulmuşdur. Cavabdeh bu günədək sözügedən kreditin əsas məbləğindən 3385.57 (üç min üç yüz səksən beş) manat 57 qəpik, faiz məbləğindən 2054.92 (iki min əlli dörd) manat 92 qəpik, cəmi 5440.49 (beş min dörd yüz qırx) manat 49 qəpik məbləğində qismən ödəniş edərək kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir. Dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Bank tərəfindən Cavabdeh müraciətlər edilmiş, lakin Cavabdeh verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Bunun nəticəsi olaraq Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə 29.10.2014-cü il tarixinə 21614.43 (iyirmi bir min altı yüz on dörd) manat 43 qəpik əsas borc, 19903.24 (on doqquz min doqquz yüz üç) manat 24qəpik faiz borcu, 22479.33 (iyirmi iki min dörd yüz yetmiş doqquz) manat 33 qəpik dəbbə pul, cəmi 63997 (altmış üç min doqquz yüz doxsan yeddi) manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 15.12.2010-cu il tarixli, 2553 saylı ipoteka müqaviləsinin 4.1-ci bəndinə əsasən girovla təmin edilmiş öhdəliyin mahiyyəti «İpoteka saxlayanda «Borc alan» arasında bağlanmış 15.12.2010-cu il tarixli, 2553 saylı kredit müqaviləsinə əsasən verilən kreditin və kredit faizlərinin qaytarılmasından ibarətdir. Həmçinin qeyd edir ki, İddiaçı ASC tərəfindən Cavabdeh «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələbinə əsasən tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildiriş təqdim olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq maliyyə arayışını, cavabdeh tərəfindən imzalanan sənədləri, ərizə blankını məhkəməyə təqdim edə bildiklərini, kredit müqaviləsinin əslinin tapılmadığını, cavabdeh tərəfindən ödəniş edildikdən sonra 21614,43 manat əsas borc qaldığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.07.2012-ci il tarixli, 2 iqt(81)-2410/2012 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, İddiaçı ASCnin müflis elan edilməsi və İddiaçı ASC-yə ləğvedici qismində «X1 Company» MMC-nin təyin edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.09.2012-ci il tarixli, 2 iqt(81)-2410/2012 saylı qərardadından görünür ki, İddiaçı ASC-nin ləğvedici «X1 Company» MMC Əmanətlərin Sığortalanması Fondu əvəz edilmişdir. - İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 15.12.2010-cu il tarixli, 2553 kredit müqaviləsinə əsasən, 24 ay müddətinə, illik 26 faiz dərəcəsi olmaqla, 25000 manat məbləğində kredit verilmiş, alınmış kreditdən bu günədək kreditin əsas məbləğindən 3385,57 manat, faiz məbləğindən 2054,92 manat, cəmi 5440,49 manat məbləğində ödəniş edilmiş, 29.10.2014-cü il tarixinə Cavabdeh oğlunun banka əsas borc üzrə 21614,43 manat, 19903,24 manat faiz borcu, 22479,33 manat dəbbə pulu, cəmi 63997 manat borc mövcuddur. - İddiaçı ASC ilə ipoteka qoyan borcalan Cavabdeh arasında bağlanmış 15.12.2010-cu il tarixli, 2553 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan özünə məxsus olan X4 Prado minik markalı, 2010-cu il buraxılışlı, ağ mirvari rəngli, JTEBX9FJ2BK036171 ban, ** KC *** dövlət nömrə nişanlı avtomobili (ipotka predmeti 32000 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə ozünün yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. - İddiaçı ASC-nin 11.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21614,43 manat əsas borc, 9428,71 maant məbləğində faiz borcu, 1607,8 manat cərimə borcu, əldən çıxmış faydaya görə 9855 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 42505,94 manat borcu vardır. - 15.12.2010-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 24230 manat məbləğində vəsait Cavabdeh tərəfindən alınmışdır. - “X3 Mərkəzi” MMC-nin 28.09.2021-ci il tarixli rəyindən görünür ki, ipoteka predmeti olan avtomobilin qiymətləndirilməsi aparılmış, X4 Prado minik markalı, ** KC *** dövlət nömrə nişanlı avtomobilin hazırkı bazar qiyməti təqribən 40.700,0 manat, likvid dəyəri 36.000,0 manat müəyyən edilmişdir. - Büdcə təsnifatının 142211 kodlu qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında İddiaçı ASC bankla borc alan Cavabdeh arasında bağlanmış 15.12.2010-cu il tarixli, 2553 saylı kredit müqaviləsinə əsasən cavabdeh, 24 ay müddətinə, illik 26 faiz dərəcəsi olmaqla, 25000 manat məbləğində kredit götürmüş, həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürülməsi, həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh X4 Prado minik markalı, ** KC *** dövlət nömrə nişanlı avtomobili kredit müqaviləsi üzrə ozünün yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoyması bildirilsə də sözügedən kredit müqaviləsinin əsli məhkəməyə təqdim edilməmiş, lakin məhkəməyə təqdim edilmiş kassa məxaric orderinə əsasən, isə 24230 manat məbləğində vəsaitin Cavabdeh tərəfindən bankdan götürməsi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan 21614.43 manat və dövlət rüsumuna görə 30 manat vəsait Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 439.4-cü maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək qeyd edir ki, İddiaçı ASC ilə borc alan Cavabdeh arasında 15.12.2010-cu il tarixli, 2553 saylı kredit müqaviləsinin bağlanması bildirilsə də, məhkəməyə həmin kredit müqaviləsi təqdim edilmədiyi üçün məhkəmə hazırki mübahisəyə kredit müqaviləsi üzrə mübahisə kimi yanaşmır. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan 15.12.2010-cu il tarixli kassa məxaric orderi ilə 24230 manat məbləğində vəsaitin Cavabdeh tərəfindən alındığı, İddiaçı ASC hesabına əsassız varlandığı öz təsdiqini tapmışdır. Lakin, Cavabdeh həmin məbləği özündə saxlamaqla bankın hesabına 21614,43 manat məbləğində əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21614,43 manat vəsait və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Cavabdeh əmlakı qiymətləndirilməsi ilə bağlı 200 manat xərc məbləği tutularaq "X3 Mərkəzi” MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 21614,43 manat vəsait və dövlət rüsumuna görə 30 manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Əmlakı qiymətləndirilməsi ilə bağlı 200 manat xərc məbləği Cavabdeh tutularaq "X3 Mərkəzi” MMC-yə (Hesablaşma hesabı: “Paşa Bank" ASC, filial kodu: 505141, VÖEN: 160417051, H\H AZ5PAHA40060AZNHCO100281636 SWİFT BİK:PAHAAZ22, müxbir hesab AZ82NABZ********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bak Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar