Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-200/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh2 və onun nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “alqı-satqı müqaviləsində dəyişiklik edilməsi, çıxarışın ləğv olunması, mülkiyyət hüququnun tanınması, paylara uyğun olaraq çıxarışın verilməsi, əşyaların ona məxsus olması və onların üzərində sərəncam verilməsi hüququnun tanınması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “alqı-satqı müqaviləsində dəyişiklik edilməsi, çıxarışın ləğv olunması, mülkiyyət hüququnun tanınması, paylara uyğun olaraq çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 alıcı X5 ilə bağladığı AN-İ ******* nömrəli, 29.06.2021-ci il tarixli “Daşınmaz əmlakın alqı satqı” müqaviləsində dəyişiklik edərək, ********** nömrəli, 01.07.2021-ci il tarixli çıxarış ləğv olunması, alqı-satqı predmeti olmuş ünvan 1 ünvanında yerləşən əmlak üzrə faktiki ödədiyi pulun mütənasibliyinə uyğun olaraq əmlakın ¾ hissəsinə onun mülkiyyət hüququnun, ¼ hissəsinə isə Cavabdeh2 mülkiyyət hüququnun tanınması, müəyyənləşdirilmiş paylarına uyğun olaraq yeni çıxarışın verilməsi, ödədiyi 30 manat dövlət rüsmunun əvəzinin Cavabdeh2 tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1964-cü ildə Naxçıvan MR-nin Culfa şəhərində anadan olmuşdur. Yetkinlik yaşına qədər orada yaşamış, sonra isə özünə hərbi iş seçərək, hərbi qulluğa daxil olmuşdur. Xidmət illəri ərzində keçmiş SSRİ dövründə müxtəlif qaynar nöqtələrdə xidmət etmişdir, daha sonra isə 1991-ci ildə vətən müstəqillik qazandıqdan sonra Milli Orduda hərbi xidmətini davam etmişdir. Beləliklə də, polkovnikleytenant rütbəsinə qədər xidmət etmişdir. Hərbi xidmətdə olduğu zaman vətənə sadiq olmağı, vətənin keşiyində durmağı özünə borc bilmiş və səmimi olmaq onun həyat tərzinə çevrilmişdir. Uzun illər ərzində yalnız vətəninin, vətəndaşların keşiyində durmuşdur. Bir neçə ildir ki, o, ordudan təxris olunmuş və hazırda hərbi təqaüddədir. Qeyd etmək istəyir ki, o, 2 dəfə nikahda olmuşdur. Birinci nikahı 1989-cu ildə bağlanılmış, lakin həmin nikahı uğurlu olmamış və o məcbur olaraq nikahı pozaraq, 2-ci dəfə 2003-cü ildə yenidən ailə qurmuşdur. Lakin bir qədər vaxtdan sonra bu nikahı da pozulmuşdur. Bu nikahlarından 2 övladı var. Uzun illərdir ki, o tək qalırdı. Bu tənhalık onu üzürdü, ona görə də düşünmüşdür ki, özünə güvənə biləcəyi bir halal, saf insan tapsın və ömrünün sonuna qədər onunla bir yerdə olsun. Onun bütün yaxın qohum-əqrabası Naxçıvanın Culfa şəhərində yaşayır, özünün də, pasport qeydiyyatı orada idi (anasının yaşadığı ünvan - Naxçıvan MR, ünvan 3 əlaqədar ara-sıra ora gedirdi. Bununla əlaqədar olaraq 2020-ci ilin dekabr ayında evlə təmin olunmamış hərbçilərə verilən illik kirayə haqqının alınması ilə əlaqədar o, Culfa şəhərinin Bələdiyyəsinə getmişdir. Cavabdeh2 orada mühasib vəzifəsində çalışırdı. Əvvəllər də onu orada görmüşdür, amma yaxından tanımırdı. Onun haqqında tanıdığı qohumdan məlumat almış və ona məlum olmuşdur ki, adı Səriyyədir, subaydır. Bir neçə il öncə nikahda olmuş, ancaq nikahı uğursuz olmuş və nikahdan olan 2 yetkinlik yaşına çatmayan (9 və 17 yaşlı qızları) övladı da var. Həmçinin məlum olmuşdur ki, onun keçmiş həyat yoldaşı sonradan ailəsi ilə (yəni, öz anası ilə birgə) Türkiyə Cümhuriyyətinə köçmüşdür. Daha sonra onunla ciddi münasibətlərin qurulması məqsədilə onun qohumların vasitəsilə cavabdehə bunun haqqında xəbər göndərmişdir. Nəticədə, onun telefon nömrəsi verilmiş və o, cavabdehlə əlaqə saxlayaraq söhbət etməyə başlamışdır. Bir neçə gündən sonra onunla görüşmüşlər və münasibətləri yaranmışdır. Daha sonra gələcək ailə münasibətləri quracaqları haqqında danışıqlar aparırmışlar. Bütün bunları nəzərə alaraq ümid etmişdir ki, cavabdeh də onun kimi uğursuz nikahda olmuş, onun kimi tənhadır və yaşlarında fərq olsa da, ailələri möhkəm olacaqdır. Nəticədə, günlərin birində bacısı X12 MR-nin, Culfa şəhərində Səriyyənin yaşadığı evə getmiş, onun üçün elçilik etmişdir. Orada elçilikləri müsbət qəbul olunmuş və hətta cavabdehin barmağına üzük taxılmışdır. Daha sonra, onlar nikahlarının bağlanılmasına hazırlıq işlərinə başlamışlar. O, bu anları çox böyük xoşbəxtlik ilə yaşayırmış, elə hesab edirmiş ki, uzun illərdi ki, yaşadığı tənhalığının sonu gəlmişdir. Ancaq əfsuslar olsun ki, bu belə olmamış və nəinki, tənhalığının sonu gəlməmiş, hətta axırınıcı var dövləti aldatma yolu ilə ələ keçirilərək onun səmimiliyindən, saflığından vicdansızcasına sui-istifadə olunaraq əlindən alınmışdır. Cavabdeh2 ilə tanış olduğu gündən cavabdeh ona məxsus olan “Kapital Bank” (bank kartının nömrəsi: 51030714xxxx7250) plastik kartının şəkilini “whatsap”la göndərmiş və onun maddi sıxıntıları olduğundan dəfələrlə ondan maddi yardım istəmişdir. O da cavabdehə inanaraq 2021-ci ilin yanvar ayının sonlarında 200 manat, 100 manat fevral ayının əvvəlində, daha sonra 350 manat, 2 dəfə 50 manat kartına pul köçürmüşdür və nəhayət fevralın 28-i Culfa şəhərində (onun Almaz adlı xalasıgilin həyatində) əlbəəl pul vəsaiti vermişdir. Daha sonra iyunun 6-sı 500 manat, təyyarə bileti almaq üçün iyunun təqribən 20-si 100 manat (iyunun 29-u o, Bakıya gəlmişdir), iyulun təqribən 12-si cavabdehin uşaqları ilə birlikdə Bakıya gəlmələri üçün yenə də təyyarə bileti alınması məqsədilə 150 manat pulu həmin karta köçürtmüşdür. Ümumiyyətlə, aralarında gələcək ailə həyatları barədə apardıqları müzakilər nəticəsində cavabdeh ondan öyrənmişdir ki, Bakıda rəsmiyyətdə adına mənzil olmasa da, vaxtilə 2019-cu il tarixində ünvan 4 ünvanında 1 otaqlı mənzili bacısı Zeynalova (Mustafayeva) Nəzakət Məmməd qızının adına almışdır. Bu mənzili bacının adına ona görə rəsmiləşdirmişdir ki, uzun müddət tək qalırdı və müxtəlif təhlükəli insanların dələduzluğunun qurbanına çevrilə bilərdi. Ona görə də, həmin evi öz puluna alsa da, rəsmiyyətdə bacının adına almışdır. Amma helə qorxduğu başına gəlmişdir. Ona görə də, məhz cavabdeh təhrik edirmiş ki, həmin evi adına keçirsin. Belə də etmişdir. Bacısı Nəzakətlə danışaraq faktiki olaraq özünün mənzilini bağışlama yolu ilə 05.03.2021-ci il tarixində Bakı şəhəri 30 saylı Notariat Ofisində bağışlama müqaviləsinə əsasən mülkiyyətinə keçirilmişdir. Lakin bununla da cavabdeh sakitləşməmiş və öz məkirli planlarını sona qədər çatdırmaq məqsədi güdərək demişdir ki, onun 2 uşağı və onların özləri 2 nəfər olaraq 1 otaqlı mənzildə daimi yaşamaq üçün darısqaldır və həmin mənzilin satılmasını ondan tələb etmişdir. O, özünün gələcəkdə artıq onunla ömrünün sonuna qədər yaşayacağına inanaraq cavabdehlə razılaşmışdır. Həmin mənzili makler vasitəsilə ümumlikdə 07.06.2021-ci il tarixində 55500 manata sata bilmişdir. Amma tək qaldığına görə, təhlükəsizlik baxımından satışdan əldə etdiyi pulu alqı-satqı müqaviləsini bağladığı 50 saylı Notariat Ofisinin depozit hesabında 25.06.2021-ci il tarixinə qədər saxlamışdır. Bu ərəfədə 2 və ya 3 otaqlı mənzilin axtarışına başladı. Cavabdehlə aralarında olan danışıqlara əsasən mənzili alandan sonra, o övladları ilə birgə daimi yaşamaq üçün Bakıya köçəcəkdir. Bir neçə vaxtdan sonra makler vasitəsilə əvvəllər həmişə arzuladığı yerdən bir mənzil tapılmışdır. Həmin mənzil 2 otaqlı idi, satışa tam hazır və boş idi. Ancaq əldə edəcəyi mənzilin onun adına alınmasına cavabdeh qəti etiraz etmişdir və bununla əsaslandırmışdır ki, cavabdeh ondan gəncdir, ailələrinin gələcəyi üçün Naxçıvan MR-i həmişəlik tərk edəcəkdir. Eləcə də onun əvvəllər 2 dəfə evli olmağına əsas kimi gətirərək bildirmişdir ki, bir qədər ondan arxayın deyil, ona görə də onun cavabdehə qarşı olan münasibətinin səmimi olmasına inanmağı üçün əldə etdiyi ev üzrə bağlanılacaq alqı-satqı müqaviləsi bütövlüklə yalnız cavabdehin adına rəsmilləşdirilməsini ondan xahiş etmişdir. O da, həmin mənzilin Cavabdeh2 adına rəsmilləşdirilməsinə razılıq vermişdir. Alacaqları mənzilin ümumi dəyəri 76000 manata razılaşdırılmışdır. Alqı-satqıdan öncə o, 500 manat beh vermişdir. Nəticədə, onlar ikisi (yəni, cavabdeh Səriyyə ilə birgə) Bakı şəhəri 50 saylı Notariat Ofisinə gələrək, əvvəlcədən tədərük etdiyi 66400 manat pulu özü ilə gətirərək alqı-satqı müqaviləsinin bağlanılması proseduru başlanılmışdır. Qeyd etmək istəyir ki, mənzilin alınmasına cavabdeh az da olsa pul xərcləmişdir. Bildiyinə görə o, "xxxx" ASC-dən iyul ayında 6300 manat kreditə pul götürmüş (kreditə görə ilk ödənişi də 22.07.2021-ci il tarixində o, öz vəsaiti hesabına 225 manat pul ödəmişdir) və 4500 manat başqa şəxsdən götürmüşdür. Ümumlikdə, mənzilin alınmasına cavabdeh 10800 manat pul xərcləmişdir. Beləliklə də, açıq aşkar görünür ki, mənzilin alınmasına xərclənmiş pulun xeyli hissəsi onun tərəfindən ödənilmiş, lakin cüzi hissəsi isə cavabdeh tərəfindən verilmişdir. Ancaq buna baxmayaraq, mənzlin tam sahibi yalnız özü olmuşdur. Yuxarıda qeyd etdiyi kimi, mənzilin ümumi dəyəri 76000 manata danışılmış, amma ümumlikdə isə 77200 manat pul vəsaiti xərclənmişdir (500 manat notariat xərcləri, 700 manat isə maklerə xidmət haqqı ödəmişdir). O cümlədən, 75820 manat mənzilin sahibinə, mənzildə su qızdırıcısı “5 minutka” xarab olduğundan 100 manat, 52 manat istiliyə və 20 manat kommunal borca görə, ümumlikdə 180 manat çıxmışdır. Mənzil əldə olunduqdan sonra, onun əşyalar ilə təchiz olunmasını o, həyata keçirmişdir. Belə ki, satdığı 1 otaqlı mənzildə olan bütün ev əşyaları (hamam güzgüsü, yun döşəklər, yorğanlar, balışlar, qab-qaşıq, dəhliz üçün paltar asan dəsti, 4 göz pilitə (tezə), 3 ədəd xalça, Türkiyə istehsalı olan sarı rəngdə masa, 3 ədəd stul, “Samsung” markalı 82 sm ölçüdə olan plazma televizoru, 1 ədəd kreslo ağ rəngli, ağ rəngli divan, “Vestel” markalı soyuducu (tezə), “Vestel” markalı 7 kq (tezə) paltaryuyan maşın və s.) aldıqları mənzilə bötüvlüklə daşınılmışdır. Həmin əşyalar bu günə kimi də oradadır. Cavabdeh2 onu gələcəkdə münasibətlərinin möhkəm olacağına inandıraraq əldə etdikləri mənzilə daimi pasport qeydiyyatına düşməyinə razılıq vermişdir. Burada dəqiqləşdirmək istəyir ki, cavabdeh təklif etmişdir ki, nikaha yalnız alqısatqı müqaviləsindən sonra daxil olsunlar. Bu məqsədlə, ikisi tibbi müayinədən keçdikdən sonra Bakı 5 saylı ASAN xidmət mərkəzinə gedərək, orada birgə nikaha daxil olmaqları haqqında ərizə yazmışlar. X2ra 1 aydan sonra nikahlarının rəsmi qeydiyyata, yəni 23.08.2021-ci il tarixinə alınacağı haqqında arayış verilmişdir. Bundan sonra əldə etdikləri mənzildə bir neçə gün yaşasalar da, müəyyən səbəblərə görə müvəqqəti olaraq başqa yerə getmişdir. Lakin bir neçə vaxt sonra, cavabdehin həmin mənzilin yalnız onun olmasını, həmin evin gələcəkdə kirayə verəcəyini, onun bu mənzilə dair heç bir hüququ olmadığını ona söyləmişdir. Əvəzində isə o, cavabdehə həmin mənzilin, pulun 90 faizinin onun hesabına əldə olunduğunu xatırlatdıqda, cavabdeh ona cavab olaraq bildirmiş ki, əsas müqavilədir və o da yalnız onun adınadır. Bu sözlərdən sonra o elə bilmişdir ki, yəqin Cavabdeh2 bir az əsəbləşərəq bu sözləri ona söyləmiş və elə hesab etmişdir ki, bir neçə vaxt ayrı qalsalar münasibətləri yaxşılacaqdır. Çünki, ona qarşı olan gözəl münasibəti imkan vermirdi ki, cavabdehin onu aldatdığına inansın. Amma zaman göstərmişdir ki, o, yenə də səhv edirmiş, çünki nikaha daxil olmaqları üçün müəyyən olunmuş 1 ay keçdikdən sonra, yəni 23.08.2021-ci il tarixində cavabdeh 5 saylı Bakı ASAN xidmət Mərkəzinə gəlməmiş və o, orada təklikdə bir neçə saat gözlədikdən sonra anlamışdır ki, məhz cavabdehin ona qurduğu tələyə düşmüşdür. Ona zəng etməyə başlamış, lakin cavabdeh zəngələrinə cavab verməmişdir. Təbii ki, məhz bu səbəbdən də nikahları bağlanmamışdır. Yaranmış vəziyyət ASAN xidmət Mərkəzində qeydə alınmışdır. Onun ümid etdiyi həyatı, yaratmaq istədiyi ailəsi və halal pulu da puç olmuşdur. Pulu vicdansızlıqla əlindən alınmışdır. Bundan sonra o, cavabdehə qarşı ərizə ilə Nizami Rayon Polis İdarəsinin 24 PB-yə müraciət etmişdir. Lakin orada “Cinayət işinin başlanılmasının rədd olunması haqqında” qərar qəbul olunmuşdur. Qərarda göstərilmişdir ki, şikayət etdiyi məsələ mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən aldadılmağında dolaysı da olsa, digər cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinin təqsiri var. Çünki ən azı onun hüquqlarını da izah etməli idi. Mənzilin alqı-satqısı üçün xərclənən pulun təxmini 90% hissəsi tərəfindən ödənildiyindən, notariat ofisinin əməkdaşlarının gözlərinin qarşısında baş vermişdir. Ona izah oluna bilərdi ki, ödədiyi pulun müqabilində o da alıcı kimi qeydə alına bilərdi və həmin mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilərdi. Amma indi bu onun sadəlövhliyindən, eləcə də hüquqi savadsızlığından ona ciddi maddi və mənəvi ziyan vurulmuşdur. O, ömrünün demək olar ki, son hissəsində bütün var dövlətindən, pulundan, eləcə də rahat yaşamaq imkanından məhrum olunmuşdur. Bu da yolverilməzdir. Onun pozulmuş hüquqları bərpa olunmalı və faktiki xərclədiyi pulun müqabilində xərclədiyi pulun mütənasibliyinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququ tanınmalı və həmin mülkiyyət hüququ da məcburi qaydada dövlət qeydiyyatına alınmalıdır. Amma təbii öncə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydiyyatda düzəliş olunmalıdır. O, cavabdehə inanaraq, gələcəkdə bağlamalı olduqları nikah münasibətlərinə söykənərək cavabdehin bağladığı alqı-satqı müqaviləsində özünün ödədiyi pul vəsaitinin hissəsinə uyğun olaraq mülkiyyət hüququnun tanınmasını tələb etməmişdir. Amma zaman göstərmişdir ki, cavabdeh onun hüquqi savadsızlığından, sadəlövhliyindən sui-istifadə edərək onu aldatmağa müvəffəq olmuşdur. Ona görə başına gələn müsibətin nəticələrinin aradan qaldırmaq üçün, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcburdur. Hesab edir ki, onun iddia tələbləri əsaslıdır, qanunidir və ona görə də tam həcmdə təmin olunmalıdır. Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı tərəfindən ona qarşı irəli sürülmüş iddia tələbi əsassızdır. İlk olaraq qeyd edir ki, iddiaçının ona qarşı irəli sürdüyü iddia tələbi həqiqəti əks etdirmir. Belə ki, iddia ərizəsində qeyd edilən iddiaçının mübahisəli mənzildə mülkiyyət hüququnun olması, məhz bu səbəbdən guya onun mövcud olan payına uyğun çıxarışın verilməsi tələbi tamamilə yanlış və absurddur. Nəzərə çatdırmaq istəyir ki, iddia ərizəsində qeyd olunmuşdur ki, guya o, iddiaçının maddi vəziyyətindən istifadə edərək, onun maddi vəsaiti hesabına mübahisəli mənzili əldə etmişdir. Halbuki, həmin mənzil onun vəsaiti hesabına əldə olunmuşdur. O, uzun müddətdir ki, çalışır, öz ailə dolanışığını və maddi tələbatlarını öz hesabına ödəyir. Buna baxmayaraq, İddiaçı əsassız iddia irəli sürərək mübahisəli mənzilin onun hesabına alınmadığını iddia edir. Həmçinin, o, qanunvericiliyə müvafiq olaraq bütün tələblərə riayət edərək öz maddi vəsaiti hesabına daşınmaz əmlakı əldə etmiş, 2021-ci il tarixində 50 saylı Notariat ofisində rəsmi qaydada alqı-satqı müqaviləsi bağlamışdır. Sözü gedən alqı-satqı müqaviləsi əsasında da Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona çıxarış təqdim edilmişdir. Göründüyü kimi o, bütün qanuni tələblərə əməl etmiş, əgər qanun çərçivəsində addım atmasaydı nə Notariat Ofisi alqı-satqı müqaviləsini rəsmiləşdirər, nə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti onun mülkiyyət hüququnu təsdiq etməzdi. Onu da vurğulayır ki, o, mübahisəli əmlak olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 41,30 kv.metr olan 9 saylı mənzili yalnızca qardaşının köməyi nəticəndə əldə etmişdir. Tapdığı pul vəsaitinə əlavə olaraq qardaşı da həmin evin alınmasında köməklik etmişdir. Belə ki, onlar ev alacaqlarını planlaşdırsalar da, mənzilin alınması zamanı iddiaçı həmin məbləği toparlaya bilmədiyini və hazırda həmin evi ala bilməyəcəyini bildirmişdir. Onlar isə həmin evə artıq beh vermişlər. Buna görə də, qardaşı behin batmasını istəməmiş və mənzil üçün nəzərdə tutulmuş pul vəsaitinin 60000 (altmış min) manatını özü vermişdir. Məhz bu səbəbdən qardaşının yardımı ilə alınmış mənzili öz adına almışdır. Əgər iddiaçı öz hesabına almış olsaydı ümumiyyətlə, onun adına rəsmiləşdirilməsinə etiraz edərdi. Necə ki, qardaşının yardımı ilə və onun maddi vəsaiti hesabına alınmış mənzilin onun adına rəsmiləşdirilməsinə etiraz edərək onun adına rəsmiləşdirilməsini tələb etdiyi kimi qardaşı sözü gedən pul vəsaitini borc olaraq verdiyindən o, qardaşına həmin məbləği də geri qaytarmalı idi. Qardaşına olan borcunu o, ödəyəcəyi halda nə üçün cavabdehin adına rəsmiləşdirilməsinə icazə verməlidir? İddiaçı evini sataraq pulu ona verəcəyini, qardaşına olan borcunu ödəyicini desə də, evini satmamış, borcu da ödəməkdə maraqlı olmamışdır. O, yalnız bundan sonra, iddiaçının ona qarşı yalan danışdığını, ailə münasibətlərini qurmaq üçün dürüst olmadığını anladıqda isə münasibətlərini sonlandırmaq qərarına gəlmişdir. Onu da bildirir ki, iddiaçının evini satmağından xəbəri olmamışdır, iddia ərizəsini oxuduqdan sonra evin satıldığını bilmişdir. Bundan əlavə, iddiaçı iki dələ ailə həyatı qurmuşdur. Hər iki evliliyi uğursuzluqla nəticələndiyindən necə ola bilər ki, iddiaçı ona etibar edib öz hesabına aldığı mənzili onun adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Nəzərə alsa ki, iddiaçı uzun illər hərbi qulluqçu vəzifəsində çalışıb, onu belə bir məsələ ilə bağlı necə aldatmaq olar? İddiaçı iddia ərizəsində vurğulamışdır ki, o, qeydiyyat şöbəsinə müraciət etsə də, nikaha daxil olan zaman nikahı rəsmiləşdirilməsini istəməmişdir. Bundan başqa, iddiaçı öz həyat tarixçəsini iddia ərizəsində geniş işıqlandırsa da, onun mülkiyyətində olan mənzilin onun hesabına alındığını sübuta yetirə bilməmişdir. Bütün qeyd olunanlardan da aydın olduğu kimi mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq tətbiq edilməli olan normalar iddiaçının ona məxsus mübahisəli mənzildə mülkiyyət hüququnun olmamasına dələalət edir, onun irəli sürdüyü iddia tələbinin rədd olunmasını şərtləndirir. Məhz bu səbəblərdən İddiaçı tərəfindən ona qarşı irəli sürülmüş iddia tələbi tamamilə əsassızdır və qanun çərçivəsində yol verilməzdir. Odur ki, iddiaçının irəli sürdüyü iddia tələbinin heç bir hüquqi əsası olmadığından məhkəmə qaydasında iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən İddiaçı ona qarşı “alqı-satqı çıxarışının ləğv edilməsi, mülkiyyət hüququnun tanınması, paylara uyğun çıxarışın verilməsi” tələbinə dair iddiasının rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 11.10.2021-ci il tarixdə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək qeyd etmişdir ki, iddia icraata qəbul olunduqdan sonra o, iddianın təmin tədbiri haqqında ərizə vermişdir. Həmin ərizəyə əsasən, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın üzərinə həbs qoyularaq həm cavabdehə, həm də digər şəxslərə özgəninkiləşdirilməsi (ipoteka ilə yüklü edilməsi), eləcə də həmin mənzildə yerləşən və ona məxsus olan ev əşyaların və şəxsi geyim əşyalarının üzərinə həbs qoyularaq cavabdeh və digər şəxslər tərəfindən istifadəsi qadağan olunması haqqında qərardad qəbul olunmasını xahiş edərək əşyaların siyahısını məhkəməyə təqdim etmişdir. Lakin məhkəmənin 2(007)-3837/2021 nömrəli, 21.09.2021-ci il tarixli qərardadında ərizəsı qismən təmin olunmuş və yalnız mənzil üzərinə həbs qoyulmuşdur. Buna əsas kimi isə ev əşyaların və şəxsi geyim əşyalarının iddia predmetinin əsasını təşkil etmədiyi gətirilmişdir. Ancaq bu əşyalar onundur və xüsusən şəxsi geyim əşyalarının qış mövsümünə aid oduğundan, bu əşyalarsız yaxın 5 ay ərzində onun üçün keçinmək çətin olacaqdır. Çünki bütün qış geyim əşyaları həmin mənzildədir. İşə baxılıb-qurtarana qədər bütün əşyalarının orada qorunub-saxlanılması böyük şübhə altındadır. Nəzərə alsa ki, mənzil cavabdeh tərəfindən 3-cü şəxslərə kirayə verilmişdir. Ona görə də, iddia tələbiminin artırılmasına ehtiyac yaranmışdır və həmin əşyalar siyahıya alınaraq onların üzərinə həbs qoyulmalıdır. Qeyd edilənlərə əsasən Cavabdeh2, alıcı X5 ilə bağladığı AN-İ ******* nömrəli, 29.06.2021-ci il tarixli “Daşınmaz əmlakın alqı satqı” müqaviləsində dəyişiklik edərək, ********** nömrəli, 01.07.2021-ci il tarixli çıxarış ləğv olunması, alqı-satqı predmeti olmuş ünvan 1 ünvanında yerləşən əmlak üzrə faktiki ödədiyi pulun mütənasibliyinə uyğun olaraq əmlakın ¾ hissəsinə onun mülkiyyət hüququnun, ¼ hissəsinə isə Cavabdeh2 mülkiyyət hüququnun tanınması, müəyyənləşdirilmiş paylarına uyğun olaraq yeni çıxarışın verilməsi, ödədiyi 30 manat dövlət rüsmunun əvəzinin Cavabdeh2 tutularaq ona ödənilməsi, eləcə də Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 14, 9 saylı mənzildə yerləşən ev əşyaları və şəxsi geyimlərin ona məxsus olması və onların üzərində sərəncam vermə hüququmunun tanınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ev əşyalarının və şəxsi geyim əşyalarının siyahısı: “Vestel” markalı, 7 kq Paltaryuyan maşın (təzə); “Vestel” markalı, 2 kameralı, ağ rəngli soyuducu (təzə, hündürlüyü təxmini 2 metr); “Samsung” markalı 82 sm ekran ölçüsü olan qara rəngdə plazma televizor; 1 ədəd ağ rəngli qolları, üstün parçası qəhvəyi rəngli (açılıb-bağlanan) Türkiyə istehsalı divan; 1 ədəd ağ rəngli kreslo; 1 ədəd stol (masa) sarı rəngdə (Türkiyə istehsalı); 3 ədəd stul; 1 ədəd Dəhliz üçün paltarasan (prixojiy); 1 ədəd ağ rəngdə çarpayı üçün döşəkçə (matras) (ağ rəngdə), 1 ədəd 4 gözlü qaz pilitəsi (təzə); 3 ədəd Xalça; hamam üçün su qızdırıcısı (“5 minutka” kolonka) təzə; 1 ədəd yataq yun döşəyi; 2 ədəd yataq yun yorğanları; 1 ədəd hamam üçün böyük güzgü (təzə); 1 ədəd paltar üçün dolab; 3 ədəd yataq balışları; mətbəx üçün qab-qaşıq, 2 ədəd tava, 2 ədəd qazan, 10 ədəd tarelka, Türkiyə istehsalı, “layka” natural dəridən gödəkçə (qısa, açıq qəhvəyi rəngdə); Almaniya istehsalı, qəhvəyi rəngdə qış botinkası, 42 ölçü; Türkiyə istehsalı, qəhvəyi rəngdə botinka, 42 ölçü; Türkiyə istehsalı, qəhvəyi rəngdə ayaqqabı, 42 ölçü; qış üçün uzun, dizə kimi, mavi rəngdə “Adidas”gödəkçəsi; Türkiyə istehsalı 3 ədəd qış üçün qalın şalvar; qış üçün uzun, dizə kimi, mavi rəngdə gödəkçə (kurtka). Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia tələbinin həcminin artırılmasına dair ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bidirdi ki, cavabdeh planlı şəkildə fəaliyyət göstərmiş və onunla birlikdə qaldığı müddətdə onun telefonundakı cavabdehlə olan telefon danışıqlarımı silmişdir. Özünə məxsus evi 56000 manat satmışdır. Bundan sonra isə cavabdehin davranışı dəyişmişdir. Mübahisə predmeti olan evi 76000 manata almışdır. Bundan başqa, o, özü əsgərlik dövründən fotoşəkil çəkməyi xoşlayır. Məhkəməyə təqdim etdiyi fotoşəkilləri də təsadüfən çəkmişdir. O, 05 iyun 2021-ci ildən 22 iyuna kimi evdə tək qalmışdır. O, evin alınması üçün qalan məbləği kredit götürərək düzəldəcəkdir. Cavabdeh bildirmişdir ki, kredit götürüb pulun qalan məbləğini özü düzəldəcəkdir. Lakin götürülən kredit məbləğinin ödənişlərini cavabdeh yox, o etmişdir. Mübahisə predmeti olan evdən özü çıxıb getmişdir. O, həmçinin maklerə 500 manat pul vermişdir. 29 iyun 2021-ci il tairxdə ev alqı-satqısında pullar onda olmuş və kassaya pulları özü vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia tələbinin həcminin artırılmasına dair ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bidirdi ki, iddiaçının mübahisə predmeti olan evdə əşyaları var. Məhkəməyə təqdim etdikləri şəkillərdə də həmin əşyaları görmək mümkündür. Lakin əşyaların evdən nə vaxt çıxarılması ilə bağlı məlumat yoxdur. Bundan başqa, hesab edir ki, iddiaçının mübahisə predmeti olan evdəki əşyalarını qonşulara aparmışlar. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı onu işlədiyi yerdə görmüş, sonradan ona elçilik etmiş və onunla evlənmək istədiyini bildirmişdir. Belə ki, iddiaçı öz ağsaqqallarını götürüb gəlmiş və ona ev alacağını, uşaqlarına baxacağını və hətta onun üçün xidmətçi tutacağını da bildirmişdir. O da iddiaçıya inanmışdır. İddiaçı onun anasına bildirmişdir ki, anasını tanıyır və onunla paralel sinifdə oxumuşdur. Anası isə iddiaçını xatırlamadığını bildirmişdir. İddiaçı onu 29 iyunda 2021-ci il tarixində aeroportdan gəlib götürmüşdür. Bundan başqa, iddiaçı özü nikaha daxil olmağı istəməmişdir. Belə ki, iddiaçı ona SMS göndərib bildirmişdir ki, o, Zaqatalaya gedir. Sonradan onu təhdid etməyə başlamışdır ki, evi 50 %-i o ödəsin. Onu Bakıya gətirərək el içində rüsvay etmişdir. İddiaçı özü evi tapıb alacağını boynuna götürmüşdür. O, Bakıya 15000 manat pul ilə gəlmişdir. Evin alınması üçün qalan 60000 manat pulu Neftçilər metrosu yaxınlığında qardaşından almışdır. İddiaçının pulunun olmamasını Bakıya gəlməmişdən bir-iki gün qabaq bilmişdir. Naxçıvandan gətirdiyi pulların bir hissəsi manat, bir hissəsi isə dollarla imiş. O, bankdan pulu ev almaq üçün götürmüşdür. Bankdan götürdüyü pulu iddiaçı ödəməli idi. Lakin, iddiaçı bir aylıq ödənişi, yəni 225 manat pulu ödədikdən sonra heç bir ödəniş etməmişdir. Qalan ödənişləri o etmişdir. O, notariusa iddiaçıyla birlikdə getmiş, 75000 manat pulu notariusun kassasına ödəmişdir. Bu zaman pul onda olmuşdur. İddiaçı özü evi tapmış və behi də özü maklerə vermişdir. MKİS-ə ödənişi və evin çıxarışı üçün pulu da özü ödəmişdir. Bakını yaxşı tanımadığı üçün notariat ofisinin dəqiq olaraq harada yerləşdiyini deyə bilmir. X28 ərazisində yerləşən notariat ofisinə getmişlər. İddiaçı öz əşyalarını yeni aldığı evə gətirib, sonra da əşyalarını yığaraq özü ilə aparmışdır. İddiaçı evdə paltaryuyan, soyuducu, divan, kreslo, stol-stul, yorğandöşək, hətta hamamın güzgüsünü belə çıxardıb aparmışdır. Bundan əlavə, iddiaçının evdə onun şəkillərini çəkməsindən, səsini yazmasından xəbəri olmamışdır. O, Bakıya böyük qızı ilə birlikdə gəlmişdir. Bundan sonra iddiaçının ona qarşı olan münasibəti dəyişmişdir. Qızını istəmədiyini, böyük qızını yox, balaca qızını Bakıya gətirməsini ona bildirmişdir. İddiaçı ilə telefon, “whatsapp” yazışmaları, səs yazıları olmuş və cəmi bir dəfə də onunla görüşmüşdür. İddiaçıdan ayrıldıqdan sonra onunla olan bütün yazışmalarını silmiş, mobil nömrəsini qıraraq, yeni nömrə alımışdır. “Whatsapp” yazışmalarında evlə bağlı onu bildirmişdir ki, evin həyət evi olması məsləhətlidir, onunla evlənənməmişdən öncə evi alacaqdır. Ev onun adına ona görə alınacaqdır ki, iddiaçı o biri həyat yoldaşları kimi onu tərk etməyəcəkdir. X1 Bakıda, Naxçıvanda evləri və obyektləri var. Evlərinin hər birinin çıxarışları var. Qardaşının nömrəsi telefonundadır, lakin həmin nömrəni verməyə onun ixtiyarı yoxdur. 29 iyun 2021-ci il tarixdə Bakıya gəldiyi vaxt onu aeroportdan iddiaçı götürmüş və birlikdə iddiaçının evinə getmişdir. O, iddiaçı ilə birlikdə notariat ofisinə getmiş, orada o, iddiaçı və alıcı var idi. Notariat ofisində kassaya iddiaçı ilə birlikdə yaxınlaşmışlar. İddiaçı ona demişdir ki, qardaşından utanır və onun özünün qardaşından pulu almağını istədi. Qardaşından məhkəməyə göstərdiyi torbada pulu almışdır. Naxçıvandan gətirdiyi pulun bir hissəsi dollarla olduğu üçün iddiaçı həmin pulları gedib manata çevirmişdir. Məhkəmə iclas zalında dinlənilən səslər ona məxsusdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X8 iddia tələbini qəbul etməyib etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisə predmeti olan evə baxış keçirilmiş və iddiaçının bildirdiyi əşyalar mübahisəli evdə yoxdur. Evə baxış keçirildiyi zaman ütü, yorğan-döşək, matras döşək, qazan dəsti və boşqablar var idi və həmin əşyaların iddiaçıya məxsus olması ilə bağlı hər hansı bir sübut yoxdur. Bundan başqa, cavabdeh ailə həyatı qurub Bakıda yeni aldıqları evdə yaşmalı və iddiaçı öz evini satıb həmin pula yeni evi almalı idi. Hazırda mübahisə predmeti olan evdə cavabdehin qardaşı yaşayır. Evə baxış keçirildiyi zaman paltarlar yuyulub sərilmişdir və bu da həmin evdə yaşayış olduğunu göstərir. Evi tapmaq öhdəliyi iddiaçının üzərində idi. Evin alınması ilə bağlı ödənilən məbləğə dair sənədləri məhkəməyə təqdim etmişdir. Cavabdeh Naxçıvan MR-dən Bakıya gəldiyi zaman cavabdehə məlum olmuşdur ki, evin alınması üçün pul çatmır. Cavabdeh notariat ofisində pulu çantasından çıxararaq vermiş və ofisə də onlar birlikdə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X22 ifadə verərək göstərmişdir ki, o, iddiaçını 3-4 ildir ki, tanıyır və “makler” kimi fəaliyyət göstərir. İddiaçı ona bildirmişdir ki, daş materialdan tikilmiş ev axtarır. O da iddiaçıya iki otaqlı ev göstərmişdir. Evin qiyməti 80000 manata idi. İddiaçı həmin evə iki nəfərlə birlikdə gəlib baxmış, bu zaman iddiaçı həmin şəxslərin onun ustaları olduğunu və evə baxmaq istədiklərini bildirmişdir. Bundan sonra evi 76000 manata almağa razılaşdılar. İddiaçı 500 manat beh vermiş, əvvəlki evini isə 56000 manata satmışdır. Evi almaq üçün pulun bir hissəsi əskik idi. İddiaçı söz verdiyi müddətdə qalan pulu da gətirdi, o, notariat ofisinə bir qadınla gəlmişdir. Kassaya iddiaçının özü yaxınlaşmış, evi almaq üçün verəcəyi pulu ona göstərməmişdir. Alqı-satqı müqaviləsinə 300 manat ödəmişdir. Yeni alınan evdə əşya yox idi, cəmi bir kalonka var idi, mənzil satıldığı vaxt boş idi. Kommunal xərcləri satıcı özü ödəyir. Alqı-satqı iyul ayında ayında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X23 ifadə verərək göstərmişdir ki, onun iddiaçı ilə uzun müddətdir ki, dostluq münasibətləri var. O, makler kimi fəaliyyət göstərir. İddiaçı bir neçə müddət idi ki, ev axtarırdı. İddiaçı Naxçıvanski küəsi, ev 21-də iki evə baxmış, qiymətlə razılaşmadığına görə evlərdən heç birini ala bilməmişdir. Belə ki, iddiaçı Bakı şəhəri, Nizami rayonunda yerləşən Kapital Bank yaxınlığında, təxminən 75000-80000 manat aralığında olan evlərə baxmışdır. O, iddiaçının sonuncu dəfə aldığı evin alınmasında və Neftçilər metrosunun yaxınlığında, Nəsimi küçəsində yerləşən evin satılmasında iştirak etmişdir. İddiaçı evini satıb iki otaqlı ev almalı idi. İddiaçı əvvəllər ailəli olmuş və iki övladı var. İddiaçının evləndiyindən bu hadisələrdən sonradan xəbəri olmuşdur. Evdə divan kreslo, paltaryuyan, soyuducu var idi. Paltaryuyanın ölçüsü bir metrdən çox idi. İddiaçı evi əşyasız almışdır. Əvvəlki evini satdığı zaman pul notariusun depozitində qalmışdır. İddiaçı həmin pulu yeni evini aldıqdan iki-üç gün əvvəl götürmüşdür. İddiaçı evi 2021-ci ilin may ayından sonra 76000 manata almışdır. Evin otaqları evə daxil olduqda sağ və sol hissələrdə yerləşirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X24 ifadə verərək göstərmişdir ki, onun iddiaçı ilə uzun müddətdir ki, dostluq münasibətləri var. O, özü usta kimi fəaliyyət göstərir. Neftçilər metrosunun yaxınlığında yerləşən ev bir otaqlı idi. O, həmin evi və iddiaçının yeni aldığı iki otaqlı evi də təmir etmişdir. Yeni aldığı ev orta-təmirli ev idi. Otaqlar ayrı-ayrı tərəflərdə yerləşirdi. Evdə kalonka yox idi, “pyatiminutka” quraşdırmışdır. Əşyaların götürülməsi ilə bağlı məlumatı yoxdur. İddiaçının Neftçilər metrosunun yaxınlığında yerləşən evinə əşyaları 2000-ci il tarixdə köçürmüşdür. İddiaçının yeni evi iki otaqlı ev idi, binanın 4-cü mərtəbəsində yerləşirdi, evdə divan sağda yerləşirdi, televizor şkaf olan divarla üzbəüz vurulmuşdu. “Pyatiminutka” yeni, qaz piltəsi isə köhnə idi. Digər cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq pnların nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, işə digər cavabdehin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməldir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hədiyyə verən X9 ilə hədiyyə alan İddiaçı arasında 03.03.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X9 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 29,81 kv.metdən ibarət olan mənzilini İddiaçı bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 29,81 kv.metdən ibarət olan mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** №-si ilə 05.03.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - AN-İ № ******* saylı 07.06.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 29,81 kv.metdən ibarət olan mənzilini X6 55500 manata satılmışdır. - AN-İ № ******* saylı 29.06.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 41,30 kv.metdən ibarət olan mənzilini Cavabdeh2 75000 manata satılmışdır. - 29.06.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 tərəfindən 75000 manat məbləğində pul Bakı şəhəri 50 saylı Notariat şöbəsinin hesabına köçürülmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 41,30 kv.metdən ibarət olan mənzil Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** №-si ilə 01.07.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri Nizami RPİİ-nin 24-cü PŞ-nin 21.08.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı Azərbaycan Respublikası MPM-nin 24-cü maddəsinə əsasən mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. - "xxxx" ASC ilə İddiaçı arasında 12.07.2021-ci il tarixdə bağlanmış 106808-189936/1 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı illik 20 faizlə 18 ay müddətinə 3700 manat məbləğində kredit verilmişdir. - "xxxx" ASC-nin 19.01.2022-ci il tarixli 177 saylı arayışından görünür ki, İddiaçı X14 tərəfindən “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsi ilə onun adına göndərilmiş 850 USD məbləğində vəsaiti əldə etmişdir. - "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.06.2021-ci il tarixli ******* saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh2 illik 17 faizlə 36 ay müddətinə 6300 manat məbləğində kredit verilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin MTT(007)-35/2021 saylı 28.12.2021-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 14, 9 saylı mənzildə yerləşən “Vestel” markalı 7 kq paltaryuyan maşın (təzə); “Vestel” markalı, 2 kameralı ağ rəngli soyuducu (təzə, hündürlüyü təxmini 2 metr); “Samsung” markalı, 82 sm ekran ölçüsü olan qara rəngli plazma televizoru; 1 ədəd ağ rəngli qolları, üstün parçası qəhvəyi rəngli (açılıb-bağlanan) Türkiyə istehsalı divan; 1 ədəd ağ rəngli kreslo; 1 ədəd stol (masa) sarı rəngli (Türkiyə istehsalı); 3 ədəd stul; 1 ədəd dəhliz üçün paltarasan (prixojiy); 1 ədəd ağ rəngdə çarpayı üçün döşəkçə (matras), (ağ rəngdə); 1 ədəd dörd gözlü qaz pilitəsi (təzə); 3 ədəd xalça; hamam üçün su qızdırıcısı (“5 minutka” kolonka); 1 ədəd yataq yun döşəyi; 2 ədəd yataq yun yorğanları; 1 ədəd hamam üçün böyük güzgü (təzə); 1 ədəd paltar üçün dolab; 3 ədəd yataq balışları; mətbəx üçün qab-qaşıq, 2 ədəd tava, 2 ədəd qazan, 10 ədəd tarelka (boşqab); Türkiyə istehsalı, “layka” natural dəridən gödəkçə (qısa, açıq qəhvəyi rəngdə); Almaniya istehsalı, qəhvəyi rəngdə qış botinkası, 42 ölçü; Türkiyə istehsalı, qəhvəyi rəngdə botinka, 42 ölçü; Türkiyə istehsalı, qəhvəyi rəngdə ayaqqabı, 42 ölçü; Qış üçün uzun, dizə kimi, mavi rəngdə “Adidas” gödəkçəsi; Türkiyə istehsalı, 3 ədəd qış üçün qalın şalvar; qış üçün uzun, dizə kimi, mavi rəngdə “Adidas” gödəkçəsi; Türkiyə istehsalı, 3 ədəd qış üçün qalın şalvar; qış üçün uzun, dizə kimi, mavi rəngdə gödəkçə (kurtka) olmaqla, ev əşyalarının və şəxsi geyim əşyalarının üzərinə həbs qoyulmuş, həmin əşyalardan istifadə edilməsi Cavabdeh2 və digər şəxslərə qadağan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin MTT(007)-35/2021 saylı 28.12.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar tərtib edilmiş 19.01.2022-ci il tarixli Aktdan görünür ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov, tələbkar İddiaçı, onun nümayəndəsi Vəkil, cavabdeh tərəfin nümayəndəsi X10, hal şahidləri X11 və X16 ünvan 7 ünvanında olmuşlar. İcra zamanı icra sənədində adları göstərilən aşağıda qeyd edilən əşyalar baxış zamanı aşkar edilmişdir: Bir ədəd dörd gözlü qaz pilitəsi, bir ədəd ağ rəngdə çarpayı üçün döşəkçə, hamam üçün su qızdırıcısı, bir ədəd yataq yun döşək, bir ədəd yataq balışı, mətbəx üçün qab-qaşıq, 2 ədəd tava, 1 ədəd qazan, 10 ədəd tarelka. İcra sənədində göstəriən digər əşyalar mənizlə baxış zamanı aşkar olunmamışdır. - "xxxx" MMC-nin 08.02.2022-ci il tarixli QM-05 saylı “ev əşyalarının və şəxsi geyim əşyalarının dəyərinin müəyyən edilməsi” barədə Hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 14 ünvaında yerləşən 9 saylı mənzildəki ev əşyalarının və şəxsi geyim əşyalarının birgə dəyəri 4580 manat təşkil edir. - Məhkəməyə İddiaçı tərəfindən fotoşəkillər təqdim edilmişdir. - Məhkəməyə İddiaçı tərəfindən disklər təqdim edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh2 ilə X5 arasında 29 iyun 2021-ci il tarixdə daşınmaz əmlakın alqı-satqısı barəsində müqavilə bağlanmış və həmin müqaviləyə əsasən satıcı X5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi, 41.3 kv.m, yaşayış sahəsi 27 kv.m olan iki otaqlı mənzili Cavabdeh2 mülkiyyətinə verməyi, sonuncu isə 75000 manatı ödəməyi öz öhdələrinə götürmüşlər. Müqavilə icra edilərək həmin mənzilə cavabdehin mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ 01.07.2021-ci il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı hazırkı tələbində həmin mənzilin alqı-satqı müqaviləsində dəyişiklik edilməsi, cavabdehin adına verilmiş 01.07.2021-ci il tarixli çıxarışın ləğv edilməsini, həmin mənzil üzrə ödədiyi pula mütənasib olaraq mənzilin ¾ hissəsinə onun, ¼ hissəsəsinə isə cavabdehin mülkiyyət hüququnun tanınmasını, paylara uyğun olaraq yeni çıxarışın verilməsini və həmin evdə yerləşən ev əşyaları və şəxsi geyimlərin ona məxsus olmasını və həmin əmlaklar üzərində sərəncam vermək hüququnun tanınmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin “mənzilin alqı-satqı müqaviləsində dəyişiklik edilməsi, cavabdehin adına verilmiş 01.07.2021-ci il tarixli çıxarışın ləğv edilməsi, həmin mənzil üzrə ödədiyi pula mütənasib olaraq mənzilin ¾ hissəsinə onun, ¼ hissəsəsinə isə cavabdehin mülkiyyət hüququnun tanınması, paylara uyğun olaraq yeni çıxarışın verilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, hər hansı bir iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddia tələbinin mübahisəli mənzilə mülkiyyət hüququnun tanınması hissəsində iddiaçının məhkəməyə bildirdiyi faktiki hallara əsasən iddia tələbinə uyğun gələn qanuni əsas mövcud deyildir. Belə ki, iddiaçının tələbinin faktiki əsası ondan ibarətdir ki, mübahisəli mənzilin alınmasında o da pul vermişdir. Ona görə müqavilə dəyişdirilərək mənzilə onun da mülkiyyət hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə ilk növbədə qeyd qeyd edir ki, iddiaçı dəyişdirilməsini tələb etdiyi müqavilənin tərəfi deyildir. Belə ki, mübahisələndirilən müqavilə üzrə satıcı X5, alıcı isə Cavabdeh2 olmuşdur. İstinad edilən normadan göründüyü kimi, müqavilənin dəyişdirilməsi tərəflərin razılaşması ilə, bu mümkün olmadıqda isə tərəflərdən birinin tələbi ilə məhkəmə qətnaməsi ilə mümkündür. İddiaçı isə mübahisə mənzilin alqı-satqısına dair müqavilənin tərəfi deyildir. Ona görə də, İddiaçı hazırki tələbi irəli sürməkdə subyektiv hüquqa malik olmamışdır. Məhkəmə iddia tələbinin mübahisəli mənzilin alqı-satqısı zamanı ödənilən pula mütənasib olaraq mənzildə iddiaçının mülkiyyət hüquqnun tanınması və bu barədə çıxarışın verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 213-cü maddəsinə uyğun həll edilə bilər. Mülki Məcəlləyə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (213.1, 213.2 və 213.3). Mülki Məcəllədə ümumi mülkiyyətin iki növü müəyyən edilmişdir: Birgə mülkiyyət və paylı mülkiyyət. Birgə mülkiyyətin yaranması üçün qanunvericlikdə bu hal nəzərdə tutulmalıdır (maddə 213.3). Buna misal olaraq ər-arvadın birgə mülkiyyəti, ailə kəndli təsərrüfatının yaranması və s. Hazırkı mübahisədə birgə mülkiyyətin yaranması üçün qanunverilikdə nəzərdə tutulmuş hər hansı hal müəyyən edilməmişdir. Paylı mülkiyyətin yaranması ilə bağlı məhkəmə qeyd edir ki, istinad edilən normalardan göründüyü kimi, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsub olur. İddiaçı hesab edir ki, mübahisəli mənzilin alınmasında o da pul verdiyindən mənzildə onun da payı vardır. Cavabdeh isə iddia tələbinə mübahisələndirilən hissədə etiraz edərək bildirir ki, mənzilin alınması üçün pulun bir hissəsini o özü ilə Naxçıvan Muxtar Respublikasından Bakıya gələrkən gətirmiş, digər hissəsini isə qardaşından almışdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Hazırda mübahisələndirilən mənzilin alqı-satqı müqaviləsi Cavabdeh2 ilə X5 arasında bağlanmış, müqavilənin tərəfləri həmin şəxslər olmuş, satıcı X5 mülkiyyətində olan mənzili alıcı cavabdehin mülkiyyətinə vermiş, cavabdeh mənzili tam mülkiyyət hüququ üzrə əldə etmişdir. Göründüyü kimi iddiaçının bu hissədə də iddia tələbinin faktiki əsası ilə irəli sürdüyü hallar iddiaçının tələbinin qanuni əsasının dispoziya şərtləri ilə uzlaşmır. Qeyd etmək lazımdır ki, iddiaçının mübahisəli mənzilin alınması zamanı pulun ödənilməsində iştirak etməsi halı sübut ediləcəyi təqdirdə həmin hal başqa bir iddia tələbinin əsasını təşkil edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin mübahisəli mənzillə bağlı iddiaçının bildirdiyi faktiki hallara uyğun gələn iddia tələbinin qanuni əsası olmadığından mübahisələndirilən hissələrdə əlavə araşdırılma aparılmadan tələb rədd edilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin çıxarışın ləğv edilməsi və yeni çıxarışın verilməsi hissələri də yuxarıda mübahisələndirilən tələblərdən törəyən tələb olduğundan qeyd edilən hissələrdə də iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “alqı-satqı müqaviləsində dəyişiklik edilməsi, çıxarışın ləğv olunması, mülkiyyət hüququnun tanınması, paylara uyğun olaraq çıxarışın verilməsi” hissələrində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “mübahisəli evdə yerləşən ev əşyaları və şəxsi geyimlərin ona məxsus olması və həmin əmlaklar üzərində sərəncam vermək hüququnun tanınması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia edir ki, iddia ərizəsində göstərdiyi əşyaları mübahisəli mənzilə aparmışdır, mənzil isə cavabdeh tərəfindən başqa şəxslərə kirayəyə verilmişdir. Bu səbəbdən də, həmin əmlakların ona məxsus olması və sərəncam vermə hüququ tanınmalıdır. Cavabdeh isə iddia tələbini mübahisələndirilən hissədə qəbul etməyərək bildirir ki, iddiaçı həmin əşyaları mübahisəli evə gətirmiş, lakin sonradan aparmışdır. Hazırda həmin əşyalar mübahisəli mənzildə deyil. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya məxsus iddia ərizəsində göstərilən ev əşyaları və şəxsi geyim əşyaları hissəsində qismən təmin edilməlidir. Belə ki, bu hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.5-ci maddəsi təşkil edir. Həmin normaya görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Belə ki, cavabdeh məhkəmədə izahat verərək iddia tələbində göstərilən əşyaların mübahisəli mənzilə gətirildiyini, lakin sonradan iddiaçı tərəfindən aparıldığını bildirmişdir. Həmçinin, iddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və müraciəti əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin MTT(007)- 35/2021 saylı 28.12.2021-ci il tarixli qərardadı ilə ünvan 8 ünvanında yerləşən əşyalarının üzərinə həbs qoyulmuş və özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru məhkəmə qərarının icrası məqsədi ilə həmin ünvanda yerləşən mənzilə baxış keçirmiş və 19.01.2022-ci il tarixli akt tərtib etmişdir. Həmin aktda icra sənədində göstərilən əşyalardan 1 ədəd dörd gözlü qaz pilitəsi, bir ədəd ağ rəngdə çarpayı üçün döşəkçə, hamam üçün su qızdırıcısı, bir ədəd yataq yun döşək, bir ədəd yataq balışı, mətbəx üçün qab-qaşıq, 2 ədəd tava, 1 ədəd qazan, 10 ədəd tarelka – adlı əşyaların adı çəkilən ünvanda aşkar edildiyi və saxlanc üçün borclunun nümayəndəsi və vəkili X4 təhvil verilməsi halı öz əksini tapmışdır. Beləliklə, iddianın predmeti olan əşyalardan qeyd edilənlərin cavabdehin sahibliyində olması onun nümayəndəsi və vəkilinin də imzaladığı aktla təsdiqlənmişdir. Hazırda cavabdeh mübahisələndirilən əşyaların iddiaçıya məxsus olmasını qəbul etmiş, lakin həmin əmlakların iddiaçı tərəfindən aparıldığını vurğulamışdır. Bu baxımdan, məhkəmə bildirir ki, 19.01.2021-ci il tarixli aktda göstərilən əşyalar İddiaçı fərdi mülkiyyəti hesab edilir. Qeyd edilməlidir ki, iddaçı iddia tələbində göstərilən digər əşyaların mübahisəli mənzildə, cavabdehin sahibliyində olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən müxtəlif əşyaların fotoşəkilləri təqdim edilsə də, həmin şəkillərin nə vaxt və harada çəkilməsini müəyyən etmək mümkün olmamış, sadəcə şəkillərin üzərində əl yazısı ilə qeydlər edilmişdir. Həmçinin, məhkəməyə sübut kimi qiymətləndirilməsi üçün iddia ərizəsində göstərmiş əşyaların qiymətləndirilməsinə dair "xxxx" MMC-nin 08.02.2022-ci il tarixli QM-05 saylı hesabat təqdim etmişdir. Lakin qeyd edilən hesabatın tərtib edilməsi zamanı mübahisəli mənzilə baxış keçirilməsi halı müəyyən edilməmiş, hesabat tərtib edilərkən yalnız iddiaçının iddia ərizəsində göstərilən məlumatlar əsas götürülmüş, hesabatda qeyd edilən əşyaların həqiqətən mövcud olması və ya mübahisəli mənzildə olması öz təsdiqini tapmır. Beləliklə də, iddiaçı yuxarıda qeyd edilən aktdakı əşyalardan başqa digər əşyaların mövcudluğuna və mübahisəli mənzildə olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, iddiaçı bu hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. MPM-in: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələbinin əsası kimi mübahisələndirilən hissədə istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Məhkəmə, tələbin iddiaçının əşyalar üzərində sərəncam vermə hüququnun tanınması ilə bağlı aşağıdakıları qeyd edir. MM-in: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Belə ki, mübahisəli əmlakların bir hissəsinin iddiaçıya məxsus olması müəyyən edildiyindən iddiaçı mülkiyyətində olan əşyaların hüquqi müqəddəratını təyin etmək, yəni onların üzərində istədiyi kimi sərəncam vermək hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi mübahisələndirilən hissədə qismən təmin edilərək 1 ədəd ağ rəngdə çarpayı üçün döşəkçə (matras), 1 ədəd 4 gözlü qaz pilitəsi (təzə); hamam üçün su qızdırıcısı (“5 minutka” kolonka) təzə; 1 ədəd yataq yun döşəyi; 1 ədəd yataq balışı, mətbəx üçün qab-qaşıq, 2 ədəd tava, 1 ədəd qazan, 10 ədəd tarelka – adlı əşyaların İddiaçı məxsus olması və həmin əşyalar üzərində iddiaçının sərəncam vermə hüququ tanınmalıdır. Məhkəmə həmçinin qeyd edir, iddiaçı iddia ərizəsində əşyaların adını özünə məlum olan adlarla təsvir etdiyindən həmin əşyaların adları ərizədə göstərilən qaydada ifadə edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1 ədəd ağ rəngdə çarpayı üçün döşəkçə (matras), 1 ədəd 4 gözlü qaz pilitəsi (təzə); hamam üçün su qızdırıcısı (“5 minutka” kolonka) təzə; 1 ədəd yataq yun döşəyi; 1 ədəd yataq balışı, mətbəx üçün qabqaşıq, 2 ədəd tava, 1 ədəd qazan, 10 ədəd tarelka – adlı əşyaların İddiaçı məxsus olması və həmin əşyalar üzərində iddiaçının sərəncam vermə hüququ tanınmalı, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 31 (otuz bir) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1 ədəd ağ rəngdə çarpayı üçün döşəkçə (matras), 1 ədəd 4 gözlü qaz pilitəsi (təzə); hamam üçün su qızdırıcısı (“5 minutka” kolonka) - təzə; 1 ədəd yataq yun döşəyi; 1 ədəd yataq balışı, mətbəx üçün qab-qaşıq, 2 ədəd tava, 1 ədəd qazan, 10 ədəd tarelka – adlı əşyaların İddiaçı məxsus olması və həmin əşyalar üzərində iddiaçının sərəncam vermək hüququ tanınsın. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 31 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-200/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-200/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver