Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2008/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçı cavabdeh "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM : İddiaçı cavabdeh "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən aidiyyət qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Kommersiya qurumlarının dövlət reyestri məlumatından, o cümlədən “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, hüquqi şəxs "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X1 ev 177-dir. Göründüyü kimi, iddiaçı hüquqi şəxsin ünvanı üzrə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, cavabdehin ünvanını “Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 181” kimi qeyd etməklə və bu barədə sübutu ərizəsinə əlavə etmədən, aidiyyət qaydalarına əməl etməməklə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının ərizəsində qeyd etdiyi “Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 181” ünvanı hüquqi şəxs "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin deyil, Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qeydə alındığı hüquqi ünvandır. Bundan başqa, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 13713 nömrəli qəbzdən (qəbz nömrəsi: 13713, tarix: xx.xx.2024-cü il, saat: 12:08, FİN:xxxxxxx, Əməliyyat İD: 475367944, GPP qəbz nömrəsi:**********) görünür ki, İddiaçı ərizə ilə məhkəmə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından, həmin ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı cavabdeh "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair ərizənin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 manat (qəbz nömrəsi: 13713, tarix: xx.xx.2024-cü il, saat: 12:08, FİN:xxxxxxx, Əməliyyat İD: 475367944, GPP qəbz nömrəsi:**********) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə, yəni Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsində icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2008/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2008/2024
24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver