Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-201/2022 05.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Mirzəyevin sədrliyi, Ramil Firdun oğlu Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər X2 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin artırılması barədə ərizə vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanan 10.12.2018cı il tarixli, BPM**********61 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 38 ay müddətinə illik 22% dərəcəsi ilə hesablanmaqla 10000 manat məbləğində kredit verilib. Kredit müqaviləsinə əsasən borclu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri, gecikmə zamanı hesablanan cərimə məbləğlərini və “Bank”ın xidmət şərtləri və tariflərindən irəli gələn digər xidmət haqlarını qaytarmağı öz öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh2 arasında 10.12.2018-ci il tarixli, BPM**********61 saylı zaminlik müqaviləsi imzalanıb. Zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyin icra etməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanan kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilib ki, borcalan müqavilə ilə müəyyən edilən müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin cavabdehlər müqavilə üzrə verilən vəsaiti və ona hesablanan faizləri tam və vaxtında ödəməyib. Qeyd olunanlara əsasən X1 və Cavabdeh2 10.12.2018-cı il tarixli, BPM**********61 saylı kredit müqaviləsi üzrə 5854.54 manat əsas borc, 2032.12 manat faiz borcu olmaqla cəmi 7886.66 manat borcun, 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdehlər X3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsalar da məhkəməyə gəlməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanan 10.12.2018-cı il tarixli, BPM**********61 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 38 ay müddətinə illik 22% dərəcəsi ilə hesablanmaqla 10000 manat məbləğində kredit verilib. "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh2 arasında bağlanan 10.12.2018-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 həmin kredit müqaviləsinin ödənilməsinin təminatçısı kimi öz üzərinə zaminlik öhdəlikləri götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 24 dekabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 10.12.2018-cı il tarixli, BPM**********61 saylı kredit müqaviləsi üzrə 31 avqust 2021-ci il tarixinə 5854.14 əsas,1470.79 manat faiz borcu vardır.Həmin borc 10.02.2022-ci il tarixli maliyyə arayışına uyğun hesablanmışdır. 08.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki,cavabdehin banka 5854.54 manat əsas borc,2032.12 manat faiz borcu olmaqla cəmi 7886.66 manat borcu qalmışdır. 34.08.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. Ödəniş tapşırığından görünür ki,məhkəmədə iddia qaldırmaq üçün iddiaçı 30 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında qanunla müəyyən olunmuş kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 38 ay müddətinə illik 22% dərəcəsi ilə hesablanmaqla 10000 manat məbləğində kredit verilmişdir.İddiaçı müqavilə öhdəliklərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti cavabdehə versə də, cavabdeh öz öhdəliklərini tam və layiqincə yerinə yetirməmişdir.Digər Cavabdeh2 isə üzərinə götürdüyü zaminlik öhdəliklərinə əməl etməmişdir. Hal-hazırda həmin müqavilə üzrə cavabdehin 5854.54 manat əsas borcu,2032.12 manat faiz borcu olmaqla cəmi 7886.66 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat X1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin olunsun. X1 və Cavabdeh2 10.12.2018-cı il tarixli, BPM**********61 saylı kredit müqaviləsi üzrə 5854.54 manat əsas borc, 2032.12 manat faiz borcu olmaqla cəmi 7886.66 manat borc, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat X1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-201/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-201/2022
05.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver