Məhkəmə qərarları › İş №2(007)-2034/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2034/2024

05.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2034/2024 05.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(007)-1588/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 30 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli 2(007)-987/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 30 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməsi, Cavabdeh, İddiaçı 30 dekabr 2015-ci il tarixdə doğulmuş X7 çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 60 (altmış) manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. X5 “ALFA Talassemiya” diaqnozu ilə Talassemiya mərkəzində müalicə olunur. Onun müalicəsinə davamlı olaraq xeyli miqdarda maddi vəsait tələb olunur. Uşağın müalicəsi ilə bağlı olan xərclərin tək onun üzərində qaldığına görə müayinə və dərmanların alınmasına tələb olunan xərcləri mütəmadi olaraq ödəyə bilmir. Bu səbəbdən də müalicənin effektivliyi aşağı düşür və bu da azyaşlı qızı Ayla Muradovanın səhhətinin getdikcə pisləşməsinə səbəb olur. Uşağın saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşağın tələbatlarını heç cürə ödəmir. Buna görə də, Cavabdeh tərəfindən ona 30 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşaq üçün 235 manat aliment və 200 manat əlavə müaliçə xərcinin, cəmi 435 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazla müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1588/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və 30 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli 2(007)-987/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 30 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilmiş, Cavabdeh, İddiaçı 30 dekabr 2015-ci il tarixdə doğulmuş X7 çəkilən əlavə xərclərə cəlb edilsin və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 60 (altmış) manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İddiaçı hal-hazırda iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək aliment məbləğinin artırılaraq, 235 manat və 200 manat əlavə müalicə xərcinin cəmi 435 manat məbləğində müəyyən edilməsini tələb edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, onun ailə vəziyyəti hal-hazırda həmin qət olunmuş 193 (yüz doxsan üç) manat alimenti və əlavə xərcə görə müəyyən edilmiş 60 (altmış) manatı ödəməyə imkan vermir. Belə ki, o, "xxxx" MMC-də əməliyyatçı mühasib vəzifəsində işləyir və aylıq əmək haqqı 550 manat təşkil edir. Bütün müvafiq xərclər çıxılandan sonra yekun olaraq aylıq 495.25 manat əmək haqqı alır. Əgər o İddiaçı halhazırda tələb etdiyi məbləği ödəsə nəticədə onun aylıq gəliri 60.25 manat düşmüş olacaqdır. O, 60.25 manatla 1 (bir) ay necə yaşasın??? Onun başqa gəlir və qazanc yeri yoxdur. Bundan əlavə də hal-hazırda sağlamlığında çox ciddi problemləri vardır demək olar ki, mütəmadi olaraq müayinə və müalicə alır. Xüsusilə qeyd etmək istəyir ki, İddiaçı 2020-ci ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq hər ay uşağa görə 250 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1625/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçıda qeyd olunan qətnamə ilə razılaşmış apellyasiya şikayəti verməmiş və qətnamədə qanuni qüvvəsini almışdır. Əlavə xərclərlə bağlı bildirmək istəyir ki, uşaq “Alfa talassemiya” diaqnozu ilə dispanser qeydiyyatda olsa da onun bütün müalicə və müayinə xərcləri eləcə də bütün növ analiz xərclərinin hamısı dövlət hesabına ödənişsiz həyata keçirilir. Məhkəmənin nəzərinə xüsusilə vacib bir halı çatdırmaq istəyir ki, o, Milli Hematologiya və Transfuziologiya Mərkəzinə müraciət etmişdir. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, övladı X8 xx.xx.2017-ci il tarixindən Mərkəzin Talassemiya bölməsində “Alfa talassemiya” diaqnozu ilə qeydiyyata alınmış və müvafiq dövlət proqramında nəzərdə tutulan tibbi yardımla təmin olunur. Əlavə olaraqda bildiriblər ki, Ayla Muradova xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində Mərkəzə müraciət edərək ödənişsiz həkim və laborator müayinələrindən keçmişdir. Açıq aydın görünür ki, iddia tam əsassız və qanunsuzdur uşağın heç bir əlavə xərcə ehtiyyacı yoxdur. Eyni ilə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə rəsmi sorğu verilmişdir. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Tədbirlər Proqramın”-da nəzərdə tutulan tibbi yardım ilə təmin olunur. Onu da bildirmək istəyir ki, özü də şəxsən Milli Hematologiya və Transfuziologiya Mərkəzində olmuş və şifahi formada bildiriblər ki, “Alfa talassemiya” diaqnozu ilə dispanser qeydiyyatda olan bütün xəstələrin müalicə və müayinə xərcləri eləcədə bütün növ analiz xərclərinin hamısı dövlət hesabına ödənişsiz həyata keçirilir. Açıq aydın görünür ki, İddiaçı məhkəməni aldadaraq uşağın heç bir əlavə xərcə ehtiyacı olmadığı halda əsassız olaraq ondan pul alır. Hesab edir ki, belə bir qanunsuzluq yol verilməzdir. Bu səbəblərdən də iddia ərizəsi təmin olunmamalıdır. Ən əsası da İddiaçı hal-hazırkı iddia ərizəsinə əlavə etdiyi 2024-cü il tarixli bütün analizlərdən ödənişsiz keçmişdir və işdə olan digər sənədlərin hamısı da 2022-ci ilə aiddir. Ən vacib halda odur ki, İddiaçı məhkəməyə təqdim etdiyi 123.60 manatlıq qəbzin sol tərəfində 2022-ci il qeyd olunsa da amma qəbzin sağ yuxarı hissəsində (məhkəməni aldatmaq niyyətilə) saxtakarlıq edərək 2022-ci il yazılmış tarixi 2ni 4 edərək ciddi qanun pozuntusuna yol vermişdir. Hesab edir ki, məhkəməni saxta sənədlə aldatmağa çalışan (İddiaçı) şəxsin barəsində xüsusi qərar çıxarılıb Baş Prokurorluğa göndərilməlidir. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qeyd olunan qəbzdə verilmiş bütün analizlərin hamısı ödənişsizdir. Ödənişsiz xəstəni ödənişli xəstə kimi qəbul edərək ondan hansısa məqsədlər üçün pul alan həkim Mireldar Babayevin barəsində Baş Prokurorluqda eləcə də Səhiyyə Nazirliyində xüsusi araşdırmalar aparılır. Ödənişsiz xəstədən necə ödəniş alınıbdır???? Bundan əlavə ailə qanunvericiliyinin tələblərinə əsasən uşaqların saxlanması təkcə atanın deyil, həm də ananın vəzifəsidir. İddiaçı öz iddia ərizəsində göstərir ki, yaşayış minimumu haqqında qanuna əsasən uşaqları saxlamaq üçün minimum hədd 235 manat müəyyən edilmişdir. Lakin bu hədd təkcə uşaqların atası üçün müəyyən edilməmişdir. Hesab edir ki, uşaqların saxlanması üçün müəyyən olunmuş minimum hədd ata və ana arasında bərabər şəkildə bölünməlidir. Əgər məhkəmə heç bir şey etməsə, o, başqa yollara əl atmalı olacaq. O, alimentin ödənilməsindən imtina etmir. Sadəcə olaraq xahiş edir ki, əsassız olaraq əlavə xərcə görə ondan 60 (altmış) manat ləğv olunsun. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, qızı talassemiya xəstəsidir, onun iki aydan bir analizləri olmalıdır. Talessemiya mərkəzi “dövlət fondu” olsa da, yalnız “kislota”nı təmin edir, qalan reseptləri isə özü öz hesabına qarşılayır. İddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəmənin dəftərxanası vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edib, etirazını müdafiə edib izahatında bildirmişdir ki, işin içərisində ödənişlə bağlı iki ədəd qəbz qoyulub. Qızı talassemiya xəstəsi kimi qeydiyyatdadır, xəstəxana özü bu xəstəlikdən əziyyət çəkənlərin müalicə və müayinə xərclərini özü ödəyir. Amma qızının adı ödənişli xəstələrin siyahısındadır. Sübut qismində təqdim etdiyi sənədlərdən də görünür ki, 2022-ci ilin analiz siyahısında qələmlə müdaxilə edilərək 2024-cü il formasında dəyişdirilmişdir. Talassemiya xəstəxanasına sorğu göndərmişdir, cavab gəlib ki, qızının analiz və müalicə xərclərini onlar ödəyir, dövlət hesabınadır. Dərman da daxil olmaqla hər şeyi dövlət təmin edir. Alimentə gəldikdə isə, vaxtı-vaxtında ödəyir. 2022-ci ildə qarşı tərəf 100 manat əlavə xərc istədi, lakin Ali Məhkəmədə qəbul edilmədi. O, şirkətdə əməliyyatçı işləyir, 550 manat maaş alır, amma karta 495 manat köçür. Subaydır, ali təhsillidir, iqtisadiyyat üzrə təhsil almışdır. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1588/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 30 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli 2(007)-987/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 30 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi, Cavabdeh, İddiaçı 30 dekabr 2015-ci il tarixdə doğulmuş X7 çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 60 (altmış) manat İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - AZ-İ seriyalı 299311 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 07 avqust 2018-ci il tarixdə 217 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına “Pirmətova” soyadı verilmişdir; - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(020)-1625/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X4 qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir; - Məhkəməyə xx.xx.2015-ci il təvəllüdlü X6 müayinə və müalicəsi zamanı çəkilmiş xərclərə dair qəbzlər təqdim edilmişdir. - MŞB/1/2024-00184 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı ilkin medasiya sessiyasında iştirak etmiş və 60 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə münasibətindən xx.xx.2015-ci il təvəllüdlü X10 doğulmuşdur. Tərəflər arasında olan nikah pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1588/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 30 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli 2(007)-987/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 30 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi, Cavabdeh, İddiaçı 30 dekabr 2015-ci il tarixdə doğulmuş X7 çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 60 (altmış) manat İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda ana xx.xx.2015-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, o cümlədən xəstəlikdən əziyyət çəkən uşağının müalicəsinə çəkdiyi xərcə görə cavabdehdən pul alınmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləği ilə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə münasibətindən doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Belə ki, uşağın saxlanılması üçün 2022-ci ildə hər ay 193 manat sabit pul məbləğində aliment məbləğinin tutulması müəyyən edildikdən sonra 2 il keçmişdir, bu müddətdə uşaq böyümüş, onun tələbatları artmışdır. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2022-ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməsi tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına əsasən Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qeyd edilənlərlə müəyyən olundu ki, azyaşlı X10 talassemiya xəstəliyi diaqnozu ilə qeydiyyatdadır, tibbi müəssisələrdə müayinə və müalicə olunmuşdur, hazırda da müayinə və müalicələri davam edir. Bütün müalicələrin pulunu iddiaçının özü ödəyir, cavabdeh buna görə iddiaçıya maddi kömək göstərmir ki, qeyd edilənlər cavabdehin çəkilən xərcləri ödəməsi barədə iddia tələbini əsaslı edir. Məhkəməyə uşağın xəstəliyi və müalicəsi ilə bağlı sənədlər təqdim edilmişdir. Məhkəmə cavabdehin etirazında və məhkəmə iclasında “qızının müalicə və müayinə xərclərinin dövlət tərəfindən qarşılanması” barədə göstərdiklərinə münasibətdə isə qeyd edir ki, cavabdehin etirazına əsas kimi istinad etdiyi hal- onun sorğusuna Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli cavabında irsi qan xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsinin qeyd olunduğu, lakin iddiaçının ondan əsassız olaraq həmin pul vəsaitini tələb etməsidir. İddiaçı isə yalnız övladının müayinəsinin dövlət hesabına qarşılandığını, bununla belə, müalicə xərclərini özünün qarşıladığını qeyd etmişdir. Məhkəmə tərəfindən sözügedən məqam aydınlaşdırılmış və iddiaçının müalicə xərclərini məhz özünün qarşılaması müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli dərmanlar üzrə reseptindən, xx.xx.2024-cü il tarixli pediatrın tövsiyə blankından və xx.xx.2024-cü il tarixli, 65391 nömrəli satış çekindən müəyyən olunur ki, xəstə Muradova Aylanın müalicəsi üçün bir sıra dərmanlar (vitaminlər) təyin edilmiş və iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə dərman preparatlarının alınmasına 141 manat pul vəsaiti ödənilmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, cavabdehin etirazında göstərdikləri iddia tələbinin həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını, eyni zamanda azyaşlı X2 xəstəlikdən əziyyət çəkməsini, onun mənafeyini, habelə işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, 200 manat məbləğində əlavə xərcin tutulması ilə bağlı iddia tələbi təmin edilərək, cavabdeh uşağa çəkilən əlavə xərclərə cəlb edilməli və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 200 manat iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1588/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, Cavabdeh, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X7 çəkilən əlavə xərclərə cəlb edilməli və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 200 manat İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 60 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödəməli olan dövlət rüsumundan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1588/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Cavabdeh, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X7 çəkilən əlavə xərclərə cəlb edilsin və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 200 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar