Məhkəmə qərarları › İş №2(007)-204/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-204/2025

03.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-204/2025 03.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qəsdən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq talama məqsədilə öz cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcədən planlaşdırıb internet sosial şəbəkəsində "Tik-Tok" tətbiqində «qızıl_satisi_kredit_ile» səhifəsi açaraq həmin səhifəyə mövcud olmayan qızılların fotoşəkillərini qoyduqdan sonra ona qızıl almaq üçün müraciət edən Göyçay şəhəri Z.Bünyadov küçəsi ev 49-da yaşayan İddiaçı mövcud olmayan qızıl-zinət əşyalarını ona satmaq adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib sonuncudan aldığı 400 manatı qaytarmaq adı ilə aldadaraq sonuncuya “ABB Mobile” proqramı vasitəsi ilə "Azərbaycan Beynəlxalq Bank” ASC-yə məxsus elektron məlumat daşıyıcısı hesab edilən 5167 5133 4171 2586 nömrəli kart məlumatlarını və məxfi şifrəni əldə edib elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə 27 may 2023-cü il tarixdə saat 17:36-da Şəki şəhərində istintaqa məlum olmayan ünvanda olan zaman həmin kartda olan 1369 manat 56 qəpik pulu və həmin gün saat 17:37-də "xxxx" ASC-yə məxsus elektron məlumat daşıyıcısı hesab olunan 4127 2211 2155 2121 nömrəli kartda olan 347 manat 41 qəpik pulu vahid niyyətlə elektron məlumat daşıyıcısı hesab olunan istintaqa məlum olmayan kart hesabına köçürülməklə gizli talayaraq ələ keçirib zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 1716 manat 97 qəpik məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Ağcabədi rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 1(017)-49/2024 saylı hökmünə əsasən cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh üzərində 3 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 22 iyun 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Cinayət işinə baxılarkən mülki iddia ilə məhkəməyə müraciət etməmiş və qeyd edilən hökmlə ona vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə mülki iddia vermək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələblərinə əsasən ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ var. Odur ki, göstərdiklərini nəzərə alaraq Cavabdeh 2116 manat məbləğində dəymiş ziyanın, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım almaq üçün vəkilə ödədiyi 100 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında videokonfrans vasitəsilə dindirilmiş Cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir, iddiaçıya 1700 manat məbləğində ziyan vurmuşdur və bu istintaq zamanı müəyyən edilmiş, hökmdə də öz əksini tapmışdır. Məhkəmə işdə iştirak etmiş şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixlli, 1(017)-49/2024 saylı hökmündə müəyyən olunur ki, təqsirləndirilən şəxs Cavabdeh qəsdən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq talama məqsədilə zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 1716 manat 97 qəpik məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 42 manat dövlət rüsumu ödəmişdir. -xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Göyçay Rayon Vəkil Bürosunun hesabına hüquqi yardım göstərilməsi üçün 100 manat məbləğində pul ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ağcabədi Rayon Məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Cavabdeh qəsdən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq talama məqsədilə zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 1716 manat 97 qəpik məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bununla da Cavabdeh İddiaçı 1716.97 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixlli, 1(017)-49/2024 saylı hökmü ilə zərərçəkmiş şəxs İddiaçı vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə mülki iddia vermək hüququ izah edilmişdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı əmlakını qanunsuz və əvəzsiz olaraq talayaraq sonuncuya 1716.97 manat ziyan vurmuşdur. Cavabdeh borcu qaytarmadığına görə iddiaçı pulun cavabdehdən alınıb, ona verilməsi ilə bağlı iddia qaldırmalı olmuşdur. Cavabdeh məhkəmə iclasında da 1716.97 manat borcunun olmasını etiraf etmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutların tədqiqi, eləcə də işin faktiki halları ilə iddia tələbinin əsaslı olması, cavabdehin məhkəmə iclasındakı izahatında iddiaçıya ümumilikdə 1716.97 manat məbləğində borcu olduğunu etiraf etməsi iddianın qismən təmin edilməsi üçün əsəsdır. Məhkəmə iddianın 2116 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğin yalnız 1716.97 manat hissəsi iş materiallarında olan sübutlarla, həmçinin məhkəmənin hökmü və cavabdehin etirafı ilə sübuta yetirildiyindən, iddia 1716.97 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1716.97 (min yeddi yüz on altı manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti alınıb, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı isə tələb etdiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş 100 manat pulun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1716.97 (min yeddi yüz on altı manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 100 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar