Məhkəmə qərarları › İş №2(007)-2061/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2061/2021

28.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2061/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsini, Cavabdeh 30.04.2007ci il təvəllüdlü X7, 21.10.2008-ci il təvəllüdlü X5 və 13.10.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər biri üçün ayrılıqda 175 manat, toplam 525 manat sabit aliment məbləğinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 20.09.2003-cü il tarixində Səadət Sarayında bağlanmış 2228 saylı aktla qeydiyyata alınmış nikahları Nizami rayon Məhkəməsinin iş № 2(007)-685/2019 saylı, 09.09.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahlarından doğulmuş 30.04.2007-ci il təvəllüdlü X7, 21.10.2008-ci il təvəllüdlü X5 və 13.10.2012-ci il təvəllüdlü X3 İddiaçı yanında saxlanılmış və hər üç uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün 100 manat, toplam 300 manat olmaqla aliment miqdarı müəyyən edilmişdir. Uşaqlar artıq yetkin, təhsili və yaşayış şəraiti böyük xərclər tələb etdiyindən Nizami rayon Məhkəməsinin qətnaməsi əsasında qət edilmiş hər üç uşaq üçün toplam 300 manat aliment məbləği uşaqların həyat təminatını tam şəkildə əhatə etmir. Bu səbəbdən hər üç uşağın saxlanılması üçün aliment məbləğinin artırılması və hər uşaq üçün sabit olaraq 2021-ci il üçün dövlət tərəfindən nəzərdə tutulmuş 175 manat sabit aliment məbləğinin verilməsi mütləq və zəruridir. İddiaçı bildirir ki, cavabdeh fərdi bizneslə məşğuldur. Hal-hazırda istifadəsində daimi gəlir əldə edən ərzaq mağazası fəaliyyət göstərir. Lakin özünü alimentin məbləğinin artırılmasından yayındırmaq məqsədi ilə işsiz vətəndaş kimi təqdim edir. Məhkəmə iclasında iddiaçı və onun vəkili və nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini xəstə olması ilə əlaqələndirmiş, bir öncəki məhkəmə iclasında bununla bağlı məhkəməyə teleqram göndərmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməməsini onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Həmçinin o bildirmişdir ki, qardaşına məxsus mağazada satıcı işləyir. Aliment təyin olunana vaxtdan əmək haqqında dəyişiklik olmamışdır. 250 manat əmək haqqı alır. İddiaçı və övladları onlarla yaşayır onların bütün kommunal haqqları da onun tərəfindən qarşılanır. Evini iddiaçıyla nikahda olarkən bankdan aldıqları, sonra qohumlarından aldığı borc hesabına kredit borcunu bağlamaqla təmir etdirmiş, hələdə qohumlarına borclu qalmışdır. Buna baxmayaraq birgə nikah dövründə alınmış borc olsa da, iddiaçıya qarşı bununla bağlı övladlarına görə iddia qaldırmamışdır. Həmçinin cavabdeh tərəfindən məhkəməyə iddia tələbinə dair yazılı etiraz təqdim edilərək etirazda bildirilmişdir ki, ailələri iddiaçının yüngül həyat tərzi keçirməsi ilə bağlı dağılmış, iddiaçı ailələri dağıldıqdan sonra övladlarının onunla görüşməsinə maneələr yaratmışdır. Hazırda iddiaçı və üç övladı da məhkəmə qətnaməsinə əsasən onun evində yaşayırlar. Məhkəmə qətnaməsinə əsasən uşaqlar üçün 300 manat aliment müəyyən edilsə də o həmişə övladlarına maddi və mənəvi köməklik göstərmişdir. O, hazırda yeni nikaha daxil olmuş, yeni nikahdan 01.12.2020-ci il tarixdə X4 adlı övladı olmuşdur. Yeni həyat yoldaşı uşağa qulluğa görə işləyə bilmir. İddiaçı özü də işləyir. Uşaqları saxlamaq onunla bərabər iddiaçının da vəzifəsidir. İddiaçı ilə birgə yaşadıqları dövrdə bankdan kredit götürmüşlər və əlavə faizlər hesablanmamasına görə qohumlarından borc götürərək həmin kredit borcunu da tək özü ödəmişdir. Qohumlarına olan borcunu isə hələ də ödəyib qurtara bilməmişdir. Hazırki halda ailənin bütün xərclərini qarşılamaq onun üçün çox çətindir. İddiaçı isə ona qarşı müxtəlif əsassız tələblərlə məhkəmələrə iddia və şikayətlər verməkdə davam edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, - AZ-İİ Seriyalı 025397 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 30.04.2007-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - AZ-İİ Seriyalı 320200 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 21.10.2008-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - AZ-İİ Seriyalı 086316 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 13.10.2012-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(007)- 685/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 20 sentyabr 2003-cü il tarixdə Səadət Sarayında bağlanmış 2228 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan olan 30.04.2007-ci il təvəllüdlü X7, 21.10.2008-ci il təvəllüdlü X5 və 13.10.2012-ci il təvəllüdlü X8 qızının anaları İddiaçı himayəsində qalmaları, 30.04.2007-ci il təvəllüdlü X7, 21.10.2008-ci il təvəllüdlü X5 və 13.10.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh oğlundan hər ay hər uşağa görə 100 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - AZ-İ seriyalı 365107 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16 iyul 2020-ci il tarixdə 168 nömrə ilə qeyd edilmişdir. - AZ-İV Seriyalı 576578 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07.12.2020-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X1r; - AZ-İİ Seriyalı 419205 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Kərimova (Quliyev) Aytəkin Rafael qızı 04.11.2020-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. - İş materialında olan 19.04.2021-ci il tarixli “Əmək müqaviləsinin bağlanılması ilə bağlı Əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, Cavabdeh satıcı vəzifəsində işləyir, aylıq əmək haqqı 250 manatdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahda olduqları müddətdə 30.04.2007-ci il tarixdə X7, 21.10.2008-ci il tarixdə X5 və 13.10.2012-ci il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 sentyabr 2019cu il tarixli qətnaməsinə əsasən, tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahdan olan 30.04.2007-ci il təvəllüdlü X7, 21.10.2008-ci il təvəllüdlü X5 və 13.10.2012ci il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılması, 30.04.2007-ci il təvəllüdlü X7, 21.10.2008-ci il təvəllüdlü X5 və 13.10.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Аzərbаycаn Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-cı il tarixli qərarında göstərilir ki, məhkəmə alimentin miqdarını müəyyən edərkən ilk növbədə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli qərarının 8.13-cü bəndinə görə alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2020-ci il tarixli Qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə qeyd edir ki, uşaqlar üçün yaşayış minimunun ölkə üzrə 2021-ci il üçün 175 manat müəyyən edilməsi, bir uşaq üçün ölkə üzrə həmin il üzrə minimal məbləği ehtiva etməklə alimentin sırf bu məbləğdə təyin edilməsini mənasına gəlmir. İddia tələbinin alimentin alınması hissədə tam təmin edilməsi məqsədəuyğun deyil. Belə ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 525 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Məhkəmə qeyd edir ki, alimentin müəyyən edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli qətnaməsi çıxarılan vaxtdan hazırki dövrədək tərəflərin maddi vəziyyətində alimentin dəyişdirilməsinə təsir edəcək kəskin dəyişiklik olmamış, 2019-cu il tarixdə 160 manat minimum dolanacaq təminatı artırılaraq 175 manat müəyyən olunmuşdur. Həmin dövr ərzində cavabdeh yeni nikaha daxil olmuş, yeni övladı dünyaya gəlmiş, onun maddi gəlirləri artmamış əksinə xərcləri artmışdır. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə , Cavabdeh 30.04.2007-ci il təvəllüdlü X7, 21.10.2008-ci il təvəllüdlü X5 və 13.10.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay hər uşağa görə 115 manat olmaqla, ümumilikdə 345 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30.04.2007-ci il təvəllüdlü X7, 21.10.2008-ci il təvəllüdlü X5 və 13.10.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(007)-685/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 30.04.2007-ci il təvəllüdlü X7, 21.10.2008-ci il təvəllüdlü X5 və 13.10.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 115 manat olmaqla ümumilikdə 345 (üç yüz qırx beş) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 30.04.2007-ci il təvəllüdlü X7, 21.10.2008-ci il təvəllüdlü X5 və 13.10.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(007)-685/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 30.04.2007-ci il təvəllüdlü X7, 21.10.2008-ci il təvəllüdlü X5 və 13.10.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 115 manat olmaqla ümumilikdə 345 (üç yüz qırx beş) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar