Məhkəmə qərarları › İş №2(007)-2076/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-2076/2021

27.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2076/2021 27.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı «Azəriqaz» İB-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Azəriqaz» İB Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27.08.2019-cu il tarixdə saat 00:25 radələrində Xudat-Nabran yolunun 12-ci km-də Xaçmaz rayonunun Seyidli kəndi ərazisində 1992-ci il təvəllüdlü Cavabdeh idarə etdiyi “Hyundai-130” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol nəqliyyat hadisəsi törədilmiş, nəticədə “Azəriqaz” X1 RQİİ-nin Xaçmaz xidmət sahəsinə 1944,51 manat məbləğində ziyan dəymişdir. Belə ki, yol nəqliyyat hadisəsi zamanı avtomobil Xaçmaz xidmət sahəsinin balansında olan d 108 mm-lik orta təzyiqli qaz xəttini və xəttin üzərində olan SQTM-400 m3/saat markalı qaz tənzimləyicisini vuraraq yararsız vəziyyətə salınmışdır. Hadisə nəticəsində saat 01:00-dək borudan qaz sızması baş vermişdir. Beləliklə, Xaçmaz xidmət sahəsinə qaz itkisinə görə 573,54 manat, borunun təmirinə görə 1270 manat, digər xərclərə görə 50 manat ziyan dəymişdir. Xaçmaz rayon Polis Şöbəsinin DYP bölməsi tərəfindən yol nəqliyyat hadisəsi ilə əlaqədar sənədləşmə aparılaraq sürücü Cavabdeh barəsində inzibati qaydada müvafiq tədbir görülmüşdür. Xaçmaz RQİİ-nin Xaçmaz XS-nə dəymiş zərərin müəyyən edilməsi üçün müvafiq qanunvericiliyə uyğun olaraq sənədlər tərtib edilmişdir. Dəymiş zərərin ödənilməsi üçün dəfələrlə cavabdehə yazılı qaydada xəbərdarlıq olunsa da bu günə kimi zərər ödənilməmişdir. Qeyd olunanları nəzərə alaraq Cavabdeh idarə etdiyi **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində Xaçmaz RQİİ-yə dəymiş ziyana görə 1944,51 manat maddi ziyanın və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddinın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı «Azəriqaz» İB-nin nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müracət edərək, cavabdehə qarşı iddia tələbinə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və cavabdeh məhkəməyə gəlmədiyi üçün işə qiyabi icraat qaydasında baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili X2 izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan TP ******* nömrəli 27.08.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh ona məxsus “Hyundai-130” minik markalı **-TC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 27.08.2019-cu il tarixdə saat 00:30 radələrində Xudat-Nabran yolunun 12-ci km ərazidə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozaraq inzibati xəta hadisəsi törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 16.09.2019-cu il tarixli aktdan görünür ki, Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət Sahəsinə ümumilikdə dəymiş ziyan 1944,51 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan 22.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, “Azəriqaz” İB tərəfindən Cavabdeh dəymiş ziyan məbləğinin 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin halları ilə müəyyən olundu ki, Cavabdeh özünə məxsus “Hyundai 130” minik markalı **-TC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 27.08.2019-cu il tarixdə saat 00:30 radələrində Xudat-Nabran yolunun 12-ci km ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozaraq inzibati xəta hadisəsi törətmişdir. Həmin şəxs barəsində Bakı şəhər DYPİ Polis İdarəsinin TP3194762 saylı 27.08.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. Həmin yol nəqliyyat hadisəsi nəticəsində Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət Sahəsinə 1944,51 manat ziyan dəymişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 1944,51 manat pul «Azəriqaz» İB-nin xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 1944,51 manat dəymiş ziyan və 30 manat ödənilmiş dövlət rüsumu «Azəriqaz» İstehsalat Birliyinin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar