Məhkəmə qərarları › İş №2(007)-2084/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2084/2022

21.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2084/2022 21.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi, kanalizasiya xətlərinin dəyişdirilməsi və təmir edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi, kanalizasiya xətlərinin dəyişdirilməsi və təmir edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 (min beş yüz) manat dəymiş maddi ziyanın, 35 (otuz beş) manat dövlət rüsumunun, ümumilikdə 1535 (min beş yüz otuz beş) manatın tutulması və ona ödənilməsi, mənzilə axıdılan suyun qarşısının alınması üçün su borularının dəyişdirilməsi, kanalizasiya xətlərinin dəyişdirilməsi və təmir edilməsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır və həmin qeydiyyat əsasında daşınmaz əmlak ona məxsusdur. Cavabdeh qonşu olmaqla, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 8, mənzil 41 saylı mənzilin sahibidir. Cavabdeh həmin mənzili Süleyman adlı maklerə tapşırmış, makler də mənzilə baxandan o, problemlərlə üzləşir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri və səhlənkarlığına görə yaşadığı mənzil sahəsi artıq uzun müddətdir ki, mütəmadi şəkildə suyla daşqın edilir. Cavabdeh özünə məxsus olan mənzilin şaxtasından yaşadığı sahə su ilə daşqın edilmiş və ona böyük məbləğdə maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı ustalar tərəfindən mənzilə ilkin baxış keçirilərək, mənzil sahəsinin yenidən qurma və bərpa işləri hazırkı vaxta qədər 1500 (min beş yüz) manat müəyyən edilmişdir. Hadisədən sonra cavabdehə onun mənzilinə ciddi ziyan dəydiyini bildirsə də, cavabdeh dəymiş ziyanın ödənilməsindən imtina edir. Buna görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Cavabdehin qanunsuz və səhlənkar hərəkətlərinə görə ona dəymiş maddi ziyan ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, ekspert rəyi ilə razıdır. Cavabdeh öz evini təmir etdirmişdir. Maddi ziyan ilə bağlı ekspert rəyində göstərilən məbləğ ilə razıdır. Onsuzda cavabdeh ekspert rəyində göstərilən məbləğdən artıq ödəniş etməyəcəkdir. O, maddi ziyanın birdəfəlik ödənilməsini istəyir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyatına alınmışdır; - Bakı şəhəri 28 saylı MKİS-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, K.Balakişiyev küçəsi, ev 8, mənzil 38-də İddiaçı mənzilində olmuşlar. Baxış zamanı məlum oldu ki, yuxarıda göstərilən ünvanında 41-ci mənzilinin sahibi Cavabdeh mənzilindən alt qonşu 38-ci mənzilinin sahibinə xeyli ziyanlar dəymişdir. Dəfələrlə xəbərdarlıq olunmalarına baxmayaraq, həmin mənzilə himayədarlıq edən makler kimi tanınan Süleyman adlı şəxs ziyan çəkən tərəfi aldadır. - Məhkəməyə ünvan 2 ünvanında yerləşən mənzilin fotoşəkilləri təqdim edilmişdir; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 07 oktyabr 2022-ci il tarixli 10/5479 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsindəki 8 nömrəli evin 38 saylı mənzilin divarlarında olan qüsarları, həmin qüsurların su sızmaya xarakterik olduğunu və həmçinin 28 saylı MKİS-in əməkdaşları tərəfindən 27 may 2022-ci il tarixdə tərtib edilmiş aktın məlumatların nəzərə alaraq, 38 mənzilə 41 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. Lakin 41 saylı mənzilin sanitar qovşağında baxış zamanı təmir işləri aparıldığını, su və kanalizasiya xətləri gizli şəkildə olduğundan (kafel altı) su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan 38 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 767 manat məbləğində müəyyən olunur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 8 saylı evin, 38 saylı mənzilinə həmin evin Cavabdeh məxsus olan 41 nömrəli mənzilindən su sızması baş vermiş, bunun nəticəsində iddiaçının mənzilinin konstruktiv elementlərinə maddi ziyan vurulmuşdur. Lakin cavabdeh həmin maddi ziyanı iddiaçıya ödəməmişdir. Ekspert tərəfindən keçirilən baxış zamanı Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 8 saylı evin, 38 saylı mənzilinə suyun yuxarı hissədə yerləşən 41 saylı mənzildən sızması, suyun sızmasının isə konkret səbəbinin müəyyən edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdehnın Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Bu zaman cavabdeh qonşuya əlavə təsirdən çəkinməmişdir. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçı X2 ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, İddiaçı məxsus mənzilə Cavabdeh məxsus mənzildən su sızmasının baş verməsi və bunun nəticəsində iddiaçının mənzilində qüsurlar yaranması və maddi ziyan dəyməsi tədqiq edilmiş digər iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiq olunur və sübuta yetirilir, maddi ziyanın yetirilməsi ilə bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. İddiaçı dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 1500 manat kimi göstərmiş, 07 oktyabr 2022ci il tarixli 10/5479 saylı ekspertiza rəyi ilə isə həmin məbləğ 767 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi maddi zərərə görə 767 manat pulun tutulmaqla qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin “mənzilə axıdılan suyun qarşısının alınması üçün su borularının dəyişdirilməsi, kanalizasiya xətlərinin dəyişdirilməsi və təmir edilməsinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, ekspert rəyi ilə, həmçinin iddiaçının vermiş olduğu izahatla müəyyən edilir ki, hazırda cavabdeh mənzilində təmir işlər aparılmış və yaranmış nasazlıqları aradan qaldırmışdır. Həmçinin, ekspert tərəfindən mənzilə baxış keçirilən zaman su sızmanın konkret səbəbinin aydınlaşdırılması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırda cavabdehin mənzilin təmir edilməsi və su sızma halını davam etməsinin müəyyən edilməməsi səbəbindən iddia tələbinin mübahisələndirilən hissədə təmin edilməsi zərurətini aradan qaldırmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “mənzilə axıdılan suyun qarşısının alınması üçün su borularının dəyişdirilməsi, kanalizasiya xətlərinin dəyişdirilməsi və təmir edilməsinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 767 manat maddi ziyan tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 35 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan 07 oktyabr 2022-ci il tarixli 10/5479 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumunun 17,10 manatı ona, dövlət rüsumunun 17,90 manatı cavabdehə aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatın 51,13 manatı Cavabdeh, 48,87 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 767 manat maddi ziyan tutularaq və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,90 manat pul İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan, ödənilmiş dövlət rüsumunun 17,10 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 51,13 Cavabdeh, 48,87 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar