Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2091/2020 30.07.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh Aftulla oğluna qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh Aftulla oğluna qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Aftulla oğlundan İddiaçı ASC-nin xeyrinə 18 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 448.88 AZN əsas borc, 226.78 AZN faiz borcu, 74.76 AZN cərimə borcu və kredit müqaviləsi üzrə 17.09.2018-ci il tarixdən 19.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 43.7 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 794.12 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Aftulla oğlu 18 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 1000 ABŞ dolları kredit götümüşdür. 17.11.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 561.26 USD Mərkəzi Bankın 17.11.2016 il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 956.33 AZN təşkil edir, kreditin müddəti 17.09.2018-ci il tarixədək uzadılmışdır Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il may 19-dək Cavabdeh Aftulla oğlunun banks 18 iyun 2015-ci il tarixli kıedit müqaviləsi üzrə 448.88 AZN əsas borc, 226.78 AZN faiz borcu və 74.76 A7N cərimə olmaqla ümumilikdə cəmi 750.42 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş "xxxx" İKB ASC ilə Cavabdeh Aftulla oğlu arasında bağlanmış 18 iyun 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Vəkilov Rüfət Zaur oğluna 24 ay müddətində, illik 26 faiz ödəmək şərti ilə 1000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Aftulla oğlu isə müəyyən olunmuş müddət ərzində kreditin borcunun müqavilənin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" İKB ASC ilə Cavabdeh Aftulla oğlu arasında bağlanmış 17 noyabr 2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 561.26 USD Mərkəzi Bankın 17.11.2016 il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 956.33 AZN müəyyən edilmiş, kreditin müddəti 17.09.2018-ci il tarixədək uzadılmışdır. İşə əlavə olunmuş İddiaçı ASC-nin 19 may 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Aftulla oğlunun 448.88 AZN əsas borcu, 226.78 AZN faiz borcu, 74.76 AZN cərimə borcu, əldən çıxmış fayda 43.7 AZN olmaqla, cəmi 794.12 AZN borcu vardır. İşə əlavə olunmuş 01 iyul 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 18 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti borcunu ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı hesab edildiyindən təmin edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 18 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə 448.88 manat əsas borc, 226.78 manat faiz borcu, 74.76 manat cərimə borcu, əldən çıxmış fayda 43.7 manat olmaqla, cəmi 794.12 (yeddi yüz doxsan dörd manat on iki qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh Aftulla oğlundan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2091/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2091/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver