Məhkəmə qərarları › İş №2(007)-2093/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2093/2021

22.10.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2093/2021 22.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh X1 onun vəkilləri və nümayəndələri Vəkil3 və X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Abdullayeva (Yusifova) Təyminə Şamil qızına qarşı “əmlak üzərində mülkiyyət hüququnun tanınması və mülkiyyətin özgəsinin qanunsuz sahibliyindən alınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Abdullayeva (Yusifova) Təyminə Şamil qızına qarşı “əmlak üzərində mülkiyyət hüququnun tanınması və mülkiyyətin özgəsinin qanunsuz sahibliyindən alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öz şəxsi gəlirləri hesabına əldə etdiyi Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 14-də yerləşən 5 otaqlı 12, 13, 14 saylı mənzil (birləşdirilib, bir çıxarış var), Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18/49-da yerləşən 159.78 kv.m sahəli, 4 otaqlı 23 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 290.9 kv.m sahəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 29.6 kv.m sahəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 41.1 kv.m sahəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev (Darvin) küçəsi, 2379-8182-ci məhəllədə yerləşən, Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş 000313 saylı, 03.10.2000-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış qeyri-yaşayış sahəsi (“Azəristilikenerjiquraşdırma” trestinin ATSC-nin yarımçıq tikilisi), Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 000100 saylı, 08.04.2002-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış, başa çatdırılmamış yaşayış evinin yerləşdiyi 3710 kv.m torpaq sahəsi, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000376 saylı, 22.03.2006-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış tikintisi başa çatdırılmamış Su Anbarı (yarımçıq tikili), Bakı şəhəri. Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000106 saylı, 30.05.2006-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış 284.7 kv.m sahəsi olan Su Anbarının yarımçıq tikilisi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 211 kv/m, yaşayış sahəsi 138.8 kv/m, yardımçı sahəsi 72,2 kv/m olan 4 otaqlı mənzil üzərində mülkiyyət hüququnun tanınması və əmlakların cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı uzun illərdir ki, müxtəlif sektorlarda həm şəxsi, həm də dövlət layihələri ilə məşğul olan iş adamıdır. Hazırki iş üzrə Cavabdeh1 onun doğma qardaşıdır və digər cavabdeh olan Cavabdeh2 (Yusifova) qardaşı Baratın keçmiş həyat yoldaşı olmaqla yanaşı iddiaçının doğma bibisi qızıdır. İddiaçı çalışdığı illər ərzində müxtəlif yerlərdə öz şəxsi gəlirləri hesabına bir çox əmlaklar əldə etmişdir. Öz gəlirləri hesabına əldə etdiyi əmlaklardan bir neçəsini doğma qardaşı Cavabdeh1, bir neçə əmlakı isə onun keçmiş həyat yoldaşı Təyminənin adına almışdır. Bu əmlaklara Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 14-də yerləşən 5 otaqlı 12, 13, 14 saylı mənzil (birləşdirilib, bir çıxarış var), Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18/49-da yerləşən 159.78 kv.m sahəli, 4 otaqlı 23 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 290.9 kv.m sahəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 29.6 kv.m sahəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 41.1 kv.m sahəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev (Darvin) küçəsi, 2379-8182-ci məhəllədə yerləşən, Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş 000313 saylı, 03.10.2000-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış qeyri-yaşayış sahəsi (“Azəristilikenerjiquraşdırma” trestinin ATSC-nin yarımçıq tikilisi), Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 000100 saylı, 08.04.2002-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış, başa çatdırılmamış yaşayış evinin yerləşdiyi 3710 kv.m torpaq sahəsi, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000376 saylı, 22.03.2006-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış tikintisi Başa çatdırılmamış Su Anbarı (yarımçıq tikili), Bakı şəhəri. Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000106 saylı, 30.05.2006-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış 284.7 kv.m sahəsi olan Su Anbarının yarımçıq tikilisi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 211 kv/m, yaşayış sahəsi 138.8 kv/m, yardımçı sahəsi 72,2 kv/m olan 4 otaqlı mənzil aiddir. Cavabdehlərdən artıq neçə müddətdir ki, öz şəxsi gəlirləri hesabına aldığı əmlaklarını tələb etməyinə baxmayaraq müxtəlif bəhanələr gətirərək iddiaçıya qaytarmaqdan boyun qaçırırlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 iddia tələbini qəbul etməməsini bildirərək mübahisələndirilən əmlakların iddiaçının qoyduğu ilkin maya əsasında əldə edilməsini, onların alınmasında onunda əməyinin olmasını qeyd etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 vəkili və nümayəndəsi X5 iddia tələbini qəbul etməmələrini bildirərək Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X3 iddia tələbini qəbul etmədiyini, mübahisələndirilən əmlakların onunla keçmiş həyat yoldaşı Cavabdeh1 ilə birgə əmlaklarının olmasına dair məhkəmə qətnamələrinin olmasını, həmin əmlakların onlar arasında bölgüsünün aparılmasını və onların bir qisminin artıq hərracda satış mərhələsində olmasını bildirdi. Məhkəmə iclasında cavabdeh X1 vəkilləri və nümayəndələri Vəkil3 və X4 cavabdeh X1 izahatına uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu. Nizami küç, ev 63, 33 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 14.07.2011-ci il tarixdə qeydə alınmışdır. -Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən 000106 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2379-8182-ci məhəllədə yerləşən su anbarının yarımçıq tikilisi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 tərəfindən 30.05.2006-cı il tarixdə satın alınmışdır. -Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000376 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2379-8182-ci məhəllədə yerləşən tikintisi başa çatdırılmamış su anbarı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 tərəfindən 22.03.2006-cı il tarixdə satın alınmışdır. -Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən 000100 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2379-8182-ci məhəllədə yerləşən başa çatdırılmamış yaşayış evinin xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 tərəfindən 08.04.2002-ci il tarixdə satın alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində istifadədə olan 0.9246 ha torpaq sahəsində yerləşən 18 nömrəli binada, 41.1 kv.m ümumi, 41.1 kv.m əsas, köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 14 nömrəli reyestr kitabının 1504 nömrəli vərəqində 03.04.2007-ci il tarixdə qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində istifadədə olan 0.9246 ha torpaq sahəsində yerləşən 18 nömrəli binanın 1-ci mərtəbəsində 29.6 kv.m ümumi, 29.6 kv.m əsas, köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 14 nömrəli reyestr kitabının 1505 nömrəli vərəqində 03.04.2007-ci il tarixdə qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, 18 nömrəli qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 03.06.2014-cü il tarixdə qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18/49, 23 nömrəli mənzil, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 26.04.2013-cü il tarixdə qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 14, 12, 13, 14 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 20.04.2013-cü il tarixdə qeydə alınmışdır. - 06.04.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi İddiaçı tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsinin əsaslandırmasında qeyd etmişdir ki, mübahisələndirilən əmlaklar onun öz şəxsi gəlirləri hesabına əldə edilmişdir. Əldə etdikləri əmlakların bir neçəsini doğma qardaşı Cavabdeh1, bir neçə əmlakı isə Abdullayeva (Yusifova) Təyminə Şamil qızının adına almışdır. Lakin iddiaçı tərəfindən ərizəsində göstərilən əmlakların iddiaçıya məxsus olmasına dair məhkəməyə sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 14-də yerləşən 5 otaqlı 12, 13, 14 saylı mənzil (birləşdirilib, bir çıxarış var), Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18/49-da yerləşən 159.78 kv.m sahəli, 4 otaqlı 23 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 290.9 kv.m sahəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 29.6 kv.m sahəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 41.1 kv.m sahəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev (Darvin) küçəsi, 2379-8182-ci məhəllədə yerləşən, Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş 000313 saylı, 03.10.2000-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış qeyri-yaşayış sahəsi (“Azəristilikenerjiquraşdırma” trestinin ATSC-nin yarımçıq tikilisi), Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 000100 saylı, 08.04.2002-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış, başa çatdırılmamış yaşayış evinin yerləşdiyi 3710 kv.m torpaq sahəsi, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000376 saylı, 22.03.2006-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış tikintisi başa çatdırılmamış Su Anbarı (yarımçıq tikili), Bakı şəhəri. Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000106 saylı, 30.05.2006-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış 284.7 kv.m sahəsi olan Su Anbarının yarımçıq tikilisi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 211 kv/m, yaşayış sahəsi 138.8 kv/m, yardımçı sahəsi 72,2 kv/m olan 4 otaqlı mənzil üzərində mülkiyyət hüququnun tanınması və əmlakların cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Abdullayeva (Yusifova) Təyminə Şamil qızına qarşı “Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 14-də yerləşən 5 otaqlı 12, 13, 14 saylı mənzil (birləşdirilib, bir çıxarış var), Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18/49-da yerləşən 159.78 kv.m sahəli, 4 otaqlı 23 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 290.9 kv.m sahəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 29.6 kv.m sahəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 41.1 kv.m sahəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev (Darvin) küçəsi, 2379-8182-ci məhəllədə yerləşən, Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş 000313 saylı, 03.10.2000-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış qeyri-yaşayış sahəsi (“Azəristilikenerjiquraşdırma” trestinin ATSC-nin yarımçıq tikilisi), Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 000100 saylı, 08.04.2002-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış, başa çatdırılmamış yaşayış evinin yerləşdiyi 3710 kv.m torpaq sahəsi, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000376 saylı, 22.03.2006-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış tikintisi başa çatdırılmamış Su Anbarı (yarımçıq tikili), Bakı şəhəri. Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000106 saylı, 30.05.2006-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış 284.7 kv.m sahəsi olan Su Anbarının yarımçıq tikilisi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 211 kv/m, yaşayış sahəsi 138.8 kv/m, yardımçı sahəsi 72,2 kv/m olan 4 otaqlı mənzil üzərində mülkiyyət hüququnun tanınması və əmlakların cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması”na dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar