Məhkəmə qərarları › İş №2(007)-2104/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2104/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2104/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı Sahı̇ b oğlunun iştirakı ilə, İddiaçı Sahı̇ b oğlunun Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Sahı̇ b oğlu Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1600 manat borc pulun, 50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 08 aprel 2024-cü il tarixində Cavabdeh ilə aralarında notarial qaydada borc müqaviləsi bağlanılmışdır. Aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən o, (borc verən) Cavabdeh (borc alan) 1900 manat məbləğində pulu ona verməyi (borc alan) cavabdehin isə borc müqaviləsi üzrə ödənişi xx.xx.2024-cü il tarixədək icra etməyi qeyd olunmuşdur. Bundan əlavə, borc müqaviləsi bağlanan zaman 200 manata yaxın əlavə xərclər (notarial xərclər) də tərəfindən ödənilməklə ümümilikdə borc alana 2100 manata yaxın pul verilmişdir. Lakin, cavabdeh borc müqaviləsinin bağlandığı tarixdən, eləcə də öhdəliyin icrasının bitmə tarixi kimi qeyd olunan xx.xx.2024-cü ildən bəri ona olan borcundan yalnız 500 manatını ödəmiş və bugünki günədək ona olan borcundan 1600 manat ödənişi qalmışdır. Hazırda cavabdeh həmin borcu qaytarmaqdan imtina etdiyi üçün iddiaçı kimi məhkəmə qaydasında həmin pulun alınması xahişi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı Sahı̇ b oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, keçən məhkəmə iclaslarında xəstəliyi və səfərdə olduğu üçün iştirak edə bilməmişdir. Cavabdeh vəziyyəti etiraf edir, cavabdehin kartına 200 manat atmış, bunu heç tələbində qeyd etməmişdir. Cavabdehin onun haqqında zərrə qədər pis fikri ola bilməz, insanlıqdan sui-istifadə edir, dəfələrlə vaxtı dəyişib, sonra da ona evi satıb borcu qaytaracağını bildirmişdir. Cavabdeh övladı ilə bağlı çətinliyi danışmış, ev əlindən çıxmamasını düşünmüş, notarial qaydada borcu da vermişdir. Cavabdeh o qədər yalan danışır ki, hər dəfə ödəməmək üçün səbəb gətirir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etdiyini, hal-hazırda borc məbləğinin hamısını birdəfəyə ödəyə bilmədiyini, ancaq borcu hissə-hissə ödəyə biləcəyini, onun səhvinin notariusda beh müqaviləsi bağlamaması olduğunu bildirərək əlavə olaraq qeyd etmişdir ki, aralarında rəsmi olaraq notarial qaydada borc müqaviləsi vardır. O, imkanı olmadığı üçün keçən il adına ipoteka olunan evi ödənişi edə bilmədiyinə görə satışa çıxarmış, iddiaçı həmin vaxt onun satışa çıxardığı ev üçün müştəri kimi gəlmişdir. 38000 manat ilkin ödəniş verilməklə ipotekanın onun adına keçirilməsi barədə razılaşmışlar. Lakin cavabdeh evi öz adına deyil, dostunun adına alacağını bildirmişdir. O, cavabdehlə razılaşandan sonra İpoteka Fondu ilə əlaqə saxlamış, onlar onun Fonda 1900 manat borcu olduğu üçün həmin borcu ödədikdən sonra başqa adamın adına keçirilməsinin mümkün olduğunu bildirmişdirlər. O da problem olmadığını bildirmişdir. Aralarında olan müqaviləyə əsasən 2-3 ay ödəniş edilməsə müqavilə birtərəfli qaydada xitam edilir. Müqavilə xitam olunsa o, artıq evdən heç nə əldə edə bilmir. İddiaçı hazır alıcı olduğu üçün ona 1900 manat pulu verməsini, o da İpoteka Fonduna borcunu ödəməsini, ondan sonra ipoteka ödənişinin Elsevərin adına keçirilməsini, pulun isə ümumi haqq-hesab edəndə ödəniləcək puldan çıxılmasını bildirmişdir. İddiaçı da bununla razılaşmışdır. Tərəfindən də heç bir beh istənilməmiş, o da bunu öz aləmində beh kimi nəzərdə tutmuşdur. İddiaçı ona minnət edirdi ki, verdiyi 1900 manat məbləği ona verməsə idi, ev onun əlindən çıxacaqdı, ancaq o, iddiaçıya həmin pulu haradan olsa tapacağını qeyd etmişdir. Bu proses də 1 ay yarım çəkirdi. Bütün proseslər keçmiş, öz vaxtını ayırıb sənədləşməni etmək üçün qarşı tərəfə kömək də etmişdir. Bu 1 ay yarım müddətində evə nə qədər alıcı çıxsa da evin satıldığını bildirmiş, ancaq evi iddiaçı almamışdır. Sonda notarius mərhələsində Fonddan təsdiq gəldiyi vaxt iddiaçı ona zəng edərək dostunun evi almaqdan imtina etdiyini demişdir. İddiaçının bildirdiyinə görə dostu xaricə gedəcəyi və adında ipoteka olmasını istəmədiyinə görə evi almaqdan imtina etmişdir. İddiaçı ona 200 manat da verdiyindən onun ona borcu 2100 manat olmuşdur. O da Elsevərə ipoteka üçün müəyyən edilmiş aylıq 720 manatı ödəyə bilmədiyini demiş, iddiaçı isə evi nə vaxt satsa həmin vaxt 1900 manat borcunu ödəməyini bildirmişdir. 4 aydan sonra o, evi vaxtında sata bilmədiyi üçün ziyana satmış, 4 aya borc yığılmış, ancaq arada 500 manat iddiaçıya vermişdir. İkinci dəfə ailə qurmuş, övladı olmadığı üçün müalicəyə görə borca düşmüşdür. Evi satandan sonra borclarını bağlamağa başlamış, pul qalmadığı üçün iddiaçının pulunu verə bilməmiş, taksi fəaliyyəti ilə məşğul olmaq üçün də müəyyən meyarlar müəyyən etmişdirlər deyə işləyə bilməmiş, stabil işi olmamışdır, əldə etdiyi gəlir heç xərclərini ödəyə bilmirdi. Sonradan rəsmi işə düzəlmiş, orada da hər ay maaş fərqlənirdi. Hal-hazırda Xızı rayonunda işləyir, 900 manat əmək haqqı alır, aliment də ödəyir, kirayə də qalır. O, borc məbləği üzrə ayda 150 manat ödəyə bilər, bəlkə elə vəziyyət yaranar ki, borcu tam ödəyər, canı qurtarar. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Sahı̇ b oğlu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən borcverən İddiaçı Sahı̇ b oğlu borclu Cavabdeh 1900 manat məbləğində pul borc vermiş, Cavabdeh isə həmin məbləği xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı Sahı̇ b oğlunun Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli borc müqaviləsi üzrə öhdəlik tələblərinin pozulmasına dair pretenziya məktubundan görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixə kimi borc müqaviləsi üzrə ondan götürülən və 1 ilə yaxın müddətdə ona ödənilməyən 1600 manat pulun 5 iş günü müddətində ödənilməsinin təmin edilməsini xahiş etmiş, əks halda aiddiyəti üzrə məhkəməyə müraciət edilməsi, vəkil ilə müqavilə bağlanılması, iddia ərizəsinin məhkəməyə verilməsi uçün dövlət rüsumunun ödənilməsi və digər əlavə xərclərin cavabdehdən tutulması barədə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatı ilə iddiaçının tələb etdiyi 1600 manat pul tələbini qəbul etdiyini, hissə-hissə ödəniş edəcəyini bildirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 385.2-ci, 739.1-ci, 739.2-ci, 739.3-cü, 742.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü, 52.2-ci, 52.5-ci, 106.3-cü, 191.3-cü maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, qeyd edilənlərlə müəyyən olundu ki, tərəflər arasında bağlanılmış notarial qaydada Borc müqaviləsinə görə borcverən İddiaçı Sahı̇ b oğlu 1900 manat pul vəsaitini borcalan Cavabdeh verməyi öhdəsinə götürmüş, borcalan isə aldığı vəsaiti müvafiq olaraq eyni məbləğdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Borclu Cavabdeh İddiaçı Sahı̇ b oğlu ilə bağladığı borc müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib borc məbləğini ödəməməklə və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və öhdəliyini icra etməyən borclu kimi qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırda iddiaçı borc məbləğindən 1600 manat vəsaiti tələb edir və qeyd olunan hallar tərəflərin izahatları, cavabdehin etirafı, iş materiallarına əlavə edilmiş materiallar ilə öz təsdiqini tapmışdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı Sahı̇ b oğlunun xeyrinə 1600 (bir min altı yüz) manat məbləğində borc tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı Sahı̇ b oğlunun xeyrinə 1600 (bir min altı yüz) manat məbləğində borcun və 50 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar