Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-211/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 29.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 25000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh1 ilə 29.08.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 25.09.2020-ci il tarixli əlavə Sazişə əsasən kreditin qaytarılma müddəti 25.02.2022-ci ilədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27.08.2021dək Cavabdeh3 banka 29.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 19717,23 manat əsas borc, 2727,77 manat faiz borcu və 92,17 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 22537,17 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd edilənlərə əsasən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “Yelo Bank" ASC nin xeyrinə 29.08.2019-cü il tarixli kredit müqaviləsi üzrə 19717,23 manat əsas borc, 2727,77 manat faiz borcu və 92,17 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 22537,17 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh3 ilə "xxxx" İKB ASC arasında bağlanmış 29 avqust 2019-cu il tarixli kredit müqaviləsiniт ləğv edilməsi xahiş edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə əlavə verərək qeyd etmişdir ki, iş üzrə iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Belə ki, iddia iş üzrə məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 01.03.2022-ci il tarixli, 9/732 saylı rəyinə əsasən cavabdehin borcunun 27.08.2021-ci il tarixə 21026,19 manat əsas, 1347,70 manat faiz borcu, 01,03.2022-ci il tarixə 19708,69 manat, 2203,54 manat faiz borcu olduğu qeyd edilmişdir. Ona görə də, hesab edirlər ki, iddia tələbinin ekspert rəyinə uyğun olaraq dəqiqləşdirilməlidir. Qeyd edilənlərə əsasən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 29.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 19708,69 manat əsas, 2203,54 manat faiz borcu və 2315 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 24227,23 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia tələbinin artırılmasına dair ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahat verməkdən imtina etdi. 02 dekabr 2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, müdafiə etdiyi cavabdeh yalnız bank tərəfindən tələb olunan faiz borcunun məbləği ilə razı deyil. Belə ki, Cavabdeh3 problemli müştəri deyil, sadəcə pandemiya ilə bağlı olaraq ödənişləri vaxtında icra edə bilməmişdir. İddia tələbinə münasibətdə isə qeyd edir ki, bankın nümayəndəsi məhkəmə iclasında formal, şablon çıxışlar edir. Bununla yanaşı, o, hazırkı məhkəmə iclasında iddiaçı tərəfə təklif edir ki, cavabdeh hər ay 1000 manat ödəniş etməyə razıdır, onun fikrincə bu kifayət qədər ağlabatan təklifdir, hesab edir ki, tərəflər arasında göstərdiyi bu hal nəzərə alınmaqla barışıq sazişi bağlana və yeni qrafik üzrə ödənişlər təyin edilə bilər. Bankın nümayəndəsi isə onun bu təklifini bankın rəhbərliyinə çatdırmır. Bununla yanaşı, tələb etdiyi yeganə hal faiz borcunun azaldılmasından ibarətdir. Çünki müqavilədə illik faiz 25% kimi göstərilmiş, lakin gecikdirildikdə həmin faiz 30%-dək artır, hansı ki, ödənilməli olan borc belə olan təqdirdə təxminən 1000 manat fərq edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış 29.08.2019-cu il tarixli, 20- MZ2-1-0-608-19 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh3 24 ay müddətinə, illik 30 faiz ödəmək şərtilə, 25000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 24 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" İKB ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış 29.08.2019-cu il tarixli, 20-MZ2-1-0-608-19 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh3 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; - "xxxx" İKB ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 29.08.2019-cu il tarixli, 20-MZ2-1-0-608-19/1 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh3 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; - 29.08.2019-cu il tarixli, 20-MZ2-1-0-608-19 saylı kredit müqaviləsinə və zaminlik müqavilələrinə dair 28.04.2020-ci il tarixli 1 saylı Əlavə Sazişlərdən görünür ki, 29.08.2019-cu il tarixli, 20-MZ2-1-0-608-19 saylı kredit müqaviləsi üzrə kreditin müddəti 29.11.2021-ci il tarixdək uzadılmışdır. Tərəflər razılığa gəlmişlər ki, müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir; borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu Sazişə Əlavə edilmiş ödəniş qrafiki əasənda nağd və ya köçürmə yolu ilə həyata keçirir; müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edir; - 29.08.2019-cu il tarixli, 20-MZ2-1-0-608-19 saylı kredit müqaviləsinə və zaminlik müqavilələrinə dair 25.09.2020-ci il tarixli 1 saylı Əlavə Sazişlərdən görünür ki, bu Saziş qüvvəyə mindiyi tarixdən: Müqavilənin 2.4. 2.4.1. 2.4.2 və 2.4.3-cü yarım bəndləri ləğv edilir. Müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 21026,19 (iyirmi bir min iyirmi altı, 19) AZN təşkil edir. Müqavilə üzrə kreditin müddəti 25.02.2022 tarixədək uzadılır. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25 (iyirmi beş) % təşkil edir. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 (üç) ay təşkil edir. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu Sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72 (yetmiş iki) % təşkil edir. - İddiaçı ASC-nin 10.08.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşlar; - 02.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; - İddiaçı ASC-nin 27.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 29.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 27.08.2021-ci il tarixinə 19717,23 manat əsas borcu, 2727,77 manat faiz borcu, 92,17 manat cərimə borcu olmaqla, cəmi 22537,17 manat borcu vardır; - İddiaçı ASC-nin 20.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 29.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 20.10.2021-ci il tarixinə 16717,23 manat əsas borcu, 3381,89 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 20099,12 manat borcu vardır; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 01.03.2022-ci il tarixli 9/732 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh3 ilə "xxxx" İKB arasında bağlanmış 29 avqust 2019-cu il tarixli, 20-MZ2-1-0-608-19 saylı kredit müqaviləsi və əlavə sazişlərin də şərtləri nəzərə alınmaqla "xxxx" İKB-yə 27.08.2021-ci il (iddia tələbində göstərilən tarixə) və 01.03.2022-ci il (rəy verilən tarixə) tarixlərə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur. 27.08.2021-ci il tarixə əsas kredit borcu 21026,19 manat, faiz borcu 1347,70 manat; 01.03.2022-ci il tarixə əsas kredit borcu 19708,69 manat, faiz borcu 2203,54 manat. Qeyd edilir ki, 29 avqust 2019-cu il tarixli, 20-MZ2-1-0-608-19 saylı kredit razılaşması üzrə cərimə hesabı olmadığından həmin müqavilə üzrə Cavabdeh3 cərimə borcu hesablanmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış 29.08.2019-cu il tarixli, 20-MZ2-1-0-608-19 saylı kredit müqaviləsinə və həmin müqaviləyə əlavəyə əsasən bank tərəfindən Cavabdeh3 24 ay müddətinə, illik 30 (öhdəliyi lazımınca icra etdikdə 25) faiz ödəmək şərtilə, 25000 manat məbləğində kredit verilmişdir. 29.08.2019-cu il tarixli, 20-MZ2-1-0-608-19 saylı kredit müqaviləsinə dair 28.04.2020-ci il tarixli 1 saylı Əlavə Sazişə əsasən kredit müqaviləsi üzrə kreditin müddəti 29.11.2021-ci il tarixdək uzadılmışdır. 25.09.2020-ci il tarixli 1 saylı Əlavə Sazişlə isə kredit müqaviləsi üzrə kreditin müddəti 25.02.2022 tarixədək uzadılmışdır. Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi, "xxxx" İKB ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında 29.08.2019-cu il tarixli zaminlik müqavilələri və sazişlər bağlanmış və zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. Lakin cavabdehlər kredit borcunun ödənilməsinə dair müqavilə ilə üzərilərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş və nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh3 iddiaçı "xxxx" İKB ASC ilə bağladığı 29.08.2019-cu il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh3 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh3 tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, Cavabdeh2 və Cavabdeh1 Mülki Məcəllənin 470.1ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh3 İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh3 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. İş materiallarına əlavə edilmiş 27.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 29.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 27.08.2021-ci il tarixinə 19717,23 manat əsas borcu, 2727,77 manat faiz borcu, 92,17 manat cərimə borcu olmaqla, cəmi 22537,17 manat borcu vardır. 20.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 29.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 20.10.2021-ci il tarixinə 16717,23 manat əsas borcu, 3381,89 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 20099,12 manat borcu vardır. Məhkəmə araşdırması zamanı hər iki tərəfin vəsatəti nəzərə alınaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və 01.03.2022-ci il tarixli 9/732 saylı rəydən görünür ki, Cavabdeh3 ilə "xxxx" İKB arasında bağlanmış 29 avqust 2019-cu il tarixli, 20-MZ2-1-0-608-19 saylı kredit müqaviləsi və əlavə sazişlərin də şərtləri nəzərə alınmaqla "xxxx" İKB-yə 27.08.2021-ci il (iddia tələbində göstərilən tarixə) və 01.03.2022ci il (rəy verilən tarixə) tarixlərə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur. 27.08.2021-ci il tarixə əsas kredit borcu 21026,19 manat, faiz borcu 1347,70 manat; 01.03.2022-ci il tarixə əsas kredit borcu 19708,69 manat, faiz borcu 2203,54 manat. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə işin faktiki halları ilə qarşılıqlı tədqiq edib rəyi qəbul edərək hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 19708,69 manat məbləğində əsas borc və 2203,54 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərdən “2315 manat cərimə borcunun” tutulması hissəsinə münasibtədə qeyd edir ki, 29 avqust 2019-cu il tarixli, 20-MZ2-1-0-608-19 saylı kredit müqaviləsinin 4.8-ci bəndinə əsasən Bu Müqavilənin 2.4.2-ci yarımbəndi nəzərə alınmaqla, kredit ödənişləri üzrə gecikmə 15 günədək olduqda gecikdirilmiş kredit ödənişinin əsas borc məbləğinə gündəlik 5 (beş) faiz dərəcəsilə dəbbə pulu hesablanır. Məhkəmə işin hallarını, habelə həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, 2315 manat cərimə borcu əsas borc məbləğinə münasibətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 200 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin “Cavabdeh3 ilə "xxxx" İKB ASC arasında bağlanmış 29 avqust 2019-cu il tarixli kredit müqaviləsini ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, adı çəkilən müqavilə ilə kreditin verilmə müddəti 24 ay müəyyən edilmiş, daha sonra tərəflər arasında bağlanmış sazişlərlə kredit müqaviləsi üzrə kreditin müddəti 25.02.2022 tarixədək uzadılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 29.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 19708,69 manat əsas borc, 2203,54 manat faiz borcu, 200 manat cərimə borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, işdə olan 01.03.2022-ci il tarixli 9/732 saylı ekspert rəylərindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 150 manat cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 29.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 19708,69 manat əsas borc, 2203,54 manat faiz borcu, 200 manat cərimə borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" ASCnin xeyrinə tutulsun. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-211/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-211/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver