Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2120/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı İKB ilə Cavabdeh1 sonradan kredit müqaviləsinə uyğun Borcalan arasında bağlanan 03.07.2014-cü il tarixli 6-MZ-1-0-1332- 14 nömrəli kredit müqaviləsinə əsasən Borcalana 9600 ABŞ dolları məbləğində illik 28 % olmaqla 24 ay müddətinə kredit pul vəsaiti verilmişdir. kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq zamin Cavabdeh2 ilə bağlanan 03.07.2014-cü il tarixli 6-MZ- 1-0-1332-14 nömrəli zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürməmişdir. Qeyd olunanlara əsasən kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi və kredit müqaviləsindən irəli gələn 29.06.2015-ci il tarixədək hesablanmış ödənilməmiş 8670 ABŞ dolları əsas borc və 3060 ABŞ dolları faiz borcu, cəmi 11730 ABŞ dolları, həmçinin ərizə verilməsi üçün 20 manat dövlət rüsumu əlavə olunmaqla, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutulub İddiaçı X1 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı İKB ASC məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək, iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir və həmin iddia ərizəsi üzrə mülki iş Sizin icraatındadır. Hazırda, iş üzrə iddia ərizəsinə əlavənin verilməsi zərurəti yaranmışdır. Belə ki, 19 may 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 03 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 8669.69 ABŞ dolları əsas borc, 7259.67 ABŞ dolları faiz borcu, 12056.81 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 03.07.2016-cı il tarixindən 19.05.2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1640.80 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 29626.97 ABŞ dolları borcu var. 03.07.2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazimi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 03 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8669.69 ABŞ dolları əsas borc, 7259.67 ABŞ dolları faiz borcu, 12 056.81 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 03.07.2016-cı il tarixindən 19.05.2021ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1640.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 29 626.97 ABŞ dolları və 20 AZN ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 19.05.2021-ci il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 və 14.07.2021-ci il tarixli iclasında iştirak etmiş X5 iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə etdiklərini, borcluların öhdəliklərini qismən yerinə yetirdiklərini. Əsas borc 8670 manat təşkil etdiyini, 07.05.2021-ci il tarixdə cavabdehlər 76 dollar 47 sent ödəmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh2 11 saylı poliklinikada psixiatrın qeydiyyatındadır, 2-ci qrup əlildir. Şizofreniya paranoid diaqnozu ilə qeydiyyatdadır. Qardaşı Cavabdeh2 digər Cavabdeh1 tərəfindən aldadılaraq ona zamin durmuşdur. Malik ümumiyyətlə nə etdiyini bilmir, öz hərəkətlərini dərk etmir. Qardaşı zamin duranda onların məlumatı olmayıb, Pensiyasından pul çıxılanda biliblər. Göstərilənləri nəzərə alaraq Cavabdeh2 xəstə olduğu üçün ödənişdən azad olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan “Nikoyl" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.07.2014-cü il tarixli, 6-MZ-1-0-1332-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 9600 ABŞ dolları kredit götürmüşdür. İş materiallarında olan 03.07.2014-cü il tarixli, 6-MZ-1-0-1332-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsinin ödəniş cədvəlindən görünür ki, cavabdeh 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 9600 ABŞ dolları krediti hər ayın 03-dən gec olmayaraq 526.93 ABŞ dolları ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Nikoyl" İKB ASC-nin 12.02.2015-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı İKB ilə Cavabdeh1 (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 03.07.2014-cü il tarixli 6-MZ-1-0-1332-14 saylı kredit müqaviləsinə əsasən Borc alana 9.600 USD məbləğində illik 28 % olmaqla 24 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Müqavilənin 4-cü bəndinə əsasən borcalan Bankdan kredit üzrə aldığı vəsaiti tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödəməlidir. Borcalan müqavilənin şərtlərini pozaraq İddiaçı İKB-yə olan əsas və faiz borcunun ödənilməsinin təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə Kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını Borcalandan tələb edə bilər. 03.07.2014-cü il tarixdə 03.07.2014-cü il tarixli 6-MZ-1-0- 1332-14 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə Zaminlik müqaviləsi imzalanmışdır. Zamin Borclunun Kreditor qarşısında öz kredit öhdəliyini tamamilə icra etməməsi üçün məsuliyyəti öz üzərinə götürüb. Müqavilənin 4.1-ci bəndinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin və Borclu Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunan borc məbləği göstərilən müddətdə könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəfimizdən borc məbləğinin borclu və zamindən müştərək qaydada məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəkdir. Məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinizin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinin 1.14-cü bəndinə əsasən, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0.5%-i miqdarında dəbbə pulunun ödənilməsi də tələb olunacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/5670 nömrəli 06.10.2021-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən 03.07.2014-cü il tarixli, 6-MZ-1-0-1332-14 saylı bağlanmış kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı İKB ASC-yə olan borcu 3674.11 ABŞ dolları əsas borc, 5659.89 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. İş materiallarında olan 29.06.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 03.07.2014-cü il tarixli, 6-MZ-1-0-1332-14 saylı kredit müqaviləsi üzrə 29.06.2015-ci il tarixə İddiaçı İKB ASC-yə 8670 ABŞ dolları əsas borc, 3060 ABŞ dolları faiz borcu, ümumilikdə cəmi 11730 ABŞ dolları borcu vardır. İş materiallarında olan 19.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 03.07.2014-cü il tarixli, 6-MZ-1-0-1332-14 saylı kredit müqaviləsi üzrə 19.05.2021-ci il tarixə İddiaçı İKB ASC-yə 8669.69 ABŞ dolları əsas borc, 7259.67 ABŞ dolları faiz borcu, 12056.81 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 03.07.2016-cı il tarixindən 19.05.2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1640.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 29 626.97 ABŞ dolları borcu vardır. İş materiallarında olan 29.03.2015-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı İKB ASC məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş çıxarışdan görünür ki, 21.11.2019-cu il tarixdən İddiaçı İKB ASC-nin adı dəyişdirilmiş və "xxxx" ASC adlandırılmışdır. İş materiallarında olan 03.07.2014-cü il tarixdən 21.09.2021-ci il tarixədək olan hesabdan çıxarışdan görünür ki, 07.05.2021-ci il tarixdə 76,47 dollar ödəniş olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 11 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 23.11.2021-ci il tarixli 2058 nömrəli Arayışdan görünür ki, 1985-ci il təvəllüdlü ünvan 1 ünvanda yaşayan Cavabdeh2 11 saylı poliklinikada 2010-cu ildən psixiatrın qeydiyyatındadır. İş materiallarında olan 11 nömrəli şəhər poliklinikasının 15.10.2021-ci il tarixli göndərişinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” X9 tərəfindən verilmiş 15.10.2021-ci il tarixli 9127 nömrəli cavabdan görünür ki, 26.11.1985-ci il təvəllüdlü Cavabdeh2 diaqnozu şizofreniya paranoid forma F20.0. müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 29.09.2011-ci il tarixli 2204 nömrəli SER TSE-02№ 174665 Arayışdan görünür ki, 1985-ci il təvəllüdlü Cavabdeh2 müddətsiz olaraq ikinci qrup əlillik verilmişdir. Əmək qabiliyyətsizdir. İş materiallarında olan 7(007)-211/2015 nömrəli, 29 mart 2015-ci il tarixli Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarından görünür ki, Cavabdeh2 təyin edilmiş məcburi ambulator müşahidəsi və psixiatr müalicəsi davam etdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləğini cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir, zamin isə zaminlik vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq, Cavabdeh1 İddiaçı İKB ASC ilə bağladığı 03.07.2014-cu il tarixli 6-MZ-1-0-1332- 14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 28% olmaqla 24 ay müddətinə 9600 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh isə aldığı krediti ödəməyi öhdəsinə götürsə də, öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas, faiz və cərimə borcu yaranmışdır. Eyni zamanda Cavabdeh2 03.07.2014-cu il tarixli 6-MZ-1-0-1332-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı İKB ASC qarşısında zamin duraraq, öhdəliyin icra edilmədiyi təqdirdə borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşdür. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X3 təmsil etdiyi qardaşının “şizofreniya paranoid forma F20.0” xəstəliyindən əziyyət çəkdiyini öz hərəkətlərini idarə edə bilməməsini əsas gətirərək Cavabdeh2 zaminlikdən çıxarılmasını və ödənişdən azad olunmasını xahiş etsə də məhkəməyə fəaliyyət qabiliyyətsiz olmasını təsdiq edən qərarı təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14.05.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdehlər kredit müqavilələri üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşlar və borclular öhdəliyi icra etməyən borclular kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Məhkəmə hesab edir ki, borclular kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəliklərini lazımi qaydada icra etmədiklərindən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3674.11 ABŞ dolları əsas, 5659.99 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə borcu, cəmi 9384.10 ABŞ dolları borc tutularaq bankın hesabına ödənilməlidir, iddiaçının cavabdehlərdən müqavilə müddətinin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1640.8 ABŞ dolları məbləğində faiz borcu tələbi əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və cəriməni ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, 12 056.81 ABŞ dolları məbləğində cərimə, 3674.11 ABŞ dolları məbləğində əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 50 ABŞ dolları saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3674.11 ABŞ dolları əsas, 5659.99 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə borcu, cəmi 9384.10 ABŞ dolları borc və 20 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3674.11 ABŞ dolları əsas, 5659.99 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə borcu, cəmi 9384.10 ABŞ dolları borc və 20 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2120/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2120/2021
26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver