Məhkəmə qərarları › İş №2(007)-2135/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2135/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2135/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "İddiaçı" ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "İddiaçı" ASC Cavabdeh1 tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 13.05.2019-cu il tarixli nzaz 11276KMP saylı kredit müqaviləsinə əsasən “xxxx” ASC-dən illik 1 faizlə 60 ay müddətinə 1319,52 manat kredit götürmüşdür.Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 13.05.2019-cu il tarixdə İddiaçı ASC-nin Nizami filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır.Həmin müqavilə üzrə zamin 13.05.2019-cu il tarixli nzaz 11276KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır.Cavabdeh1 banka 13.05.2019-cu il tarixli nzaz 11276KMP saylı kredit müqaviləsi üzrə 1174.02 manat əsas borc, 4,98 manat faiz borcu olmaqla ümumilikdə cəmi 1179 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 13.05.2019-cu il tarixli nzaz 11276KMP saylı kredit müqaviləsi üzrə 1174.02 manat əsas borc, 4,98 manat faiz borcu olmaqla ümumilikdə cəmi 1179 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.05.2019-cu il tarixli nzaz 11276KMP saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən borcalana illik 1 faizlə 60 ay müddətinə 1319,52 manat kredit verilmişdir. Cavabdeh1 müəyyən olunmuş müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "İddiaçı" ASC ilə Cavabdeh2 arasında bağlanmış 13.05.2019-cu il tarixli nzaz 11276KMP saylı zaminlik müqaviləsindən görünür ki, sonuncu öz üzərinə 13.05.2019-cu il tarixli nzaz 11276KMP saylı kredit müqaviləsi üzrə zaminlik öhdəlikləri götürmüşdür. İşə əlavə olunmuş "İddiaçı" ASC-nin 01.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 01.03.2020-ci iltarixli 13.05.2019-cu il tarixli nzaz 11276KMP saylı müqavilə üzrə 1174,02 manat əsas,4.98 manat faiz borcu olmaqla cəmi 1179 manat borcu vardır. İşə əlavə olunmuş 12.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "İddiaçı" ASC məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə olunmuş 05.03.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdar olunmuş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 13.05.2019-cu il tarixli nzaz 11276KMP saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi tələbini icra etməmişdir,hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 13.05.2019-cu il tarixli nzaz 11276KMP saylı kredit müqaviləsi üzrə 1174.02 manat əsas borc, 4,98 manat faiz borcu olmaqla ümumilikdə cəmi 1179 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "İddiaçı" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar